MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 83 ____________________________
nəticəsində əldə edə bilirlərsə, bu sinergetik effekt hesabına
baş verir.
Sistemin davranışı bir-neçə üsulla təsvir edilə biləndir.
Bundan əlavə, sistemi müxtəlif tərəflərdən təsvir etmək
mümkündür.
Sistem
yanaşması
nöqteyi-nəzərindən,
modelləşdirmə zamanı aşağıdakı anlayışlar nəzərə alınır:
•
Çoxvariantlılıq. Bu, eyni nəticəni müxtəlif üsullarla
almağın mümkünlüyünü nəzərdə tutur.
•
Sistem parametrlərinin çevikliyi. Bu, sistemin çevikliyini
(rejimdən-rejimə keçə bilməsini) təmin edən əsas
tələblərdən biridir. Sistem fəaliyyət göstərən prosesdə
onun girişində güclü silkələnmələr (tərəddüdlər,
sapmalar, qalxıb-düşmələr) ola bilər. Dayanıqlı fəaliyyət
göstərmək üçün sistem dəyişilən şəraitə reaksiya
verməli və yeni şəraitə vaxtında uyğunlaşa bilməlidir.
SİSTEMİN TƏHLİLİ METODLARI
Modellər sistemi qurulmazdan əvvəl təşkilat və onun
ətraf mühiti barədə təsəvvür əldə etmək lazımdır. Bundan
ötrü bir-neçə təhlil metodu tətbiq edilir. Təhlil metodunun
seçilməsi modelin səviyyəsindən və modelləşdirilən sahədən
asılıdır.
Yaradılan modelin səviyyəsi. Model müəyyən problemin
həlli üçün və ya problemin həllinə şərait yaratmaq üçün
yaradıla bilər. Lakin bütün hallarda model strateji, taktitki və
operativ səviyyələrdə qərar qəbulunun informasiya təminatını
yaxşılaşdırmaq üçündür.
Funksional oblastların sərhədləri. Yaradılan model yalnız
bir funksional oblasta, məsələn, mühasibat uçotu və
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 84 ____________________________
maliyyəyə aid ola bilər və yaxud bir-neçə funksional oblastı
kəsib-keçən prosesə aid ola bilər.
Modelləşdirmənin sərhədləri və hərəkətə gətiriləcək
təşkilati səviyyə təyin edildikdən sonra vacib momentlərin
aşkarlanmasına başlanılır. Sistemin təhlili metodları və ya
modeldə əks etdiriləcək əhəmiyyətli faktların tapılması
metodları sırasında: müsahibə götürmə, anketləşdirmə,
sənədlərin icmalı, müşahidə, beyin hücumu qeyd edilir.
Müsahibə götürmə. Bunun 3 elementi var: müsahibənin
planı, götürülməsi və yazılışı.
Müsahibənin planı. Müsahibə mövcud informasiya
sistemlərini təhlil etmək və gələcək sistemə qarşı qoyulacaq
tələbləri təsvir etmək üçündür. Planda aşağıdakı momentlər
öz əksini tapır:
•
Müsahibə götürmənin məqsədi;
•
Müsahibənin predmeti – alınacaq informasiya qurulacaq
modelə aid olmalıdır;
•
Şirkətin müştərilərinin müsahibəyə cəlb edilməsi. Ola
bilsin ki, modelləşdiriləcək bölmələrlə müştərilər
arasında münasibətlərdə problem vardır;
•
Müsahibə götürmənin yerinin və sualların tipinin
müəyyən edilməsi.
Müsahibənin götürülməsi. Müsahibə dəqiq struktura
malik olmalıdır. Müsahibə götürən yaxşı dinləməyi
bacarmalıdır.
Müsahibənin yazılışı. Müsahibənin vacib momentləri qeyd
edilməlidir.
Qeydlər
biznes-prosesə,
verilənlərə
və
informasiyanın hərəkətinə aid olmalıdır.
Biznes-proses dedikdə, girişi resurs sərfindən, çıxışı isə
istehlak dəyərindən ibarət olan ixtiyari proses nəzərdə tutulur
|