nəticələrin müqayisəsinin mümkünlüyünü təmin etməkdir.
Yoxlamaların aparılması proqramı üç prinsipial variantlar
üzərində bazalaşa bilər:
406
1. İstifadə olunan məmulat (material) bir laboratoriyadan
dig
ərinə verilir;
2. O
xşar nümunələr eyni vaxtda laboratoriyalara daxil olurlar;
3. Nümun
ələr uyğun sayda hissələrə bölünür və laborato-
riyalara verilir.
Bu variantlardan
hər biri fərdi xüsusiyyətlərə malikdir və ona
gö
rə də seçim əsaslandırılmalıdır.
Laboratoriyalararası müqayisəli sınaqların məsuliyyətli
m
ərhələsi nəticələrin tutuşdurulmasıdır. Bunun üçün bu sahədə
böyük t
əcrübəyə malik olan yüksək ixtisaslı mütəxəssislər cəlb
olunur v
ə uyğun statistik müqayisə metodikaları işlənilir.
Tutuşdurulmada aşağıdakılar nəzərə alınır:
müqayisəli sınaqlarda iştirak edən laboratoriyaların
anonimliyinin gö
zlənilməsi;
tutuşdurulmanın bütün məqamları üzrə ətraflı təlimatların
mö
vcudluğu;
sınaqdan keçiriləcək nümunələrin vəziyyəti və ət-raf mühitin,
saxlanmanın, daşınmanın və s. onlara mümkün təsiri.
13.3.
Uyğunluq haqqında məlumatlandırılma üsulları
İxtiyari sertifikatlaşdırma sistemi sınaqlar zamanı tələblərinə
uyğunluğu yoxlanılan standartlardan (beynəlxalq, regional, milli)
istifadə edir. Standartlara uyğunluq haqqında informasiya alıcıya, son
istifadə edənə, təftiş və nəzarət orqanlarına, sığorta kompaniyalarına,
döv
lət orqanlarına lazımdır. Üçüncü tərəfin apardığı serti-
fikatlaşdırma sistemində standartlara uyğunluğu göstərən iki üsuldan
istifadə edilir:
uyğunluq sertifikatı;
uyğunluq nişanı.
Hər iki üsul, sertifikatlaşdırılmış məhsul haqqında bütün maraqlı
tərəflərin məlumatlandırılması üsullarıdır.
Uyğunluq sertifikatı–sertifikatlaşdırma sisteminin qaydalarına
gö
rə nəşr olunmuş, lazımi qaydada eyniləşdirilmiş məhsulun
(prosesin,
xidmətin) konkret standarta, yaxud digər normativ sənədə
uyğunluğunun təmin olunduğunu lazımi əminliklə göstərən sənəddir.
407
Sertifikat
standartın bütün tələblərinə, onun ayrı-ayrı bölmələrinə,
yaxud
məhsulun konkret xarakteristikalarına aid ola bilər. Sertifikat-
da
verilmiş məlumat, onun sınaqların nəticələri ilə müqayisə
edilməsinin mümkünlüyünü təmin etməlidir.
Uyğunluq nişanı–müəyyən olunmuş qaydada qorunan,
sertifikatlaşdırma sisteminin qaydalarına görə tətbiq olunan (yaxud
sertifikatlaşdırma orqanı tərəfindən verilən), məhsulun (prosesin,
xidmətin) konkret standarta, yaxud digər normativ sənədə
uyğunluğunun təmin olunduğunu lazımi əminliklə göstərən nişandır.
Uy
ğunluq nişanı müəyyən sertifikatlaşdırma sistemi ilə məhdudlaşır.
Bu da sistem
tərəfindən (sertifikatlaşdırma üzrə orqanın timsalında)
bu
nişanla markalanmış məhsulun standarta uyğunluğu təmin etməyə
borclu ol
duğunu göstərir. Məhsul standartın bütün tələblərinə uyğun
olduğu halda da uyğunluq nişanı ilə markalanır (şək.13.1.).
