Din polis akademiyasi LLL taqım kursantı Rəhimov Nahid Ritorika fənni



Yüklə 414,06 Kb.
səhifə1/7
tarix10.04.2022
ölçüsü414,06 Kb.
#55055
  1   2   3   4   5   6   7
İnsan hüquqları

DİN POLİS AKADEMİYASI

lll taqım kursantı Rəhimov Nahid

Ritorika fənni.

Hüquq fakultəsi,

İnsan hüquqları mövzu.


İnsan hüquqları və ya İnsan haqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar". İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir.

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır.

İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.

İnsan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallığından çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui-istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir.



Yüklə 414,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin