Görkəmli alimlərin rəyləri
Müasir dövrdə beynəlxalq hüququn bu «köməkçi» mənbəyindən çox nadir hallarda istifado olunur. Tanınmış hüquqşünasların rəylərinin başlıca əhəmiyyəti ondan ibarətdir ki, onlar qeyri-müəy- yən beynəlxalq hüquq normalarının məzmununun dəqiqləşdirilməsi üçün və bu və ya digər beynəlxalq adət normasının artıq təşəkkül tapdığına əlavə sübut kimi bəzi hallarda gərəkli ola bilər.
BMT Beynəlxalq Məhkəməsinin Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiq olunması haqqında iş üzrə (ilkin etirazlar mərhələsi), Qabçikovo- Nagimaroş layihəsi haqqında iş üzrə (1997-ci il) çıxardığı qərarlara hakim Veramantrinin əlavə etdiyi xüsusi rəylərdə, Yuqoslaviya Beynəlxalq cinayət tribunalının Dıışko Tadiç işi üzrə (1995-ci il) çıxardığı qərarda bir sıra görkəmli beynəlxalq hüquqşünasların fikirlərinə istinad edilmişdir.
Dostları ilə paylaş: |