MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 217 ____________________________
böyük diqqət verməyə və qərar qəbulunun hazırlanması
prosesində onların bir-biri ilə müqayisə edilməsinə kömək edir.
Lakin belə operativ analitik işlənmə hələ bütün prosesləri əhatə
etməmişdir. Digər olduqca əhəmiyyətli məsələ verilənlərin
intellektual təhlili (
Data Mining) sisteminin köməyi ilə həyata
keçirilən qanunauyğunluqlar axtarışıdır. Hələlik çoxölçülü
verilənlərin operativ analitik işlənməsi (
OLAP) və verilənlərin
intellektual təhlili (
Data Mining) sistemləri hərəsi özünəməxsus
inkişaf yolu ilə getməkdədir. Bu, onunla bağlıdır ki, verilənlərin
operativ analitik işlənməsindən fərqli olaraq
Data Mining
birölçülü verilənlərlə işləyir. Çoxölçülü təhlil üçün başqa yanaş-
ma tələb olunur. Lakin bu iki sistemin inteqrasiyası problemi
artıq öz həllini bütün kəskinliyi ilə ortaya qoymuşdur. Bu
inteqrasiyanı ifadə etmək üçün K.Parsaye “
OLAP Data Mining”
termini daxil etmişdir.
OLAP və Data Mining sistemlərinin inteqrasiyasının
müxtəlif variantları mümkündür. Bir variantda kublardakı
təhlilin nəticələri intellektual təhlillə tamamlanır. Digər
variantda verilənlərin intellektual təhlilinin nəticələri kubların
yartadılması üçün istifadə edilir və sonra
OLAP-təhlil aparılır.
Ən yaxşı inteqrasiya variantı çevik təhlil sxemi yaratmaqdan
ibarətdir ki, burada da ümumiləşdirmənin bir səviyyəsindən
digərinə və ya başqa kub kəsiyinə keçid zamanı tipik
intellektual emal mexanizmləri
OLAP-təhlil sisteminə qoşulur.
Verilənlərin çoxölçülü intellektual təhlilinin inteqrasiya
edilmiş sisteminin arxitekturası şəkil 27-də verilmişdir.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 218 ____________________________
Şəkil 27. Verilənlərin çoxölçülü intellektual təhlilinin
inteqrasiya edilmiş sisteminin arxitekturası
Beləliklə
, OLAP-texnologiya
kompüter
yaddaşında
saxlanan verilənlərdən biznesin operativ təhlili üçün səmərəli
istifadə etməyə imkan verir və verilənlər bazalarına edilən
mürəkkəb analitik sorğulara sistemin cəld cavab reaksiyasını
təmin edir (şəkil 28).
OLAP-sistemdə verilənlərin çoxölçülü modeli və
informasiyanın müasir aqreqatlaşdırılması texnikası sayəsində
bu sistemlər
on-line rejimində aparılan təhlilə əsasən böyük
informasiya massivlərini operativ surətdə işləyib ümumiləşdirir
və qrafik təsvir vasitələri ilə təqdim edir.