Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq hüquq normalarının icrarxiyası



Yüklə 0,96 Mb.
səhifə12/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   219
beynelxalq huquq

Beynəlxalq hüquq normalarının icrarxiyası

Beynəlxalq hüquq normalarının yaradılması prosesinin dövlət- daxili normalann yaradılması qaydasından fərqli olması özünü habelə ierarxiya, yəni hüquqi qüvvəsinə görə hüquq normalarının bir-birindən asılı olması məsələlərində büruzə verir. Beynəlxalq hüquqda milli hüquq sistemində olduğu kimi dəqiq müəyyən edilmiş və bütün normativ massivi əhatə edən ierarxiya yoxdur. Beynəlxalq hüquq normasının forması, məsələn, hər hansı beynəlxalq müqavilədə təsbit olunması və ya beynəlxalq adət hüququ şəklində mövcud olması, yaxud ikitərəfli və ya çoxtərəfli müqavilədə təsbit olunması onun müxtəlif hüquqi qüvvəyə malik olmasına prinsip etibarilə təsir göstərmir. Bununla belə, beynəlxalq hüquqda da müəyyən ierarxiya mövcuddur. Belə ki, müasir beynəlxalq hüquqda müəyyən olunmuşdur ki:



  1. jus cogens normaları, yuxanda artıq qeyd edildiyi kimi, bütün digər beynəlxalq hüquq nonnalanna nisbətən üstün hüquqi qüvvəyə malikdir. Jus cogens-ə zidd olan norma hüquqi baxımdan etibarsızdır (bu barədə bax: Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 53-cü maddəsi).

  2. Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin hüquqi qüvvəsi bütün digər beynəlxalq müqavilələrin hüquqi qüvvəsindən üstündür. Bu, Nizamnamənin 103-cü maddəsində ifadə olunmuşdur. Həmin maddədə deyilir: «Birləşmiş Millətlər Təşkilatı Üzvlərinin bu Nizamnamədən irəli gələn öhdəlikləri ilə onlann istənilən digər beynəlxalq sazişdən irəli gələn öhdəlikləri arasında ziddiyyət olduqda, onlann bu Nizamnamədən irəli gələn öhdəlikləri üstün qüvvəyə malik olur».

  3. beynəlxalq müqavilələri bağlayan dövlət orqanlarının dövlət mexanizmində yeri və konstitusion statusundan asılı olaraq müvafiq müqavilələr aşağıdakı qaydada icrarxiyada olur: 1) dövlətlər- arası müqavilələr və 2) hökumətlərarası müqavilələr.

  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin