Dilin fonetik,sintaksik, leksik növləri



Yüklə 39,59 Kb.
səhifə25/25
tarix01.01.2022
ölçüsü39,59 Kb.
#50427
1   ...   17   18   19   20   21   22   23   24   25
Dilin fonetik ,sintaksik, leksik növləri

TERMİNLƏR


Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər deyilir. Məsələn:frazeologoya, mübtəda, orfoepiya, tropik, flora, qələvi və s. Cəmiyyət mədəni cəhətdən inkişaf etdikcə bəzi terminlər get-gedə ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, süita, solo, fauna və s.

Terminlər elmi üslubda daha çox istifadə olunur. Bu, elmi üsluba başqa üslublardan fərqləndirən əsas səciyyəvi xüsusiyyətdir.

Terminlərin xarakterik xüsusiyyətləri yığcamlıq, yeni söz yaratmaq qabiliyyətinin, emosionallığın və məcaziliyin olmaması, çox vaxt da sinonimin olmamasıdır.

Qeyd: Dildə işlənən kobud ifadələr, nalayiq sözlər vulqar sözlər adlanır. 

YENİ SÖZLƏR


İctimai həyat dəyişdikcə baş verən yeniliklərlə bağlı olaraq, dildə ayrı-ayrı anlayış, hadisə və əşyaları bildirən yeni sözlər yaranır. Belə sözlərə yeni sözlər (neologizmlər) deyilir.

Məsələn: özəlləşdirmə, soyqırımı, nəfəslik, işbirliyi, soykökü, bölgə, yayım, soyad, durum, dəstək, önəmli, gündəm, cangüdən və s. Bu sözlər son beş-on il ərzində dilimizdə yaranan yeni sözlərdir.
Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Yeni sözlərin bir hissəsi başqa dillərdən alınma yolla yaranır.
Məsələn: mesaj, internet, bələdiyyə, investisiya, birja, kompüter, menecer və s.

KÖHNƏLMİŞ SÖZLƏR


Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişləkxüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər deyilir.
Keçmiş həyat və məişət tərzi ilə bağlı (ölçü və çəki vahidləri, geyim adları, rütbə adlarə, pul vahidləri və s.) köhnəlmiş sözlər tarixizm adlanır.
Məsələn: çarıq, daqqa (dəri papaq), darğa (şəhər, vilayət hakimi), toppuz (başı girdə çomaq, qədim silah növü), yasavul (polis), xurcun (torba), batma (çəki vahidi) və s

Yüklə 39,59 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin