Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə42/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   111
Hansı yerdə -fikirləş, tap! 
Yeddi mujik, yeddi nəfər- Müvəqqəti öhdəlilər 
El yolunda rast gəldilər
Toqqabərkit əyaləti, 
Dərdətabla qəzasının, 
Sərgərdanlar volostundan; 
Yaxın qonşu yeddi kənddən: 
Yamaqlılar, Cındırlılar, 
Lütüryanlar, Vicəlilər, 
Yanıqlılar, Acqarınlar, 
Bargörməzhr obasından Yeddi mujik, yeddi 
kəndli Rastlaşdılar, Öcəşdilər: 
Kimin günü-güzəranı Firavandır Rus elində? 
Göründüyü kimi, bir volost, quberniya sözləri mətnin tərcümə 
əsəri olduğunu göstərir, qalan bütün adlar elə milliləşib ki, heç 
kəs  onlan  rus  toponimi  kimi  qəbul  etməz.  N.A  Nekrasovun  bu 
toponimlərinin  hamısı  antonomasiyadır,  hər  birisinin  öz 
hekayəsi, öz açımı var. Bunu həmişə etmək mümkündürmü? Axı 
73 


ad tərcümə olunmur. Bu məsələyə əsərin janrından və reseptor- 
dan  asılı  olaraq  yanaşmaq  lazımdır.  Bizim  fikrimizcə,  nəsr  və 
poeziya  tərcüməsində  şərh,  izah  yolu  ilə  oxucuya  müəyyən 
məlumat  vermək  olar,  səhnədə  oynanılacaq  pyeslərin 
tərcüməsində  isə  şərhdən  istifadə  etmək  mümkün  deyil,  çünki 
tamaşanı  saxlayıb  personajların  adının  mənasını  izah  etmək 
qeyri-mümkündür. 
Coğrafi  adlar  da  insan  adları  kimidir,  əksəriyyətinin 
konnotasiyası  və  sətiraltı  mənası  yoxdur.  Bir  çox  coğrafi  adlar 
tərcümə 
dilinin 
fonoloji 
və 
morfoloji 
qanunlarına 
uyğunlaşdırılmışdır.  Məsələn,  Praque  -  Praqa,  Warsaw  - 
Varşava, Vietma - Vyana, Geneva - Cenevrə, London - London ( 
Londra), Baku - Bakı. 
Küçə və meydan adları adətən tərcümə olunmur; Red Square, 
Wenceslas Square, Constitution Square kimiləri is- tisnahq təşkil 
edir, ancaq onlar da ünvan kimi işləndikdə tərcümə edilmir. 
İctimai və dövlət binalarının adları qismən tərcümə olunur. 
Məsələn, White Hoııse - Ağ ev, Pentagon - Pentaqon (beşbucaq 
yox). 
Herr,  Fran,  Mı%  MrSy  Signoray  Senor,  Madame, 
Mademoiselle,  MıısyOy  Pan,  Don,  Dona,  господин,  госпожа, 
cənab, xanım və sair müraciət formalarına münasibət müxtəlifdir. 
Bunlara  münasibətdə  konkret  hallardan  çıxış  etmək  lazımdır. 
Əgər  müvafiq  və  hamı  tərəfindən  qəbul  edilən  ekvivalentlər 
varsa, zadəgan və peşə titulları tərcümə olunandır. Məsələn, qraf, 
hersoq, markiz, professor, doktor və s. 
Əgər məxəz dilin mədəniyyəti ilə bağlılığı varsa, firma, özəl 
müəssisələr,  məktəblər,  universitetlər,  xəstəxanalar  və  şairənin 
adları  tərcümə  olunmur.  Lakin  qeyri-rəsmi  sənədlərdə  çox 
məşhurlarının  adlan  tərcümə  oluna  da  bilər:  Banca  Nazionale 
dltalia-National Bank of Italy-İtaliya Milli Bankı. Ümumiyyətlə, 
belə adlar tanıtma məqsədi güdür, tərcümədə də bu məqsəddən 
çıxış edir. Hədəf dilin oxucusu onlara is 
74 


tinad  etmok  istəyirsə,  onda  məxəz  dildəki  varianta  müraciət 
etməlidir. 
Qəzetf jurnal və digər dövri mətbuat nümunələrinin adları 
transkripsiya,  yaxud  translitcrasiya  yolu  ilə  verilir,  çox  vaxt 
onların  mənası  hədəf  dildə  mötərizədə  göstərilir.  Məsələn, 
Respublika  qəzeti  (The  Republic),  Xalq  qəzeti  (The  People's 
newspaper), Gündəlik Xəbərlər (The Daily News). 
Məşhur  sənət  əsərlərinin  adları  tanındıqları  ölkələrdə 
tərcümə  olunmur.  Əsərin  adı  populyar  deyilsə,  unudulubsa, 
transkripsiya  olunur.  Rəsmlərin  adları  (əgər  tərcümə  olunmuş 
adları  yoxsa)  transkripsiya  (translilerasiya),  eləcə  də  tərcümə 
olunur. Adları tərcümə olunmamış əsərlərin adları transkripsiya, 
yaxud  transliterasiyada  verilir  və  tərcümə  ilə  müşayət  olunur. 
Mono  Liza  kimi  bəzi  rəsm  əsərlərinin  orijinalda iki  adı  var  {La 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin