Bir-birinə zidd, əks olan mənaları bildirən sözlərə antonimlər deyilir.
Məsəslən: yer – göy, sülh – müharibə, igid – qorxaq, gülmək – ağlamaq,oturmaq – qalxmaq, gecə – gündüz və s.
Antonimləri təşkil edən sözlər də eyni bir nitq hissəsinə aid olur.
-lı, -sız, -bi, li antonim şəkilçiləri ilə yaranan sözlər leksik antonim deyil. Məsələn: güclüsözünün antonimi gücsüz yox, zəif sözü sayılır.
Sinonimlər
Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənalırı bildirən sözlərə sinonimlər deyilir.
Məsələn: ürək – könül – qəlb, böyük – iri – yekə, odlamaq – alıçdırmaq – yandırmaq və s. Sinonimlər yaxın mənaları bildirsələr də, onların işlənməsində incə məna fərqləri vardır. Məsələn: qalın və sıx sinonimlərini meşə isminə qoşmaqla işlətmək mümkün olduğu halda (qalın meşə, sıx meşə), bu sözlərdən yalnız birincisini kitab isminə aid etmək olar: qalın kitab.
Sinonimləritəşkil edən sözlər eyni nitq hissəsinə aid olur.
-bi, -siz, -la, sinonim şəkilçiləri ilə yaranan sözlər də sinonim deyil. Məsələn: bivəfa – vəfasız; laməkan – məkansız.
Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur.Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır.
Omonimlər
Deyilişi və yazılışı eyni olan, leksik mənası isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Məsələn: