Beynəlxalq hüquq normalarının növləri
Beynolxalq hüquq normaları dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındakı qarşılıqlı münasibətləri nizama salan ümumməcburi qaydalara deyilir.
Beynəlxalq hüquq normaları öz məzmununa və formasına görə olduqca müxtəlifdir.
Subyekt-ərazi sferasına görə beynəlxalq hüquq normalarının üç növü fərqləndirilir: 1) ümumi normalar; 2) regional normalar və 3) ikitərəfli (bilateral) normalar.
Bu normalann içərisində jus cogens normaları (ümumi beynəlxalq hüququn imperativ normaları) xüsusi yer tutur. Jus cogens - ümumi beynəlxalq hüququn normasıdır; bütövlükdə dövlətlərin be5məlxalq birliyi tərəfindən qəbul edilir və tanınır; bu cür normadan geri çəkilmək yolverilməzdir; bu norma yalnız ümumi beynəlxalq hüququn eynilə bu xarakterdə olan yeni bir norması ilə dəyişdirilə bilər. Jus cogens normalarına misal olaraq aşağıdakıları misal göstərmək olar: təcavüzün qadağan olunması, başqa dövlətin sərhədlərini pozmamaq, dinc əhalini zorla bir ərazidən başqa bir əraziyə köçürməmək,
Dostları ilə paylaş: |