Ümumiyyətlə, sertifikatlaşdırma sistemində uyğunluq nişanının
tətbiq edilməsi üçün qaydalar və uyğunluq nişanının dövlət
standartına tətbiq edilməsini reqlamentləşdirən milli standartlar
mövcuddur.
Uyğunluq nişanından istifadə edilməsinə icazə (lisen-
ziya)
sertifikatlaşdırma orqanı tərəfindən verilir.
Sertifikatlaşdırma məqsədləri üçün istifadə olunan standartlara
qarşı müəyyən tələblər irəli sürülür. Bu tələbləri standartlaşdırma ilə
məşğul olan təşkilatların texniki komitələri nəzərə alır. Əgər işlənən
standart, sertifikat
laşdırmada istifadə edilmək üçün nəzərdə
tutulmuşdursa, texniki komitələrin tərkibinə, bütün maraqlı tərəflərin
nüma
yəndələri ilə yanaşı, sertifikatlaşdırma sahəsində iş təcrübəsinə
malik
mütəxəssislər də daxil edilməlidir.
Standartın “Tətbiq sahəsi” bölməsində onun sertifikatlaşdırma
məqsədləri üçün istifadə ediləcəyi barədə göstəriş olmalıdır.
Standarta ancaq obyektiv yox
lanıla bilən xarakteristikalar daxil edi-
lir.
Əgər üçüncü tərəfin sertifikatlaşdırma fəaliyyətində istehsal pro-
seslərinə nəzarət metodlarını müəyyən etmək lazım gələrsə, belə tə-
ləblər standarta əsaslanmış xüsusi qaydalar və sertifikatlaşdırma
proqramları şəklində daxil edilir.
Sınaqların aparılma ardıcıllığı onların nəticələrinə təsir göstərirsə,
standart bu
ardıcıllığı müəyyən etməlidir.
Əgər sertifikatlaşdırma, məhsulun təhlükəsizliyini sübut etmək
məqsədi ilə aparılırsa (sertifikatlaşdırmanın əsas aspekti), onda
408
a)
Azərbaycan
b) Rusiya
c)Böyük Britaniya
ç) Cənubi Koreya
d) Almaniya
e) Fransa
ə) Yaponiya
Şəkil 13.1. Standartlara uyğunluq nişanları:
a) Azərbaycan; b) Rusiya; c) Böyük Britaniya;
ç) Cənubi Koreya; d) Almaniya; e) Fransa; ə)Yaponiya.
409
təhlükəsizlik xarakteristikalarının və normalarının reqlament-
ləşdirildiyi standartlar tətbiq edilir. Bunlar göstərilən məqsəd üçün
xüsusi olaraq
işlənmiş normativ sənədlər də ola bilər. Məsələn:
elektron texni
kasının, məişət elektrotexnika məhsullarının təhlü-
kəsizliyə sertifikatlaşdırılması zamanı BEK-in təhlükəsizlik üzrə
Beynəlxalq standartlarından istifadə edilir. Əgər məmulat
təhlükəsizliyə sertifikatlaşdırılıbsa, o, xüsusi uyğunluq nişanı ilə
markalana
bilər. Bu nişanlar ya konkret növ məhsullara, məsələn:
elektrotexniki
məişət cihazlarına aid olunur (şək. 13.2.a–ç), ya da
ümumi xarakterli olmaqla,
istehlakçını məhsulun təhlükəsizliyi
haqqında məlumatlandırır (Şəkil 13.2.d).
Uyğunluq haqqında məlumatlandırma üsullarından biri də
istehsalçının deklarasiyasıdır.
a) Fransa b) Avstriya
c) Almaniya
ç) Böyük Britaniya
d)
Təhlükəsizlik yoxlanmışdır
(Almaniya)
Şəkil 13.2. Məişət elektrik cihazlarının təhlükəsizlik
tələblərinə uyğunluq nişanları
410
13.4. M
əcburi və könüllü sertifikatlaşdırmanın
mahiyy
əti
Sertifikatlaşdırma məcburi və könüllü xarakterli ola bilər.
