Ümumdünya İnsan hüquqları Bəyannaməsi - Ümumdünya İnsan hüquqları Bəyannaməsi (ÜİHB) Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qeyri-məcburi bir bəyanatdır.[5] Bəyannamə qismən İkinci Dünya müharibəsində törədilən vəhşiliklərə cavab olaraq 1948-ci ildə qəbul olunub. Bu bəyannamə bir qayda olaraq həm dünyəvi, həm də dini xarakterli olmaqla yanaşı insan hüquqları haqqında əsrlərlə formalaşmış təfəkkürün, düşüncənin zirvəsi sayılır. Halbuki ÜİHB məcburi qətnamə deyil. Belə hesab olunur ki, bu qətnamə zaman keçdikcə daha da çox qüvvətlənib, çünki lazım olduqda bəzi milli və digər tribunallar bu qətnaməyə istinad edirlər. Bəyannamə üzv dövlətləri "dünyada azadlığın əsasını təşkil edən, ədaləti və sülhü qoruyan" insan və vətəndaşın bir sıra iqtisadi və sosial hüquqlarının qorunmasına dəvət edir. Bu sənədin qəbul edilməsi, bəzi dövlətlərin hərəkətlərini məhdudlaşdırmaq və dövlətlərə vətəndaşları qarşısında olan öhdəliklərini qəbul etdirmək məqsədilə edilmiş ilk beynəlxalq-hüquqi cəhdi idi.
ÜİHB-nin mətni 1947-ci ildə Hüquqlar haqqında Beynəlxalq Billin müzakirəsini başlatmış Eleanora Ruzveltin rəhbərlik etdiyi İnsan hüquqları Komissiyası tərəfindən yazılmışdır. Komissiyanın üzvləri belə bir hüquqlar haqqında billin forması, eləcə də onun icra olunacağı, həmçinin necə icra olunacağı haqqında dərhal razılığa gəlməmişdilər. Komissiya bəyannamə və ona əlavə ediləcək sənədlərin üzərində işləməyə davam etdi, lakin onların arasında ÜİHB prioritetlik əldə etmişdir.[6] Kanadalı hüquq professoru Con Hamprey və fransız hüquqşünas Rene Kassen, müvafiq olaraq, milli qanunvericiliklərin tədqiqatının böyük bir qismi və sənədin quruluşuna görə məsul idilər. Sənəddə bəyannamənin maddələri preambulanın ümumi prinsipinin şərhi kimi çıxış edirdi. Sənədə quruluş verən Kassen ilk iki maddədə ləyaqət, azadlıq, bərabərlik və qardaşlıq kimi başlıca prinsipləri təsvir etmişdir.
Növbəti maddələrdə fərdlərin hüquqları təsbit olunmuşdur: bir-birinə və qruplara münasibətdə fərdlərin hüquqları; mənəvi, ictimai və siyasi hüquqlar; və iqtisadi, sosial və mədəni hüquqlar. Kassenə görə, son üç maddə həyata keçirilməsi zəruri olan məhdudiyyətlər, vəzifələr və ictimai və siyasi quruluş kontekstində yerləşdirilməli idi.[6] Hamprey və Kassenin məqsədi o idi ki, preambulanın üçüncü fəslində də qeyd edildiyi kimi, ÜİHB-dəki hüquqlar müəyyən yollarla qanuni olaraq tətbiq və icra olunsun
ÜİHB-nin bir hissəsi bütün qitələrdən və bütün əsas dinlərdən olan nümayəndələr də daxil olmaqla, insan hüquqları üzrə beynəlxalq ekspertlər komitəsi tərəfindən araşdırılmış və yazılmış və Mahatma Qandi kimi liderlərlə məsləhətləşmələr aparılmışdır.[ Həm mülki və siyasi hüquqların, həm də iqtisadi, sosial və mədəni hüquqların] daxil edilməsi, əsas insan hüquqlarının bölünməz olduğu və qeyd edilən hüquqların bir-biri ilə sıx əlaqədar olduğu ehtimalına əsaslanırdı. Bu prinsip qəbul edilərkən heç bir üzv dövlət ona qarşı çıxmasa da (bəyannamə Sosialist bloku, aparteid Cənubi Afrika və Səudiyyə Ərəbistanının iştirakı olmadan qəbul edilmişdir), sonralar mühüm çətinliklərə məruz qalmışdır
Soyuq müharibənin başlaması, ÜİHB-nin dərhal ardından ortaya çıxdıqdan sonra, həm iqtisadi və sosial hüquqların, həm də mülki və siyasi hüquqların bəyannaməyə daxil edilməsi ilə əlaqədar ilkin bölünmələrə yol açdığı düşünülürdü. Kapitalist dövlətlər mülki və siyasi hüquqlara (məsələn, birləşmə və ifadə azadlığı) böyük diqqət yetirməyə çalışırdılar; iqtisadi və sosial hüquqları isə (əmək hüququ və həmkarlar ittifaqına qoşulmaq hüququ kimi) bəyannaməyə daxil etmək istəmirdilər. Sosialist dövlətlər isə iqtisadi və sosial hüquqlara daha çox əhəmiyyət verirdilər və onların daxil edilməsini şiddətlə tələb edirdilər.[
1966-cı ildə BMT tərəfindən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP) və İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (İSMHBP) qəbul edilmişdir: hər iki sənəd ÜİHB-ndə nəzərdə tutulan hüquqları əhatə edirdi.[10] Müəyyən sayda dövlət tərəfindən ratifikasiya edildikdən sonra hər iki pakt 1976-cı ildə qüvvəyə minmişdir (ABŞ MSHBP-ı 1992-ci ildə ratifikasiya etmişdir).[11] İSMHBP 155 üzv dövlətdən iqtisadi, sosial və mədəni hüquqların fiziki şəxslərə verilməsi istiqamətində işlər görməsini tələb edir.
Dostları ilə paylaş: |