276
Jan Kokto
"İnsan səsi"
(monopyes)
Jan KOKTO (Jean COCTEAU) (1889-1963) Keçən yüzildə Fransız
mədəniyyətinin
yetişdirdiyi universal
istedadlardan biridir,
eyni zamanda şair, yazar, rəssam, ssenari
yazarı,
kino və teatr rejissoru, teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. “Şerlər” (1920)
və “Opera” (1927) adlı şer kitablarında Koktonun o zamanlar Avropa sənətində aparıcı
sənət axınları olan dadaizm və sürrealizm üslubunda yaratdığı poetik nümunələr toplanıb.
“Əllamə Toma” (1923) və “Ədəbsiz uşaqlar” (1929) romanlarında o,
gəncliyin
problemlərinə işıq salıb. Antik miflərin yeni səpkidə işlənməsinə həsr
olunmuş pyesləri
(”Antiqona”, “Orfey”) dünyanın bir çox teatrlarında özünə səhnə ömrü qazanıb. “Orfey”
(1950) və “Orfeyin vəsiyyəti” (1960) adlı filmlərdə isə Kokto rejissor
və ssenari müəllifi
kimi özünü sınayıb.
Oxuculara təqdim edilən bu əsər təkşəkilli monotamaşadır, ilk dəfə 17.02.1930-cu ildə
Bert Bovinin iştirakı ilə səhnələşdirilib. Əsərin motivləri əsasında fransız
modernist
musiqisinin parlaq simalarından olan bəstəkar Frensis Pulenk eyni adlı monoopera
bəstələyib.
Dostları ilə paylaş: