FƏSİL
BEYNƏLXALQ HÜQUQUN MƏNBƏLƏRİ
Beynəlxalq hüququn mənbəyinin anlayışı
Hüququn mənbəyi dedikdə, hüquq normasının ifadə forması başa düşülür. Bu qısa tərifi biz beynəlxalq hüququn mənbəyi anlayışma da aid edə bilərik.Beynəlxalq hüququn mənbələri BMT Beynəlxalq Məhkəməsi Statutunun 38-ci maddəsində göstərilmişdir. Həmin maddəyə görə, Beynəlxalq Məhkəmə ona təqdim olunmuş mübahisələri həll edərkən
beynəlxalq müqaviləyə; 2) beynəlxalq hüquqi adətə; 3) hüququn ümumi prinsiplərinə və hüquq nonnalarmı məzmununu müəyyən etmək üçün köməkçi vasitə kimi 4) məhkəmə qərarlarına və 5) tanınmış alimlərin rəylərinə əsaslana bilər.
Beynəlxalq müqavilə
Beynəlxalq müqavilə beynəlxalq hüququn əsas mənbələrindən biri olub, iki və ya daha artıq dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələr müəyyən edən razılaşma kimi başa düşülür.
Beynəlxalq müqavilələr vasitəsilə dövlətlər və habelə beynəlxalq hüququn digər subyektləri, müxtəlif xarakterli məsələləri həll edirlər. Beynəlxalq müqavilələrdə dövlətlərin hüquq və vəzifələri daha dəqiq və birmənalı təsbit olunur.Dövlət yalnız öz razılığı ilə hər hansı beynəlxalq müqavilənin iştirakçısı ola bilər. Müqavilə yalnız onun iştirakçıları üçün hüquq və öhdəliklər yaradır; üçüncü dövlətlər üçün isə o, beynəlxalq hüququn mənbəyi ola bilməz.
Beynəlxalq müqavilələr şifahi formada da bağlana bilər. Buna indi praktikada çox nadir hallarda rast gəlinən «centlmen sazişlərimi misal göstənnək olar.
2.Beynəlxalq hüquqi adət
Beynəlxalq hüquqi adət beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydasıdır.
Beynəlxalq hüquqi adətin iki ünsürü vardır:
dövlətlərin praktikası 2) bu praktikanın məcburi norma kimi tanınması
Dostları ilə paylaş: |