Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə30/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 45 ____________________________ 
Sadalanan bu tətbiqi sistemlər içərisində bizim üçün ən 
çox maraq kəsb edənlər “qərar qəbulunu dəstəkləyən” (
DSS ) 
və “müştərilərlə münasibətləri idarə edən” (
CRM ) 
sistemlərdir. 
 
QƏRAR QƏBULUNU DƏSTƏKLƏYƏN SİSTEMLƏR 
(QQDS-DSS) 
 
Qərar qəbulunu dəstəkləyən sistemlər ilə iqtisadi-riyazi 
metodlar arasında sıx əlaqə vardır. Lakin qərar qəbulunu 
dəstəkləyən sistemlərin fəaliyyət sferası başqadır. 
Qərar qəbulunu dəstəkləyən sistemləri şərti olaraq, 
sənədlərə, modellərə, verilənlərə, biliklərə və telekommuni-
kasiyalara əsaslanan altsistemlərə bölmək olar. Qərar 
qəbulunu dəstəkləyən sistemlərin modellərə və verilənlərə 
əsaslanan altsistemləri məzmunca iqtisadi-riyazi metodlara 
daha yaxındır. 
SƏNƏDLƏRƏ ƏSASLANAN QƏRAR QƏBULUNU 
DƏSTƏKLƏYƏN SİSTEMLƏRİN ALTSİSTEMİ 
Qərar qəbulu praktiki olaraq həmişə sənədlərlə müşayiət 
olunur. Lazımi sənədin axtarılması və istinad edilməsi xeyli 
zəhmət tələb edir. Odur ki, sənədlərə əsaslanan qərar 
qəbulunu dəstəkləyən sistemlərin altsistemi daxili sənəd 
dövrüyyəsini və xaricdən daxil olan sənədlərin qoyulmuş 
reqlamentlərə uyğun təqdim edilməsini avtomatlaşdırır. Daxili 
sənəd dövrüyyəsini avtomatlaşdıran sistemlərə nümunə olaraq 
IBM Lotus Notes, “AyTi” şirkətinin Boss-Referent və 
Documentum sistemlərini göstərmək olar. Xarici sənədlərə 
müraciət etmək üçün çoxsaylı axtarış sistemləri mövcuddur. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 46 ____________________________ 
MODELLƏRƏ ƏSASLANAN QƏRAR QƏBULUNU 
DƏSTƏKLƏYƏN SİSTEMLƏRİN ALTSİSTEMİ 
Modellər həmişə, hətta informasiya (kompüter) 
texnologiyalarına qədər də qərarın hazırlanması və qəbulunda 
əsas rol oynamışdır. Güclü informasiya texnologiyaları instru-
mentlərinin meydana çıxması qərar qəbuluna dəstəyi daha da 
möhkəmləndirmişdir. Qərar qəbulu üçün dəstək verən 
modellərə ənənəvi statistik, balans və optimallaşdırma 
modelləri nümunədir. Biznes-planların tərtibində və mürəkkəb 
işlər ardıcıllığının icrasında qraf modelləri tətbiq edilir. Bu 
sistemlərin əsas vəzifəsi proqnoz qiymətləri əsasında qərar 
variantları hazırlamaqdan ibarətdir. Həm mikrosəviyyədə 
(Qiymətlərin və satışın səviyyələrini, istehsalın həcmini təsvir 
edən modellər), həm də makrosəviyyədə (Sahələrin inkişafı 
ssenariləri əsasında bütövlükdə milli iqtisadiyyatı təsvir edən 
modellər) qərar qəbulu üçün modellər qurmaq mümkündür. 
Model tiplərindən asılı olaraq müxtəlif paketlər tətbiq 
edilir. Məsələn, statistik modellər üçün SAS və SPSS kimi 
dünyada məşhur paketlər, optimallaşdırma məsələlərinin həlli 
üçün GAMS paketi və s. mövcuddur. 

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin