Dilin fonetik,sintaksik, leksik növləri



Yüklə 39,59 Kb.
səhifə6/25
tarix01.01.2022
ölçüsü39,59 Kb.
#50427
1   2   3   4   5   6   7   8   9   ...   25
Dilin fonetik ,sintaksik, leksik növləri

AHƏNG QANUNU

Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir.

Ahəng qanununa tabe olanlar: «qalın», «incə», «qanun»

Ahəng qanununa tabe olmayanlar: «ahəng»

Ahəng qanunu morfouoloji hadisədir, yəni həm fonetikaya, həm də morfologiyaya aiddir.

HECA

Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə heca deyilir:

A-zər-bay-can, sə-ya-hət-çi-lər, qəh-rə-man-lıq, i-yir-mi Sözdəki hecaların sayı onda işlənən saitlərin sayı qədər olur. Heca yalnız bir saitdən də ibarət ola bilər:

A-i-lə, a-ta, u-şaq-lar

Sözlər sətirdən sətrə hecalarla keçirilir. Lakin bir hərfdən ibarət hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: i-nək, sün-i.

Qoşasamitli sözlər sətirdən sətrə keçirilərkən samitlərdən biri sətirdə saxlanılır, digəri isə yeni sətrə keçirilir



VURĞU

Sözdəki hecalardan birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli tələffüzünə vurğu deyilir. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır.

Bizim dilimizdə vurğu çox zaman sözün axırıncı hecasına düşür. Lakin əvvəlinci hecalarında vurğusu olan sözlər də az deyil: traktor, kombaynçı, kosmos və s.

Vurğu qəbul etməyən şəkilçilər:

1) İsmin xəbərlik (şəxs) şəkilçiləri:
-am2, -san2, -dır4, -ıq4,- sınız4, -dırlar4.

2) Soyad əmələ gətirən şəkilçilər: -ov, -yev, -ova, -yeva.

3) İsim düzəldən -gil şəkilçisi.

4) Felin inkar şəkilçisi: -ma2

5) Felin nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zaman şəkilçilərindən sonra gələn şəxs şəkilçiləri:

6) idi, imiş, isə hissəciklərinin ixtisar forması.

7) Feli bağlama şəkilçiləri: -madan2 və -arkan2 şəkilçisinin 2-ci hecası.

8) Felin əmr şəkli II şəxs cəmin şəxs şəkilçisi: -ın4

9) Şəxs-kəmiyyət şəkilçisi: -lar2.

İSTİSNA: Şühudi keçmiş zamanda və əmr, şərt şəkillərində -lar2 vurğu qəbul edir.



FONETİK TƏHLİL

Təhlil zamanı aşağıdakılar müəyyənləşdirilir:



  •  Sözün səs və hərf tərkibi.

  •  Sözün hecaları və vurğusu.

  •  Sait səslər (qalın, incə; dodaqlanan, dodaqlanmayan; açıq, qapalı).

  •  Samit səslər (kar, cingiltili).

QEYD: Təhlil zamanı; hərf, ahəng, heca, vurğu yazılışa, səs, sait, samit isə oxunuşa əsasən müəyyən olunur.


Yüklə 39,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin