9. Tərkibində q samitinin kar qarşılığı k səsi olan sözlərin çoxu – kolxoz, klub, tank, xalq, şəfəq, əxlaq və s.
10. Fleksiyaya uğrayan (kökü içəridən dəyişən) sözlər:
Məsələn: (ərəb mənşəli sözlər) nəsr-nasir-mənsur; şəkil-təşkil-mütəşəkkil; eşq-aşiq-məşuq-məşuqə və s.
11. Sonu -at şəkilçisi ilə bitən sözlər: məlumat, hesabat, mühasibat, tələbat və s.
Bu xüsusiyyətləri daşıyan sözlərin hamısı alınma sözlərdir.
Ərəb və fars dillərindən alınma sözlər isə la-, na-, bi-, ba- ön şəkilçiləri ilə birlikdə dilimizə daxil olmuşdur.
Məsələn: laməkan, laqeyd, naşükür, naməlum və s.
Nadinc və nakişi sözləri istisna hal olaraq milli mənşəlidir.
Məktəb, təhsil, din və ilahiyyatla bağlı sözlərin çoxu da ərəb və fars dillərindən alınma sözlərdir. Məsələn: məktəb, məktub, kitab, katib, dərs, tədris, mədrəsə, sinif, elm, Allah, rəbb, islam, peyğəmbər, məscid, müsəlman, inam, namaz, səcdə, ilahi, oruc, həcc, molla, axirət, cənnət, şeytan, Əkbər, Zəhra, Ömər, Cəfər, Həsən, Əli, Fatma və s.
Sözün əvvəlində iki samitin yanaşı gəlməsi də əsl Azərbaycan sözləri üçün səciyyəvi xüsusiyyət deyil. Məsələn: plan, prospekt, şkaf, tramplin və s.
Belə sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir.
Dilimizdə fars dilindən keçən sözlərin əksəriyyəti poetik ifadələr və sözlərdir. Məsələn: gül, bülbül, bahar, payız, dilbər və s.
Rus dilindən keçmiş sözlər: samovar, paraxod, zavod, vedrə və s.
Latın dilindən keçən sözlər: direktor, respublika, konstitusiya və s.
Alman dilindən keçən sözlər: veksel, kurort, qalstuk, şayba və s.
İngilis dilindən keçən sözlər: klub, mitinq, trolleybus, keks, futbol, rels, basketbol və s.
Alınma sözlərin bir çoxunun dilimizdə qarşılığı vardır. Lakin bu, nitqdə alınma sözlərdən qaçmağa əsas vermir. Alınma sözlərdən elmi, qismən də, bədii və publisistik üslublarda termin kimi istifadə etmək mümkündür. Lakin danışıqda, məişət üslubunda onlardan istifadə olunmasına ehtiyac yoxdur.