MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 227 ____________________________
Şəkil 32. Şirkətin filiallarının təşkilati quruluşu
Ölçülər cədvəl 9-dan seçilən “Region” sütununa və sonra
“Şəhər” sütununa əsasən təyin edilir.
Cədvəl 9.
Region/Şəhər parametrləri üzrə ölçülərin seçilməsi
Şəhər _ İD
Region
Şəhər
1
Qərb
Qazax
2
Qərb
Gəncə
3
Cənub
Lənkəran
4
Cənub
Astara
Ölçülərin hər bir cədvəlinin ilkin açarı ya kubun faktiki
verilənlər cədvəlindəki xarici açarla, ya da digər ölçülər cədvəli
ilə əlaqədar olur. Yuxarıda baxdığımız misalda “Şəhər_İD”
sütunu kubun faktiki verilənlər cədvəlindəki xarici açarla
əlaqəlidir. Odur ki, ölçülərin təyini üçün açarlar sütunu heç bir
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 228 ____________________________
əhəmiyyət kəsb etmir. Ölçülər ölçmələr (ədədi verilənlər) üzrə
kubda qruplaşdırılır ki, bu da təhlil üçün istifadə edilir. Məsələn,
əgər kubun ölçmələri “Məhsulun həcmi”, ölçüləri isə “Məhsul”,
“Zaman”, “Zavodların ünvanı”dırsa, bu halda istifadəci təhlil
prosesində kubla iş görərək, “Məhsulun həcmi”ni “Məhsul”,
“Zaman” və “Zavodların ünvanı” kateqoriyaları üzrə qruplaşdıra
bilər (şəkil 33).
Ölçü daha xırda hissələrə bölünə biləndir. Məsələn,
MƏHSUL “Qəzetlər” və “Jurnallar” kimi 2 hissəyə bölünmüşdür.
Kubun xanalarında “Məhsulun həcmi” ölçmələrinin qiymətləri
yerləşir. Kub üçün aqreqatlaşdırılmış “Məhsulun həcmi”
ölçmələrinin qiymətləri bütün “Məhsullar”, bütün “Vaxt
intervalları” və bütün “Zavod ünvanları” üçün gerçəkdir. Bu
kəmiyyət kubun bütün 64 xanasındakı kəmiyyətlərin cəmidir.
Lazım gəldikdə, ölçü redaktə edilir. Lakin verilənlərin alınması
mqdellərindəki ölçü redaktə olunmur.
İstifadəçi həm bütövlükdə kub üzrə, həm də onun ayrı-
ayrı hissələri üzrə təhlil apara bilir. Bunun üçün kriteri
seçimindən istifadə edilir. Məsələn, istifadəçi “Məhsulun həcmi”
sorğusunda yalnız “Qəzetlər”i göstərməklə kifayətlənə bilər. Bu
halda kubun yalnız bir üzündəki informasiya seçilib götürülür.
Qalan informasiyaya baxılmır. Bu əməliyyat “kəsik” və ya “lay”
adlanır. Kubda icra edilən əməliyyatlardan biri
drilldown (dərinə
işləmək), digəri isə
drillup (yuxarı qalxmaq) əməliyyatıdır. Bu
əməliyyatlar ölçmələrin qiymətlərini təsvir edən informasiyanın
xırdalıqları dərəcəsini təyin edir.
Göstərmək lazımdır ki, müəyyən ölçü üçün yalnız ya “lay”
əməliyyatını, ya da
drilldown və drillup əməliyyatlarından birini
icra etmək olar. Bunların birgə icrası yolverilməzdir. Obyektlər
iyerarxiyasında ölçülər bilavasitə verilənlər bazasına və kublara
tabe edilir. Səviyyə adlanan obyektlər isə ölçüyə tabedir.
|