Məcburi sertifikatlaşdırma qanunlar və qanunverici aktlar
əsasında yerinə yetirilir və məhsulun (prosesin, xidmətin) texniki
reqlamentlərinin tələblərinin, standartların məcburi tələblərinin uy-
ğunluğunu təmin edir. Bu normativ sənədlərin məcburi tələbləri təhlü-
kəsizliyə, insanların sağlamlıqlarının, əmlaklarının və ətraf mühitin
qorunmasına aid olduğundan, məcburi sertifikatlaşdırmanın əsas
aspekti
təhlükəsizlik və ekolojilikdir. Xarici ölkələrdə məmulatların
təhlükəsizliyini təmin edən qanunlar fəaliyyət göstərir (məsələn: AB-
nın Direktivləri). Ona görə də məcburi sertifikatlaşdırma
standartlarda gö
stərilmiş tələblərə uyğunluğu müəyyən etmək üçün
aparılır.
Respublikamızda məcburi sertifikatlaşdırma “İstehlakçıların
hüquqlarının müdafiəsi” Qanununa görə həyata keçirilir. Məcburi
sertifikatlaşdırmanı yerinə yetirmək üçün məcburi sertifikatlaş-dırma
sistemi yara
dılır. Bu sistemin məqsədi məcburi sertifikatlaş-dırılmalı
məhsulun, qanunvericilik qaydasında yerinə yetirilməsi vacib olan,
texniki
reqlamentlərin, standartların tələblərinə, yaxud standartların
məcburi tələblərinə uyğunluğunu sübut etməkdir. Məcburi sertifikatlaş-
dırılmalı məhsulların nomenklaturası dövlət səviyyəsində həll edilir.
M
əcburi sertifikatlaşdırılmalı məhsulların və xidmətlərin
nomenklaturası “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında”
Qanununa
uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövl
ət Komitəsi tərəfindən təyin edilir.
M
əcburi sertifikatlaşdırmanın yayılma sahəsi sxematik
olaraq
şəkil 13.3.-də verilmişdir.
Könüllü
sertifikatlaşdırma hüquqi və fiziki şəxslərin
təşəbbüsü ilə sifarişçi ilə sertifikatlaşdırma orqanı arasında,
könüllü
sertifikatlaşdırma səviyyəsində, müqavilələr əsasında
aparılır. Könüllü sertifikatlaşdırmanın, məcburi sertifikatlaşdırma
orqanları tərəfindən məcburi sertifikatlaşdırma sistemlərində apa-
rılmasına icazə verilir. Kö-nüllü sertifikatlaşdırmada uyğunluq sı-
naqlar
ının aparıldığı sənəd bir qayda olaraq sifarişçi tərəfindən
411
seçilir.
Təchizatçı, satıcı, məhsulun istehlakçısı sifarişçi ola bilər.
Könüllü sertifikat
laşdırma sistemi ən çox məhsulu hazırlayanlarla
isteh
lakçıları birləşdirir. Çünki onlar uzun müddətli partnyor
münasi
bətləri əsasında ticarətin inkişaf etdirilməsində maraq-
lıdırlar. Obyektlərin uyğunluğunun təsdiqi qanunvericiliklə bağlı
olan
məcburi sertifikatlaşdırmadan fərqli olaraq, könüllü
sertifikat
laşdırma məcburi nomenklaturaya daxil edilməmiş və
sifarişçi tərəfindən təyin edilən (yaxud müqavilələr əsasında)
məhsul (proseslər, xidmətlər) növlərinə aiddir. Könüllü sertifikat-
laşdırma sisteminin qaydaları və prosedurları könüllü
sertifikatlaşdırma sistemi tərəfindən təyin edilir. Lakin məcburi
sertifikat
laşdırma sistemlərində olduğu kimi, onlar bu sahədə bey-
nəlxalq və regional təşkilatların məsləhətlərinə əsaslanır. Könüllü
sertifikat
laşdırma haqqında qərar, bir qayda olaraq məhsulun
rəqabətə davamlılıq, bazara gediş (xüsusilə xarici), alıcıların seçimdə
getdikcə daha çox sertifikatlaşdırılmış məhsullara üstünlük verməsi
problem
ləri ilə bağlıdır. Bir qayda olaraq, könüllü sertifikatlaşdırma-
nın inkişafı dövlət tərəfindən müdafiə olunur.
