MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 211 ____________________________
hissəsi üçün işləyə bilir. Buna görə də bazarın elə hissəsi
(seqmenti) seçilməlidir ki, şirkətə daha çox gəlir gətirsin.
Bunun üçün bazarı diqqətlə öyrənmək, onu seqmentlərə
bölmək, həmin seqmentlərin gəlirlilik səviyyəsini təyin etmək,
daha çox gəlir verən seqmentə yönəldilmiş idarəetmə strategi-
yası qurmaq tələb olunur. Seqmentləşdirmə üçün istehlakçıların
formal təsviri üsulları və riyazi analiz metodları tətbiq edilir. Bu
sahədə faktor və klaster təhlili metodları daha geniş tətbiq
edilir.
Klaster təhlilinin əsasını obyektlərin əlamətlər üzrə
təsnifləşdirilməsi metodları təşkil edir. Təsnifat nəticəsində
oxşar obyektlər klasteri yaranır. Lakin hər klasteri seqment
adlandırmaq olmaz. Klasterlərin sabitliyi, idarəedici təsirlərə
qarşı həssaslığı, bu klasterdə işləmək üçün resursların yetərli
olması və s. kimi bir sıra semantik xarakterli şərtlər ödəndikdə
klaster seqmentə çevrilir. Klaster təhlilinin ən mühüm üstün
cəhəti onun universallığıdır. Belə ki, klaster təhlili istənilən
təbiətli obyektləri təsnifləşdirməyə imkan verir. Ciddi riyazi
təhlil modeli (dəyişənlərin sonlu sayı, formal oxşarlıq ölçüsü)
daha obyektiv təsnifat aparmağa imkan verməklə bərabər,
bəzən ilkin oxşar istehlakçı qruplarında əyani olmayan cəhətləri
də aşkara çıxara bilir.
Lakin münasibətlərin sərrast marketinq-menecmenti
baxımından, klaster təhlili bir sıra nöqsanlara malıkdir.
Əvvəla, dəyişənlərin və ya onların dəyişmə diapazonlarının
dəyişməsi baxımından, təhlil proseduru çox sərtdir və
prosedurların
normallaşdırılmasının
təkrarlanmasını
və
məsələnin tamamilə yenidən proqramlaşdırılmasını tələb edir.
Bu sərtlik kütləvi marketinq məsələlərində seqmentləşdirmə
üçün elə bir maneçilik törətmir. Çünki bu halda yalnız birvaxtlı
və ya uzun fasiləli təhlil aparılır. Sərrast menecmentdə isə