Dilin fonetik,sintaksik, leksik növləri


Mübtəda həmcins olanda xəbərin onunla uzlaşması üç şəlikdə özünü göstərir



Yüklə 39,59 Kb.
səhifə14/25
tarix01.01.2022
ölçüsü39,59 Kb.
#50427
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
Dilin fonetik ,sintaksik, leksik növləri

Mübtəda həmcins olanda xəbərin onunla uzlaşması üç şəlikdə özünü göstərir:

  • Həmcins mübtədalar sırasında I, II və III şəxslər iştirak edir. Bu zaman xəbər həmcins mübtədalarla I şəxsin cəmində uzlaşır. Məsələn: Mən də, sən də, o da getməliyik.

  • Həmcins mübtədalar sırasında I şəxs olmur, II və III şəxs iştirak edir. Bu zaman xəbərin mübtəda ilə uzlaşması II şəxsin cəmində baş verir. Məsələn: Sən də, o da çox hazırlaşmalısınız.

  • Cümlədə I və II şəxslər iştirak etmir, Həmcins mübtədalar yalnız III Şəxsdən ibarət olur. Bu zaman xəbər də III şəxsdə olur. Məsələn: Çiçəklər, quşlar, insanlar dil açmışdılar. Cümlə belə də ola bilər: Çiçəklər, quşlar, insanlar dil açmışdı.

Həmcins xəbərlər mübtəda ilə iki şəkildə uzlaşır:

  • Həmcins xəbərlərin hər biri mübtəda ilə ayrı-ayrılıqda uzlaşır: Əhməd qürurludur, sədaqətlidir, təmizdir, vicdanlıdır.

  • Həmcins xəbərlərdən sonuncusunda şəxs şəkilçisi saxlanmaqla əvvəlkilərdə şəxs şəkilçisi ya ixtisar olunur ( bəzən də həmcins xəbərlərdən ilkində şəxs şəkilçisi saxlanılmaqla sonuncudakı şəxs şəkilçisi ixtisar olunur): Biz oxuyur, yazır, arabir dincəlirdik. Mən zənciyəm, həm də rəssam.

Yüklə 39,59 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin