Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə11/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   219
beynelxalq huquq

Regional normalar müəyyən bir coğrafi regionda yerləşon dövlətləri bağlayan beynəlxalq hüquq normalarıdır. Məsələn, Latın Amerika ölkələri arasında elə normalar mövcuddur ki, onlar digər regionlarda qəbul olunmamışdır.

İkitərəfli normalar iki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normalardır.

Nizamasalma üsuluna görə beynəlxalq hüquq normalanmn iki növünü ayırmaq olar: 1) imperativ normalar və 2) dispozitiv normalar.

İmperativ normalar o normalara deyilir ki, onlarda nəzərdə tutulmuş yeganə davranış variantından dövlətlər heç cür kənara çıxa bilməzlər. İmperativ normaya misal kimi nüvə silahının yayılmamasmı nəzərdə tutan beynəlxalq hüquq normasını göstərmək olar.

Dispozitiv normalar alternativ davranış variantı nəzərdə tutan normalardır. Dövlətlər başqa cür razılığa gəlməklə, normada göstərildiyindən fərqli hərəkət edə bilərlər. Məsələn, dövlətin hava məkanından onun birbaşa razılığı olmadan istifedə olunmasını qadağan edən norma dispozitiv normadır.

Normada nəzərdə tutulmuş göstərişin xarakterinə görə beynəlxalq hüquq normalarının aşağıdakı növləri fərqləndirilir: 1) sə- lahiyyətverici normalar 2) məcburedici normalar 3) qadağanedici normalar

Formasına görə beynəlxalq hüquq normaları iki növə ayrılır: 1) yazılı (rəsmi) təsbit olunmuş normalar 2) yazılı təsbit olunmamış normalar

Qüvvədə olma müddətinə görə beynəlxalq hüquq normalanmn iki növünü göstərmək olar: I) müddətsiz normalar və 2) müddətli normalar..

Beynəlxalq hüquq normaları habelə maddi və prosesual normalara bölünür. Maddi nonnalarda dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin hüquq və öhdəlikləri ehtiva olunur (məsələn, ayrı-ayrı əsas insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı dövlətlər üçün beynəlxalq öhdəliklər müəyyən edən normalar). Prosessual normalar isə maddi nonnalarm həyata keçirilməsinin təşkilati-prosedur aspektlərini müəyyən edir . Maddi normalar öz növbəsində tənzimləyici mühajizəedici normalara^ prosessual normalar isə təşkilati, prosedur, protokol normalarına bölünür.



  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin