MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 216 ____________________________
Adətən
ROLAP-sistemlərin öz bazaları olmur.
Lakin geniş yayılmış relyasiyalı bazalara xas
interfeysə malikdirlər.
ROLAP-sistemi relyasiyalı
verilənləri aralıq metaverilənlər qatı yaradaraq
çoxölçülü verilənlərə çevirir.
ROLAP-sisteminə
misal
MicroStrategy şirkətinin DSS Suite
sistemini,
İnformix şirkətinin MetaCube sistemini,
İnformation Advantage şirkətinin Decision Suite
sistemini göstərmək olar.
HOLAP Hibrid
OLAP-sistemidir. Bu sistemdə kub üçün
verilənlər relyasiyalı bazada, aqreqatlaşdırılmış
verilənlər isə çoxölçülü bazada saxlanır. Hibrid
sistem çoxölçülü bazanın hesabına çoxölçülü
təhlili sürətləndirir. Eyni zamanda relyasiyalı
bazanın hesabına verilənlərin təkrarlanmasını
ləğv edir.
HOLAP-sisteminə misal Speedware
şirkətinin
Media/MR sistemini göstərmək olar.
Operativ analitik emal sistemlərin inkişaf istiqamətlərindən
biri də iri korporativ informasiya sistemlərinə (
ERP) verilənlərin
analitik işlənməsi funksiyasının daxil edilməsi (quraşdırılması)
ilə bağlıdır. Belə sistemlərə misal olaraq korporativ miqyasda
ən iri və ən baha sistem olan
SAP və PeopleSoft şirkətlərinin
hazırladığı korporativ informasiya sistemlərini göstərmək olar.
Belə ki,
SAP şirkəti özünün SAP R/3 sisteminə 14 sənaye
sektoru üçün qabaqcadan hazırlanmış 1400 hesabatdan ibarət
analitik əlavələr qoşmuşdur.
Qeyd etmək lazımdır ki, hal-hazırda
OLAP-təhlil
texnologiyası daha çox çoxölçülü verilənlərin seçilməsi üzrə
mürəkkəb mexanizmlərin tətbiqinə yönəldilir ki, bu da təhlil
edilən amillərin ayrı-ayrı qiymətlərindən ibarət çoxluqlara daha