463
Cədvəl 36.1. Frambeziyada müalicə taktikasının xüsusiyyətləri (ÜST)
Epidemioloji
xarakteristikası
Sifilis
Frambeziya
Becel
Pinta
Yayılması
Coğrafi
paylanması
Iqlim şəraiti
Xəstələrin yaşı
Ötürülmə
mexanizmi:
-cinsi
-qeyri cinsi
-anadangəlmə
İnfeksiyanın
rezervuarı
Sporadik;
əsasən
şəhərlərdə
Dünyanın
müxtəlif
regionlarında
İstənilən
18-30 yaş
adi
nadir halda
bəzən
Yaşlılar
Endemik;
kənd rayonları
Afrika, Cənub-
Şərqi Asiya,
Cənubi Amerika
İsti rütubətli
iqlim
2-10 yaş
yox
bəli
yox
2-15 yaşlı
uşaqlar
Endemik;
kənd rayonları
Cənub-
QərbiAsiya,
Saxara
İsti
quru iqlim
2-10 yaş
yox
bəli
yox
2-15 yaşlı
uşaqlar və latent
dövründə olan
xəstələr
Endemik;
kənd rayonları
Mərkəzi və
Cənubi Amerika
İsti yarımquru
iqlim
15-30 yaş
yox
bəli
yox
dərinin davamlı
zədələnməsi
olan 15-30 yaşlı
xəstələr
Klinik şəkli
İlkin dövr –
tək-tək yumşaq, qaşınan, solğun çəhrayi rəngli, papulomatoz artımlı
(moruğa bənzər) papulalar olur. Papulanın səthində adətən çox dərin olmayan yaralar
əmələ gəlir (frambezioma). Xoralar qartmaqla ortülü olur, və çapıqlaşır. Frambezioma
adətən uşaqlarda bədənin açıq yerlərində, xüsusən üzdə (dodaqlarda, qulaq seyvanında,
ağızda, burun nahiyəsində), əllərdə olur. Uşaq əmizdirən qadınlarda frambezioma tez-
tez süd vəzisi ətrafında, kişilərdə isə baldırda, ayaq pəncəsində, az hallarda isə cinsiyyət
orqanlarında yerləşir.
İkincili frambeziomalar - şankr-satellitlər də əmələ gələ bilər.
İkincili dövr gövdədə və ətraflarda çoxlu qaşınan papulalar –
moruğa oxşar
frambezidlərin, habelə skvamoz və eritromatoz-skvamoz ləkələrin,
nadir hallarda isə
papulo-qabarcıqlar və xoralı vezikulo-pustulaların meydana gəlməsilə xarakterizə
olunur. Bu dövrdə tez-tez əl içi və ayaq altının məhdud və ya yayılmış hiperkeratozu
aşkar edilir.
Üçüncülü dövr üçün qummaların, xoraların, çapıqların, qanqozların (mutulyasiya
edici olunan rinofaringit), octeoperiostitlərin
əmələ gəlməsi, habelə xəncərəbənzər
baldır, ön burun sümüyünün hiperostozu (qundu, qondu), düyünlü oynaqətrafı nahiyələr
xarakterikdir (Cədvəl 36.2).