Könüllü
sertifikatlaşdırmaya təhlükəsizlik üzrə məcburi yerinə
yetirilm
əli tələbləri olmayan məhsullar uğradılır. Digər tərəfdən könüllü
sertifikatlaşdırmanın aparılması, etibarlılıq, estetiklik, səmərəlilik və s.
kimi göst
əricilərin yoxlanılması hesabına, keyfiyyətsiz məmulatların
bazara daxil
olmasının qarşısını alır. Bu zaman könüllü sertifikat-
laşdırma məcburi sertifikatlaşdırmanı əvəz etmir və onun nəticələri
m
əhsulun (təchizatın) qadağan edilməsi üçün əsas deyildir. Könüllü
sertifi
katlaşdırma ilk növbədə müştəri uğrunda mübarizəyə yönəlmişdir.
Bu eynil
ə xidmətlərin könüllü sertifikatlaşdırılmasına da aiddir.
Son vaxtlar mü
əssisələrin keyfiyyət sistemlərinin İSO 9000
seriyalı beynəlxalq standartların tələblərinə uyğun könüllü
sertifikatlaşdırılması böyük vüsət almışdır.
Məhsullardan, xidmətlərdən və keyfiyyət sistemlərindən başqa
şəxsi heyət də könüllü sertifikatlaşdırıla bilər. Heyətin könüllü
sertifikatlaşdırılması mütəxəssislərin bu və ya digər fəaliyyət
sahəsində, onların işinə qoyulan tələblərə uyğunluğu müəyyən etmək
üçün lazımdır. Sertifikatlaşdırma baza təhsilini əvəz etmir və onu
şübhə altına almır.
412
M
ƏCBURİ SERTİFİKATLAŞDIRMA OBYEKTLƏRİ
Xidmətlər
Məhsullar
Məişət
Sərnişin nəqliyyatı
Rabitə
Turizm
və ekskursiya
Maşınqayırma kompleksinin məhsulları
Elektrotexnika,elektron
və cihazqayırma
sənayesinin məhsulları
Tibbi texnika
Kənd təsərrüfatı istehsalı və yeyinti
məhsulları
Yüngül
sənaye məhsulları
Xammal
sahələri və ağac emalı məhsulları
Nəfəs yollarının fərdi mühafizə vasitələri.
Qablar
Pirotexniki
məmulatlar
Baytarlıq bioloji preparatlar
Məişət
Sərnişin nəqliyyatı
Rabitə
Turizm
və ekskursiya
Ticarət
İctimai peşə
Digərləri
Şəkil 13.3. Məcburi sertifikatlaşdırılmalı məhsulların və xidmətilərin
növl
əri
Könüllü
sertifikatlaşdırma obyektlərinin qruplar üzrə bölgüsü
şəkil 13.4.-də verilmişdir.
Könüllü
sertifikatlaşdırma obyektləri
Xidmətlər
Məhsullar
stehsalat-texniki
istiqamətli, sosial-məişət
istiqamətli müəssisələrin keyfiyyət
sistemləri, lahiyələndirməyə işləmədə,
istehsalatda, qu
raşdırmada və xidmətdə,
Material
Qeyri-material
Şəkil 13.4. Könüllü sertifikatlaşdırma obyektləri
413
S
ənayenin və xidmətlərin intensiv inkişafı, mütəxəssislərin
texniki bilikl
ərinin səviyyəsinə, proqramla təmin edilmələrinə,
normativ s
ənədlərə hər il yeni tələblər qoyur.
