Nümayəndəliyin binaları bütün dövlət və bələdiyyə vergi və rüsumlarından (konkret xidmətlərə görə ödəniş haqqından başqa) azaddır.
Arxiv V3 sənədlərin toxunulmazlığı
Nümayəndəliyin bütün arxivləri, sənədləri və habelə rəsmi yazışmaları toxunulmazdır.
Nümayəndəliyin öz dövlətinin hökuməti və digər diploma^- tik nümayəndəlikləri ilə əlaqədə olmaq azadlığı
Bu əlaqələri həyata keçirmək üçün nümayəndəlik bütün müvafiq vasitələrdən, o cümlədən diplomatik kuryerlərdən sərbəst və maneəsiz istifadə edə bilər. 1961-ci il Vyana Konvensiyası habelə diplomatik poçtu təyinatı üzrə çatdırdığı ana qədər immunitetə malik olan müvəqqəti (ad hoc) kuryerlərin təyin olunmasını mümkün sayır.