Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə136/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 212 ____________________________ 
münasibətlərin fərdiləşdirilməsinə görə, seqmentləşdirmə 
proseduru daha tez-tez aparılaraq real vaxt rejiminə 
yaxınlaşdırılır.
İkincisi, seqmentləşdirmə məsələsinin həlli zamanı istifadə 
edilən klasterləşdirmə məsələsinin riyazi mürəkkəbliyi üzündən 
menecment 
sahəsindəki 
mütəxəssislərlə 
riyaziyyatçı-
proqramçıların birgə işləməsi tələb olunur ki, bu da əlavə çətin-
liklər törədir. Belə ki, münasibətlərin sərrast marketinq-
menecmenti üçün xarakterik olan müştərilərlə dəyişkən kontakt 
şəraitində qarşılıqlı fəaliyyəti menecer sərbəst şəkildə təhlil edə 
bilmir.
Üçüncüsü, fərdi kontakt şəraitindəki qarşılıqlı fəaliyyətdə 
və ya dar seqmentdəki kontaktda aparılan ilkin təhlil dinamik 
korreksiya (düzəliş) tələb edir. Çünki bir sorğunun icrası 
nəticəsində başqa sorğular yaranır ki, bunlara da “
on-line” 
rejimində cavab verilməlidir. Klaster təhlili statik xarakterli 
olduğundan bu rejimi reallaşdırmaq mümkün olmur.
Odur ki, müasir seqmentləşdirmə metodu yeni operativ 
analitik emal (OLAP-təhlil) texnologiyasına əsaslanır. Bu 
texnologiya yuxarıda sadalanan nöqsanları asanlıqla aradan 
qaldırır. Məhz bu səbəbdəndir ki, OLAP-təhlil texnologiyası 
münasibətlərin 
sərrast marketinq-menecmentində 
seqmentləşdirmənin misilsiz alətinə çevrilmişdir. Verilənlərin 
kompüter texnologiyasına əsaslanan müasir təhlil vasitələri 
tranzaksiya emal sistemləri (
OLTP) və operativ analitik emal 
(
OLAP) sistemləri kimi iki istiqamətdə inkişaf etdirilir. 
Tranzaksiya emal sistemləri
- emala əsaslanan təhlil 
sistemləri böyük faktoqrafik verilənlər massivi toplamağa, 
onları əsasən cədvəl formasında ciddi strukturlaşdırmağa imkan 
verir. Nəticədə kompüterdə strukturlaşdırılmış hesabatlar tərtibi 
mümkün olur.



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin