Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq hüququn məcəllələşdirilməsi vo mütərəqqi inkişafı



Yüklə 0,96 Mb.
səhifə13/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   219
beynelxalq huquq

Beynəlxalq hüququn məcəllələşdirilməsi vo mütərəqqi inkişafı




Beynəlxalq hüququn mocolloləşdirilməsi (kodiflkasiyası) daxilən uzlaşdırılmış iri hüquqi aktların yaradılması məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir. MocGİloloşdimiG zamanı bcyuGlxalq hüquq normalan nəinki vahid sistemG gGtirilir, hGinçinin bu normalar daha dəqiq ifadə olunur vo bcynolxalq adət hüququ şəklində təşəkkül tapmış normalar da buraya daxil edilir. Lakin məcəllələşdirmə prosesi heç də bununla məhdudlaşmır və praktikada bu proses mövcud normaların dəyişdirilməsi və yaxud yeniləşdirilməsi, habelə tamamilə yeni normaların yaradılması ilə - yəni beynəlxalq hüququn mütərəqqi inkişafı ilə müşayiət olunur.

Beynəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı aşağıdakı vəzifələri yerinə yetirir: a) qüvvədə olan beynəlxalq hüququ beynəlxalq münasibətlərin həmin inkişaf dövrünün tələbatına uyğunlaşdırmaq; b) ona tələb olunan yeni hüquq normaları əlavə etmək; c) köhnəlmiş normaları kənar etmək və mövcud normalar arasındakı ziddiyyətləri aradan qaldırmaq; ç) beynəlxalq hüququn müvafiq sahəsini və ya institutunu bir normativ kompleks şəklinə salmaq.

Məcəllələşdirmə rəsmi qeyri-rəsmi olur. Rəsmi məcəllələşdirmə, əsasən, BMT çərçivəsində aparılır. Qeyri-rəsmi məcəllələşdirmə isə ayn-ayn alimlər, milli institutlar və ya beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən (bunlann içərisində hor ikisi 1873-cü ildən fəaliyyət göstərən və müxtəlif ölkələrin alimlərini özündə birləşdirən Beynəlxalq Hüquq Assosiasiyasını və Beynəlxalq Hüquq İnstitutunu xüsusilə ayırmaq lazımdır) həyata keçirilir.

Beynəlxalq hüquqim məcəllələşdirilməsi və mütərəqqi inkişafı işinin təşkili BMT Baş Məclisinin səlahiyyətinə daxildir (bax: BMT Nizamnaməsinin 13-cü maddəsi). Baş Məclis tərəfindən bu f ıiıdiısböİG’-19tl4o. jdişı^ısi köməkçi orqan - Beynəlxalq hüquq ;

Komissiya müxtəlif hüquqi sistemləri

təmsil edən, Komissiyada şəxsi keyfiyyətdə fəaliyyət göstərən, Baş Məclis tərəfindən 5 il müddətinə seçilən 34 tanınmış beynəlxalq hüquqşünasdan ibarətdir. İndiyə qədər Beynəlxalq hüquq komissiyası bir sıra məcəllələşdirilmiş beynəlxalq aktların, o cümlədən Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasının, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasının, Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının, Beynəlxalq Cinayət Məhkəməsi Slalulunun və digər mühüm aktlann mətnlərini işləyib hazırlamışdır. Hazırda Komissiya aşağıdakı məsələlər üzrə Məcəllə layihələri üzərində işləyir: beynəlxalq müqavilələrə qeyd-şərtlər (1995-ci ildən); beynəlxalq təşkilatların məsuliyyəti (2002-ci ildən); Əcnəbilərin ölkə ərazisindən çıxarılması (2005-ci ildən); silahlı münaqişələrin müqavilələrə təsiri (2005-ci ildən); cinayət törətmiş şəxsləri vermək və ya təqib etmək öhdəliyi (aut dedere aut judicare) (2006- cı ildən); təbii fəlakətlər zamanı şəxslərin müdafiəsi (2008-ci ildən); dövlətin vəzifəli şəxslərinin xarici cinayət yurisdiksiya- smdan immuniteti (2008-ci ildən); müqavilələr müəyyən vaxt keçdikdən sonra (2009-cu ildən) və b.


        1. Yüklə 0,96 Mb.

          Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin