LAYİHƏ MÜHİTİ: İNFORMASİYA SİSTEMLƏRİ
XİDMƏTİ PROSESLƏRİ
Biznes-proseslərin reinjinirinqi adətən İnformasiya
texnologiyalarının inkişafı komponentlərinin əksər hissəsini
əhatə edir. Layihənin bu təşkiledicilərinə nəzarət informasiya
sistemləri xidməti prosesləri çərçivəsində həyata keçirilir.
Bunlardan biri
dəyişikliklərin idarə edilməsi prosesidir.
Bu, informasiya sistemləri xidmətinin layihəyə nəzarət üzrə
həyata keçirməli olduğu ən vacib prosesdir. Biznes-proseslərin
reinjiniriqi kimi iri layihələrdə informasiya texnologiyaları tabe
rol oynayır. Buna görə də dəyişikliklərin idarə edilməsi prosesi
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 206 ____________________________
layihəyə nəzarət prosesi çərçivəsində fəaliyyət göstərir.
Bununla belə, bu prosesdə tamamilə sərbəst məsələlər həll
edilir.
İnformasiya sistemləri xidmətinin iştirak etdiyi hər bir
layihə üçün layihə meneceri təyin edilir. Bir menecer eyni
vaxtda bir-neçə layihəni idarə edir. Layihə meneceri aşağıdakı
3 mövqedən birində fəaliyyət göstərir:
•
İnformasiya
sistemləri xidməti layihənin əsas
icraçısıdırsa, menecer layihə komandasının vahid
rəhbəri olur. Reinjinirinq layihəsində belə hal çox nadir
hadisədir.
•
Sifarişçi bölmə üzrə layihə meneceri ilə informasiya
sistemləri xidməti meneceri müştərək rəhbərlik edir.
Reinjinirinq layihəsində belə hal da nadir rast gələn
hadisədir.
•
Layihənin informasiya texnologiyaları ilə əlaqəli
istiqamətinə rəhbərlik edir. Bu, reinjinirinq layihəsində
daha böyük ehtimallı haldır.
Dəyişikliklərin idarə edilməsi prosesinin sərbəst
məsələləri aşağıdakılardır:
•
Layihə çərçivəsində icra ediləcək dəyişikliklərin
qeydiyyatı. Çoxsaylı informasiya texnologiyaları ilə bağlı
iri layihələrdə adətən çoxsaylı dəyişikliklər edilir. Buna
görə də həmin dəyişikliklər xüsusi olaraq qeydiyyata
alınmalıdır.
•
Layihə çərçivəsində icra ediləcək dəyişikliklərin
nəticələrinin qiymətləndirilməsi. Təşkilatın biznes
məsələlərini həll edən ixtiyari proqram əlavəsi
informasiya
texnologiyaları
infrastrukturu
resurslarından, yəni serverlərdən, avadanlıqlardan,
lokal şəbəkə kabellərindən, rabitə kanallarından,
|