Bel
əliklə, heyətin bu gün üçün qəbul olunmuş kriteriyalara
uyğunluğuna vaxtaşırı attestasiya olunması vacibdir. Obyektiv və
asılı olmayan (müstəqil) qiymətləndirməni sertifikatlaşdırma təmin
edir. Müt
əxəssislərə tələbləri və uyğunluğun qiymətləndi-rilməsi
qayda
sını yalnız dövlət deyil, bütün maraqlı tərəflər müəyyən edir.
Bel
ə ki, Almaniyada avtonəqliyyatın qiymətləndiricilərinin sertifikat-
laşdırılması təşəbbüsünü sığorta şirkətləri, banklar və qiy-
m
ətləndiricilər cəmiyyəti qaldırmışdır.
Ümumiyy
ətlə, istehlakçıların hüquqlarının qorunmasında,
m
əhsullar haqqında informasiyanın standartlaşdırılması və
kodlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
13.5.
Məhsul haqqında informasiyanın
standartlaşdırılması və kodlaşdırılması
İnformasiyanın standartlaşdırılması və kodlaşdırılması üçün ştrixli
kodlaşdırmadan istifadə edilir.
Ştrixli kodlaşdırma fikri keçən əsrin 30-cu illərində ABŞ-ın Harvard
biznes m
əktəbində yaranmışdır. Belə kodun ilk istifadə praktikası XX əsrin 60-
cı illərinə təsadüf edir. Ştrix-kodun köməyi ilə ABŞ dəmiryolçuları dəmiryol
vaqonlarının identifikasiyasını aparırdı. Ştrixli kodlaşdırmanın geniş tətbiqi
keç
ən əsrin 70-ci illərində mikroprosessor texnikasının inkişafı ilə əlaqədar
mümkün ol
muşdur.
1973-cü ild
ə ABŞ-da universal məhsul kodu (IPC) qəbul edilmişdir.
1977-ci ild
ə isə Avropa kodlaşdırma sistemi EAM (European Artiole
Numbering) yaran
mışdır ki, bundan da hal-hazırda Avropanın hüdudlarından
k
ənarda da istifadə edilir.
Ştrixli kod təkrarlanan müxtəlif enlərdə olan tünd (ştrixlər) və açıq
(
aralıqlardan)
zolaqlardan
ibar
ətdir.
Zolaqla
rın
ölçül
əri
standartlaşdırılmışdır. Ştrixli kodlar xüsusi optik quruluşlarla–skanerlərlə
oxunmaq üçün n
əzərdə tutulmuşdur. Skanerlər ştrixləri mikroprosessor-
dan keçir
ərək, kodlaşdırır və məhsul haqqında informasiyanı kompüterə
daxil edir.
414
Xarici ö
lkələrdə qablaşdırılmış məhsulda ştrixli kodun olması
məcburi tələbdir. Bu tələb yerinə yetirilmədikdə ticarət təşkilatları
məhsuldan imtina edə bilər.
Bu qayda beyn
əlxalq ticarətə də aiddir. Məsələ heç də onda deyildir
ki,
informasiyanın bu cür sistemi, məhsulların ən azı 85%-nin
kodlaşdırıldığı halda, informasiyanın bu cür sistemi iqtisadi cəhətdən sə-
m
ərəlidir. Bu həm də kodlaşdırmanın sifarişlərin yığılmasına və forma-
laşmasına, daxil olmuş məhsulların uçotunun, yola salmaların, sənədlərin
t
ərtib edilməsinin və mühasibat uçotunun, məhsulların anbara yığılması-
nın və satılmasının qaydaya salınmasına və sürətləndirilməsinə birbaşa
t
əsir göstərməsidir.
EAN ikinin kodundan daha
geniş istifadə olunur: Bunlar 13–
dərəcəli və 8–dərəcəli rəqəmli kodlardır. Bu kodlar müxtəlif enlərdə
ştrixlərin və aralıqların birləşməsindən ibarətdir. Ən ensiz ştrix vahid
qəbul edilmişdir. Hər bir rəqəm (yaxud dərəcə) iki ştrixdən və iki
aralıqdan alınır (şəkil 13.5., şəkil 13.6.)
13–
dərəcəli kod ölkənin kodundan (“ölkənin bayrağı”),
istehsalçı müəssisənin (firmanın) kodundan, məhsulun özünün
kodundan
və nəzarət ədədindən ibarətdir. EAN assosiasiyası
ö
lkələrin kodlarını işləmiş və kodlardan istifadə etmək üçün
mərkəzləşdirilmiş qaydada lisenziyalar təqdim edir. Məsələn: Fransa
30-37 diapozonunu, Italiya 80-87 diapozonunu
almışdır. Bəzi ölkələr
üçün kodlar üç
işarəlidir: 476-Azərbaycan, 520-Yunanıstan, 789-
Braziliya, Rusiya-460, Estoniya-474, Maca
rıstan-599 (cədvəl 13.1).
İstehsalçı müəssisənin kodu hər bir ölkədə uyğun milli orqan
t
ərəfindən tərtib olunur və beş rəqəmdən ibarət olur. Müəssisənin kodu
ölk
ənin kodundan sonra gəlir. Kodun açılışı standart deyildir. O,
m
əhsulun özünün müəyyən xarakteristikalarını (nişanələrini), ya da
m
əhsulun, ancaq müəssisəyə məlum olan qeyd olunma nömrəsini əks
etdir
ə bilər. Nəzarət ədədi EAN alqoritmi üzrə skanerlə kodu düzgün
oxumaq üçün n
əzərdə tutulmuşdur.
EAN-8 kodundan çox da böyük olmayan m
əhsulla-rın
kodlaşdırılmasında istifadə olunur, çünki kiçik ölçülü məhsulları
daha uzun kodla
kodlaşdırmaq olmur. EAN-8 ölkənin kodundan,
istehsalçının kodundan və nəzarət ədədindən ibarətdir. Bəzən
istehsalçının kodu əvəzinə məhsulun qeyd olunma nömrəsi göstərilir.
415
Şəkil 13. 5. 13 dərəcəli
Şəkil 13.6. 8 dərəcəli
EAN kodu.
EAN kodu.
Kodun
rəqəmli sırası skanerin oxuması üçün yox, alıcı üçün
nəzərdə tutulmuşdur. Son istehlakçı üçün informasiya ölkəni
gö
stərməklə məhdudlaşdırılır. Çünki ölkələrin kodları müxtəlif
xüsusiləşdirilmiş və sorğu materiallarında, yaxud verilənlər
banklarında saxlanılır. Tam ştrixli kod alıcıları daxili, yaxud xarici
ticarət təşkilatlarına məhsulun mənşəyi haqqında dəqiq rekvizitlərə
nail olmaqla
və kontrakta uyğun olmayan keyfiyyət, təhlükəsizlik və
digər parametrlər üzrə ünvanlı tələbləri (iddiaları) təqdim etməyə
imkan
yaradır.
Azərbaycan dövləti tərəfindən ticarətdə, material-texniki təchizatda,
bank işində, nəqliyyatda, səhiyyədə, kənd təsərrüfatında və digər
sahələrdə ştrixli kodlaşdırma sisteminin tətbiqi üçün dövlət proqramı
qəbul olunmuşdur. Proqram Azərbaycanda ştrixli kodları vurmaq və
oxumaq üçün texniki vasitələrin işlənməsi və istehsalını nəzərdə tutur.
Beynəlxalq
normativ
sənədlərə
əsasən
kodlaşdırmanın
standartlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
M
əhsulun məcburi ştrixli kodlaşdırılması “İstehlakçıların
hüquqlarının müdafiəsi” Qanununun müddəalarından birinin alınan
m
əhsul haqqında lazımi və həqiqi informasiyanın əldə edilməsi
416
M
əhsulları ştrixli kodlaşdırmaq üçün
ö
lkələrin bəzi EAN kodları
Cədvəl 13.1.
Ö
lkənin
kodu
Ö
lkə
Ö
lkə-
nin
kodu
Ö
lkə
Ö
lkəni
n kodu
Ö
lkə
93
Avstraliya
539
İrlandiya
888
Sinqapur
90–91
Avstriya
569
İslandiya
383
Sloveniya
476
Azərbaycan
84
İspaniya
00–09
ABŞ və
Kanada
779
Argentina
80–87
İtaliya
869
Türkiyə
54
Belçika
və
Lüksenburq
529
Kipr
64
Finlandiya
380
Bolqarıstan
690
Çin
30-37
Fransa
789
Braziliya
850
Kuba
859
Çexiya
50
Böyük
Britaniya
750
Meksika
780
Çili
599
Macarıstan
87
Niderland
73
İsveç
759
Venesuela
94
Yeni
Zelandiya
76
İsveçrə
400-440
Almaniya
70
Norveç
860
Yuqoslaviya
489
Honkonq
590
Polşa
880
Cənubi
Koreya
520
Yunanıstan
560
Portuqaliya
45-49
Yaponiya
57
Danimarka
729
İsrail
460-
469
Rusiya
hüququnun realiza
siyası üçün şərait yaradır. İstehsalat müəssisələri
üçün
ştrixli kodlaşdırma aşağıdakılara imkan verir:
avtomatlaşdırılmış idarəetmə sistemlərinin mənimsənilməsini
asanlaşdırmağa;
istehsalat, qablaşdırma və satış sferalarında uçot
əməliyyatlarının effektivliyini yüksəltməyə;
istifadə olunan resursların analizini aparmağa;
417
məhsulun hərəkəti və realizasiyası haqqında həqiqi
informasiyanın sistematik yığımının təşkil edilməsinə;
informasiyanın idarəetmə və nəzarət orqanlarına operativ
təqdim edilməsinə.
Topdansatış müəssisələrinin ştrix kodla təchiz olunmadıq-ları
halda,
məhsulu pərakəndə satış şəbəkəsinə buraxmağa, yaxud realizə
etməyə ixtiyarları yoxdur.
Pərakəndə satış müəssisələrinin ştrixli kodu olmayan məhsulları
realizasiya üçün
qəbul etməyə ixtiyarları yoxdur. Bu müəssisələrdə
ştrixli kodları oxumaq üçün kassa aparatları olmalıdır.
Lakin
istehlakçı təkcə məhsulu hazırlayan ölkə haqqında yox,
həm də alınan məhsul haqqında daha dolğun informasiya almaq
istəyir. Bu problemi də standartlaşdırmanın köməyi ilə həll etmək
mümkündür. Lakin bunun üçün
standartların sertifikat-laşdırma yolu
ilə təsdiq olunan məcburi tələblərinin siyahısını genişləndirmək lazım-
dır. Hal-hazırda məcburi sertifikatlaşdırma-nın yeganə aspekti məh-
sulun
təhlükəsizliyidir. Istehlakçı alınan məhsulun, onun təyinatı üzrə
istifadəsinə yararlığa təminat, etibarlılıq və istifadə etmək üçün digər
mühüm xarakteristikalar
haqqında məlumat almaq imkanına malik
deyildir.
Konkret qrup, yaxud
ayrı-ayrı növ məhsullar üçün məcburi
sertifikatlaşdırmanın qanun və qaydalarını işləyərkən, istehlakçı üçün
məhsul haqqında məlumatı genişləndirmək olar. Məsələn: uşaq
qidalarının
sertifi
katlaşdırılması
zamanı
məhsulun
təkcə
təhlükəsizliyi deyil, həm də onun qidalılığı qiymətləndirilir.
|