Dilin fonetik,sintaksik, leksik növləri



Yüklə 39,59 Kb.
səhifə21/25
tarix01.01.2022
ölçüsü39,59 Kb.
#50427
1   ...   17   18   19   20   21   22   23   24   25
Dilin fonetik ,sintaksik, leksik növləri

Alınma sözlər


Dilimizdəki sözlər mənşəyinə görə iki qrupa bölünür: əsl Azərbaycan sözləri, alınma sözlər. Dilimizin lüğət tərkibindəki sözlərin böyük əksəriyyəti (xüsusilə say, əvəzlik və feillərin, demək olar ki, hamısı) milli mənşəli sözlərdir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində dilimizə çoxlu alınma sözlər də keçmişdir. Alınma sözlər iki qrupa bölünür:

1.Ərəb və fars dillərindən alınma sözlər.
2. Avropa dillərindən alınma sözlər.


Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn: kitab, alim, dünya, məktəb, tələbə, şagird və s.
Alınma sözləri müəyyən etmək üçün əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayanxüsusiyyətləri bilmək zəruridir:


1. Sözdə iki saitin yanaşı işlənməsi.
Məsələn: ailə, zəif, səadət, müəllim, sual, maaş, bədii, mətbəə və s.


2. Sözdə uzun tələffüz olunan saitin işlənməsi.
Məsələn: aləm, məna, elan, xüsusi, səliqə və s.
Avropa mənşəli sözlərdə uzun tələffüz olunan sait olmur.


3. sözün r  samiti ilə başlanması.
Məsələn: rezin, rayon, rəssam, rəf, rəndə və s.


4. Sözdə j  samitinin işlənməsi (istər sözün əvvəlində, sonunda, istərsə də ortasında). Məsələn: janr, müjdə, əjdaha, qaraj, jurnal, montaj və s. Qiji, qijilti kimi sözlər istisnadır.

5. Vurğusu son hecaya düşməyən sözlərin çoxu (bayaq, bildir, dünən, necə, ancaq, yalnız, sanki və s. kimi əsl Azərbaycan sözləri istisnadır). 

6. Sözdə ahəng qanununun pozulması.
Məsələn: aşıq, məktub, vəfa, ticarət və s. (ilıq, işıq, inam və s. əsl Azərbaycan sözləri istisnadır).


7. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi – sirr, həll, hiss, xətt, tibb, həddvə s.


Yüklə 39,59 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin