XAM TORPAQ – təbii bitkilərlə örtülmüş, uzun müddət
şumlanmamış torpaq sahəsi. X.t-nin tərkibində yüksək miqdarda
çürüntü, azot və bitkinin qidalanmasına lazım olan digər elementlər
olur.
XARAKTER NÖVLƏR – yalnız bir biosenozda rast gəlinən növlər,
digər biosenozda ona az miqdarda təsadüf olunur.
XARİCİ MÜHİT – Biosenozu (ekosistemi) əhatə edən mühit:
atmosfer və onun dövranı, günəş işığı və istilik, torpağın ana süxuru və
onun kimyəvi xassələri, qazlar və məhlullar, su, atmosfer və havanın
nəmliyi, ərazinin və ya akvatoriyanın ümumi iqlimi. Bütün amillər
rejimi ritmliyi ilə fərqlənir: gündəlik ritmlik-Yerin fırlanması ilə
əlaqədar olub bir gün ərzində günəş radiasiyasının daxil olması, istilik
rejiminin və rütubətliyin dəyişməsi; illik ritmika-Yerin Günəş ətrafında
fırlanması ilə bağlı olub ilin mövsümləri üzrə günəş radiasiyasının və
istiliyin daxil olması, planet səthinin albedosunun dəyişməsi; əsrlik
ritmika-əsasən günəş aktivliyinin dövriliyi ilə bağlıdır.
XAŞXAŞKİMİLƏR (Papaveraceae) – ikiləpəli bitki fəsiləsi.
Əksəriyyəti ot, bəzən kol və kiçik ağacdır. Azərbaycanda 32 növü
məlumdur. Ən əhəmiyyətli cinsləri: lalə, dəmirovotu, mekonopsis,
eşşolsiyadır. Tərkibində zəhərli alkaloid olduğuna görə heyvanlar yemir.
XAZMOFİTLƏR (yun. chazma – dərin çat) – qayaların çatlarında
bitən daşlı sahələrin bitkiləri. Qayaların çatlarında xırda aşınma
məhsulları toplanan yerdə kök salırlar. Yatsıqşəkilli həyat formasına
malikdir. Litofitlərə aiddir.
XEMODİNAMİKA (yun. chemia - kimya) – ekoloji biokimyanın
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
207
bölməsi; sintez olunmuş maddələrin hava, su və torpaqda hərəkəti və
çevrilməsi.
XEMOSİNTEZ, XEMOLİT AVTOTROFİYA – Qeyri-üzvi
maddələrin oksidləşməsindən alınan enerji hesabına CO
2
-ni vahid
karbon mənbəyi kimi mənimsəyən bəzi bakteriyalar üçün xarakterik
qidalanma tipi. 1887-ci ildə S.N.Vinoqradski kəşf etmişdir. Hidrogeni
və dəm qazını, eləcə də reduksiya olunmuş kükürd, dəmir, ammonyak,
nitritlər və stibium birləşmələrini oksidləşdirən xemosintezedici
bakteriyalar məlumdur.
XEMOTROFLAR (yun. chemeia - kimya) – qeyri-üzvi
maddələrdən mühitdə olan hidrogen-sulfidin, ammoniumun və s.
okidləşməsi hesabına üzvi maddələr sintez edən orqanizmlər.
XƏRÇƏNGKİMİLƏR, XƏRÇƏNGLƏR
(Crustacea)
–
buğumayaqlılar tipindən su heyvanları sinfi. Azərbaycan sularında X.-in
43 fəsiləyə mənsub 134 cinsi və 344 növü məlumdur.
XƏRİTƏ – Müstəvi üzərində yer səthinin, ulduzlu göyün, yaxud
onların hissələrinin riyazi kiçildilmiş və ümumiləşdirilmiş təsviri. Bax:
coğrafiya xəritələri.
XƏRİTƏŞÜNASLIQ – Kartoqrafiyanın bölməsi. Onun nəzəri
əsaslarını, inkişaf tarixini, kartoqraf mənbələrin: (onların elementləri,
xüsusiyyətləri və s.) analizi metodlarını və s. öyrənir. Bəzən xəritələrdən
istifadə etmək metodlarını da X.-a aid edirlər.
XƏSTƏLİK – morfoloji, yaxud funksional dəyişiklik nəticəsində
orqanizmin normal həyat fəaliyyətinin pozulması. X. xarici amillərin
(fiziki, kimyəvi, bioloji, psixogen, sosial və s.) orqanizmə təsirindən
törənir.
XƏTTİ EROZİYA – bax: yarğan.
XƏZAN, XƏZAN DÖVRÜ – İlin bəzi mövsümlərində (payız, yayın
quraqlıq dövrü) bitkilərin kütləvi surətdə yarpaqlarının tökülməsi. Tor-
paq səthində töküntünün toplanmasına, torpağın üst qatlarının üzvi və
mineral maddələrlə zənginləşməsinə səbəb olur.
XƏZRİ, Bakı nordu – Abşeron yarımadasında və onun ətraf
zonasında əsən güclü şimal küləyi. Sürəti 10 m/san-dən çox olur, bəzən
40-42 m/san-yə çatır. Adətən, 1-3 sutka, bəzən bir həftəyədək davam
edir. İldə 100 dəfəyədək təkrarlanır. Qüvvətli X. təsərrüfat fəaliyyətini
pozur, dənizdə iri dalğalar (hünd. 10-11 m-dək), güclü axınlar yaradır,
dəniz nəqliyyatına və hidrotexniki qurğulara zərər verir. X. havanı
kəskin dəyişdirir. Qışda havanı soyudur, bəzən çoxlu qar yağmasına,
çovğuna səbəb olur, yayda havanı xeyli sərinlədir, hərdənbir yağıntı
gətirir. X. zamanı Bakı və Sumqayıt şəhərlərinin havası zərərli qaz və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
208
tüstüdən təmizlənir. X. böyük külək enerjisinə malikdir.
XIRDAYARPAQ MEŞƏ – tozağacı, titrəkyarpaq qovaq və b.
xırdayarpaq ağaclardan ibarət meşə.
XİONOFİLLƏR (yun. chion - qar) – qışda qar örtüyü şəraitində
yaşamağa qadir olan qarsevər orqanizmlər (məs., köstəbək dərin qaraltı
gedişlərdə qışlayır; lemminqlər və çölsiçanı qarın altında həyat sürür).
XİONOFİT – Qarın altında, içərisində inkişaf edən bitkilər.
XİONOFORLAR, xionotolerant orqanizmlər – qara çox davam
gətirən orqanizmlər (şamağacı, darı, bəzi yosunlar, köstəbək, çöl siçanı,
lemminqlər və s.).
XİYABAN – Park, bağ və s. yerlərdə, hər iki tərəfi boyu ağac və kol
əkilən yol. X. tipləri (düz, əyrixətli və s.) və onların quruluşu (ikicərgəli
və çoxcərgəli, biryaruslu və çoxyaruslu, ağaclardan və kollardan ibarət
sıx çəpərli) memarlıq planına əsasən müəyyənləşdirilir. Bir çox Şərq
ölkəsində şəhərlərin böyük küçələri (prospektlər) X. adlanır. Bəzən fəxri
dəfn yerlərinə də X. deyilir (məs. Fəxri xiyaban, Şəhidlər xiyabanı).
XLOR (Cl) – kimyəvi element, kəsgin iyli sarımtıl – yaşıl rəngli
qazdır. I dünya müharibəsində xlordan zəhərləyici maddə kimi istifadə
edilmişdir. Kimyəvi reaksiyalarda tərkibində xlor olan birləşmələrdən
və xlorlu sudan xlor aldıqda o, təhlükəli sayılır. Tərkibində xlor olan
ağardıcılardan istifadə etdikdə də otağın havasını yaxşı dəyişmək
lazımdır. Xlorun hətta kiçik dozası nəfəs yollarını güclü qıcıqlandırır.
Xlor Yerin ozon qatının dağılmasında əsas faktorlardan biri sayılır.
XLORLU ƏHƏNG – xlorid, hipoxlorid və kalsium-hidroksidin
mürəkəb qarışığı Ca(ClO)
2
– iki turşunun qarışıq duzu. Oksidləşdirici,
dezinfeksiya edici və antiseptik kimi, həm də müxtəlif tullantıları və
suyu dezinfeksiya etmək üçün istifadə olunur.
XLOROFİL (yun. chloros – yaşıl və phyllon - yarpaq) – bitkilərin
yaşıl piqmenti; bunlar vasitəsilə bitki günəş enerjisini tutur və və
fotosintez prosesini həyata keçirir.
XLOROZ (yun. chloros – açıq yaşıl) – Torpaqda bəzi elementlərin
çatışmazlığı ilə əlaqədar və ya virusların təsirilə bitkinin xəstələnməsi.
XOLDRİC SİSTEMİ – Yer kürəsində bitki formasiyalarının əsasən
iqlim faktorlarına əsaslanaraq (temperaturla yağıntıların qarşılıqlı
əlaqəsinə) təsnifatı. L.Xoldric (1947) təklif etmişdir.
XOROQRAFİYA – müəyyən vilayət və ya rayonun hərtərəfli
təsviri. Çox vaxt topoqrafiyanın sinonimi kimi işlədilir.
XOROLOGİYA (yun. choros – yer, fəza və logiya) – Termini
E.Hekkel (1866) təklif etmişdir: orqanizmlərin yayılmasının coğrafi və
topoqrafik qanunauyğunluqları haqda elm. Fitoxorologiya, yaxud bitki
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
209
X.-sı bitki coğrafiyasının bir hissəsi olub, növlərin və bitkilərin digər
taksonlarının coğrafiyasını, zooxorologiya isə heyvanları öyrənir.
XORTOBİONTLAR (yun. chortos - ot) – ot örtüyündə yaşayan
heyvanlar.
XROMOSOMLAR (yun. chroma – rəng, soma - bədən) –
Bölünmə nəticəsində hüceyrə nüvəsində əmələ gələn rəngli quruluş.
XRONİKİ TƏSİR – canlı orqanizmlərdə bir qayda olaraq neqativ
fizioloji dəyişikliklər əmələ gətirən ekoloji faktorların fasiləsiz təsiri.
XÜSUSİ QORUNAN BİTKİ VƏ HEYVANLAR – Bax: Nadir və
tükənməkdə olan növlər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
210
İ
İBTİDAİ BİTKİLƏR – bitki aləminin iki böyük qrupundan biri
bakteriyalar, aktinomisetlər, miksomisetlər, göbələklər, yosunlar və
şibyələr İ.b.-rə daxildir. İ.b.-də gövdə, yarpaq və kök orqanları
diferensiasiya etmədiyinə görə bunlara tallomlu bitkilər deyilir.
İDİOADAPTASİYA – yerli şəraitin dəyişilməsi ilə əlaqədar
orqanizmlərin təkamülü nəticəsində dəyişməsi.
İDİOTERM SU HÖVZƏSİ – yüksək temperaturlu sulu su hövzəsi.
İDİOTROF SU HÖVZƏSİ – kimyəvi xassələrinə görə ekstremal su
hövzəsi (məs., daxili duzlu su hövzələri).
İXTİOFAQLAR – əsas yemi balıq sayılan heyvanlar.
İXTİOFAUNA – hər hansı su hövzəsi və ya axar suda yaşayan balıq
növlərinin məcmusu.
İXTİOLOGİYA – onurğalılar zoologiyasının bir bölməsi. Balıqları,
onların quruluşunu, həyat tərzini, müxtəlif vaxtlarda və hövzələrdə
yayılmasını, təsnifatını və təkamülünü öyrənir. İxtioloji tədqiqatlar balıq
təsərrüfatını səmərəliləşdirməyə imkan verir, balıq ovunun və
balıqçılığın inkişafını təmin edir.
İKİQANADLILAR (Diptera), milçəklər – tam metamorfozlaşmış
həşərat dəstəsi. 80 mindən artıq, Azərbaycanda 2 minə yaxın növü
məlumdur.
İ.-ın sürfəsi bitkilərin təhlükəli zərərvericiləridir. İ.-ın çoxu insanda
və ev heyvanlarında xəstəlik törədicilərdir (göyünlər, ağcaqanadlar, ev
milçəyi, qansoranlar və s.). Sürfələri zərərli həşəratların bədənində
inkişaf edən bəzi İ. kənd təsərrüfatı zərərvericilərinin sayını azaldır və
bunlardan bioloji mübarizədə istifdə olunur. İ.-nın bir hissəsi bitki
tozlayıcısı kimi faydalıdır; torpaq əmələgəlməsində fəal iştirak edirlər.
İXTİOSENOZ (yun. ichtys - balıq) – uyğun biosenoza daxil olan
müxtəlif balıq növləri populyasiyalarının məcmusu.
İKİLƏPƏLİLƏR – örtülütoxumlu bitki sinfi. Rüşeymdə qarşı-
qarşıya yerləşmiş iki ləpənin olması ilə xarakterizə edilir. (adı da
buradandır). Rüşeym kökcüyü əsas kökə çevrilir. İ. çiçəkli bitkilərin ən
geniş yayılan qrupudur; 360 fəsiləyə aid 175 min, Azərb-da 3000-dək
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
211
növü vardır. İ-ə qiymətli ərzaq, meyvə, giləmeyvə və yem bitkiləri, çay,
qəhvə, tütün, bir çox dərman və ədviyyat bitkiləri, lif, kauçuk, boyaq və
efir yağı verən, eləcə də dekorativ bitkilər daxildir.
İKİNCİ DƏRƏCƏLİ QİDA – heyvanların mədəsində həmişə az
miqdarda rast gəlinin qida.
İKİYÜZMİLLİK İQTİSADİ ZONA – 1972-ci ildə Beynəlxalq
dəniz hüquq konfransında şelf zonasına hüquqi status qəbul olundu. Bu
zona müvafiq dövlətlər üçün dəniz və okeanın sahilindən başlayaraq
200 mil enində suveren ərazi elan olundu. İ.i.z-da dəniz bioməhsulunun
böyük hissəsi cəmləşir.
İQLİM – havanın çoxillik rejimi. Hava şəraitinin bir-birini əvəz
edən bütün müxtəlifliklərinin məcmusu. Planetar miqyasda, zonalar
daxilində İ. makroiqlim adlanır. Müəyyən coğrafi landşaft üçün
xarakterik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə
səciyyələndirilə bilən İ.-məhəlli İ. (mezoiqlim də adlanır), kiçik
sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın
yer səthinə yaxın təbəqəsinin İ.-nə isə mikroiqlim deyilir. İqlimyaradıcı
amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth
örtüyünün vəziyyəti və s.-dir. Əsas iqlimyaradıcı proseslər isə
atmosferin ümumi dövranı və rütubət dövranıdır. İ.-ə təsir göstərən
coğrafi amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən
hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları,
bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir.
Azərbaycanın düzənlik hissəsi qismən Aralıq dənizi və quru
subtropik İ. tiplərinə mənsub edilir. Dağlıq ərazinin İ.-i olduqca
müxtəlifdir. Azərbaycan Respublikası ərazisində yarımsəhra və quru çöl
İ-.indən dağlıq tundra İ-nədək 8 İ.-tipi ayırırlar. İ. haqqında
məlumatların ümumləşdirilməsi və yayılması hidrometeoroloji xidməti
müəssisələri tərəfindən həyata keçirilir.
İQLİM AMİLLƏRİ – iqlimin əsas elementləri: günəş radiasiyası
(işıq, istilik), atmosfer çöküntüləri və atmosfer təzyiqi, havanın
rütubətliyi, torpağın rütubətliyi, havanın sirkulyasiyası (külək), atmosfer
təzyiqi. İqlim amilləri biosenozun inkişafı üçün şərait yaradır. İstilik və
rütubətin yağıntıları klimatoqramlarda göstərilməsi qəbul olunmuşdur.
İQLİM ANOMALİYASI – Yerin hər hansı sahəsi üçün xas olan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
212
orta iqlim göstəricilərinin normadan xeyli kənara çıxması.
İQLİM İNDİKATORLARI – landşaftın komponentləri və
elementləri və onların müasir iqlimini, suyu və onun kimyəvi tərkibini,
planktonu, su bitkilərini əks etdirən mövsümi və dinamik vəziyyəti; su
hövzələrinin buz rejimi, sululuq, su hövzələrinin səviyyə rejimi, bitki
örtüyünün dinamikası və s.
İQLİM KLİMAKSI – bax: ekoloji klimaks.
İQLİM QURŞAĞI – iqlim şəraitinə görə Yer səthinin böyük enlik
qurşaqları. İqlim qurşaqları əsasən temperatur və yağıntı rejimi ilə
səciyyələnir. 13 iqlim qurşağı ayrılır: ekvatorial qurşaq, subekvatorial
qurşaq, tropik qurşaq, mülayim qurşaq, subtropik qurşaq, subarktik
qurşaq, subantraktida qurşağı, Arktika qurşağı və Antraktida qurşağı.
İQLİM MÖVSÜMLƏRİ – ilin özünün iqlim xüsusiyyətlərinə görə
dövrlərə bölünməsi. Mülayim iqlim şəraitində adətən 4 mövsüm (yaz,
yay, payız, qış) ayrılır. Fenologiya və ekologiyada daha xırda bölgüdən
istifadə olunub 6 (erkən yaz, yazın sonu, yaz, yay, erkən payız, payızın
sonu və qış) və 10 (yazın yaxınlaşması - erkən yaz, tam yaz, yazın sonu,
yayın başlanğıcı, yayın ortası, yayın sonu, erkən payız, tam payız,
payızın sonu və qış) mövsümə bölünür. Mövsümlərin başlanması
günləri təbii ki, dəyişir.
İQLİM MÜALİCƏSİ – iqlim-hava amillərindən müalicə və
profilaktiki məqsədi ilə istifadə edilməsi. İ.m. və iqlim profilaktikasının
nəzəri əsasını tibb iqlimşünaslığı təşkil edir. İ.m. iqlim – hava
elementlərinin kompleks təsirlərindən: məhəllin dəniz səviyyəsindən
vəziyyəti, barometrik təzyiq, havanın temperaturu, yağıntının miqdarı,
rütubətlik, küləyin istiqaməti və gücü, buludluluq, günəş radiasiyasının
intensivliyindən asılıdır. İ.m. aparıldıqda torpağın radiasiya xassəsi,
landşaft xüsusiyyətləri və s.-də nəzərə alınır. Çöl iqlimi vərəm
xəstəliyinə, yarımsəhra iqlimi böyrək xəstəliyinə tutulanlar üçün
əlverişlidir. Dəniz iqlimindən tənəffüs orqanlarının müalicəsində, sinir
sisteminin funksional xəstəliklərində, maddələr mübadiləsinin
pozğunluğunda və s. istifadə olunur. Dağ iqlimi tənəffüs və qan-damar
sisteminə güclü təsir edir, maddələr mübadiləsini nizamlayır. İ.m.-nin
əsas metodu aeroterapiya, təmiz günəş müalicəsi, talassoterapiyadır.
Günəş şüaları sinir sisteminə oyadıcı təsir göstərir, maddələr mübadiləsi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
213
prosesini aktivləşdirir: bunların təsirindən orqanizmdə D vitamini əmələ
gəlir. İ.m. kurort, sanatoriya və s. yerlərdə geniş tətbiq olunur.
Respublikamızda iqlim kurortları və müalicə yerləri – Mərdəkan,
Bilgəh, Buzovna, Zuqulba və s., dağ iqlim kurortları Şuşa, Şəki və s.
var.
İQLİM OPTİMUMU – canlı orqanizmlər üçün temperatur rejimi
və rütubətliyin miqdar parametrlərinin vaxta və əraziyə görə bir-birinə
uyğun gəlməsi.
İQLİM RAYONLAŞDIRILMASI – eyni iqlim şəraitinə görə
ərazini (vilayət, ölkə və s.) qurşaq, zona, vilayət və daha kiçik rayonlara
bölünməsi.
İQLİMƏUYĞUNLAŞMA, İQLİMLƏŞDİRMƏ – orqanizmlərin
yeni həyat şəraitinə uyğunlaşması. İki cür İ. ayırd edilir: 1)
orqanizmlərin maddələr mübadiləsinin dəyişməsi ilə gedən uyğunlaşma;
2) növün genetik quruluşunun dəyişilməsi ilə gedən uyğunlaşma. İ.
populyasiya genofondunun zənginliyi ilə müəyyən olunur.
İ. mədəni bitkilər və heyvanlar arasında aparıldıqda süni İ., yabanı
bitki və vəhşi heyvan növləri arasında (heyvanların miqrasiyası,
bitkilərin insan, heyvan, külək və s. vasitəsilə təsadüfən başqa sahələrə
aparılması) baş verdikdə isə təbii İ. hesab olunur.
İ.-nın öyrənilməsi və inkişafında Ç.Darvinin böyük rolu olmuşdur. İ.
təlimini İ.V.Miçurin və M.F.İvanov inkişaf etdirmişdir.
Bitkilərdə İ. həmişə arealın genişlənməsinə səbəb olur. Azərbaycan
Respublikasında amerika aqavası, palmanın bir neçə növü, Şimali
Amerika ağ akasiyası, at şabaladı, yapon saforası və s. bitkilər iqlimə
uyğunlaşdırılmışdır.
Azərbaycan faunası İ. nəticəsində xeyli dəyişmişdir. (Bataqlıq
qunduzu, yenot, xallı maral və s.).
Kənd təsərrüfatı heyvanlarının iqlimə uyğunlaşdırılması uzun
müddətli, mürəkkəb əhlilləşdirmə şəraitində keçir və bu prosesdə insan
əməyinin rolu böyükdür.
İQLİMİN ANTROPOGEN DƏYİŞMƏSİ – iqlimin insanın
təsərrüfat fəaliyyətinin təsiri nəticəsində pisləşməyə doğru dəyişməsi
(CO
2
və digər qazların atmosferə intensiv tullanması və atmosferdə
infraqırmızı şüaların udulması, meşələrin kütləvi şəkildə məhv edilməsi,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
214
Yer səthinin xarakterinin dəyişməsi). Alimlər (M.N.Budıko və b.) belə
hesab edir ki, 21-ci əsrdə istiləşmə təbii ekosistemlərin müxtəlif
komponentlərinə mənfi təsir göstərə bilər.
İQLİMŞÜNASLIQ, KLİMATOLOGİYA – iqlimlər haqında elm.
İ.-ın başlıca vəzifəsi Yer kürəsinin müxtəlif sahələrinin iqlimlərini təsvir
edib səciyyələndirmək, onları təsnif etmək, onların yayılmasını, iqlim
əmələgətirmə proseslərin və iqlimin coğrafi amillərini öyrənməkdən
ibarətdir.
İQTİSADİ COĞRAFİYA – müxtəlif ölkələrdə və rayonlarda
istehsalın ərazi üzrə yerləşməsini, onun inkişaf şəraitini və xüsusiyyətini
öyrənən ictimai elm.
İQTİSADİ EKOLOGİYA – sosial ekologiyanın bölməsi; mühitin
çirklənməsini azaltmağa, resursların qorunmasına, bioloji müxtəlifliyin
mühafizəsinə yönəldilən iqtisadi mexanizmlər əsasında insan və təbiətin
qarşılıqlı əlaqəsini tənzimləyən metodlar işləyib hazırlanır.
İL – vaxt müddəti. Bu müddət içərisində Yer kürəsi Günəş ətrafında
dolanıb öz orbitində çıxdığı nöqtəyə (yaz gecə-gündüz bərabərliyi
nöqtəsinə)qayıdır. Adi İ. 365 (366) gün olub 12 aya bölünür.
İLAN ZƏHƏRİ – bəzi ilanların tüpürcək vəzilərinin zəhərli ifrazatı.
İ.z. rəngsiz, sarımtıl, yaxud yaşıla bənzər duru mayedir. İ.z. müalicə
əhəmiyyətlidir. İ.z.-ni qurudulmuş halda 23-ilə qədər saxlamaq olur.
Zəhərli ilanlar mühafizə olunur. Abşeron yarımadası Şahidli burnunda 3
min gürzə saxlanan qoruq var.
Azərb-da 23 ilan növü mövcuddur. İlanlar, siçan, ilbiz, həşərat, quş
yumurtası və s. ilə qidalanır.
İLDIRIM, ŞİMŞƏK – qasırğalı buludlar arasında baş verən elektrik
boşalması (qığılcım şəklində). İldırım vurması çox qüvvətlidir, ağacı
parçalayır, quru ağacı yandırır, meşə yanğınına səbəb olur, quma
düşdükdə onu əridir, insanı və heyvanı dərhal öldürür.
İLDIRIMDAN MÜHAFİZƏ – müxtəlif obyektləri ildırım
vurmasından qorumaq üçün tədbirlər və texniki vasitələr kompleksi.
Mühafizə üsullarının hamısında əsas faktor mühafizə olunan obyektlərə
düşə biləcək ildırımları alıb, yerə keçirməkdir. Keçmiş SSRİ-də İ.m.
problemləri ilə məşğul olan əsas müəssisə İ.Q.Yesman adına
Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutudur. Burada alınan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
215
nəticələrdən keçmiş SSRİ ərazisində və bir neçə xarici ölkədə istifadə
olunur.
İLXI – at, dəvə sürüsü. İ. heyvanın yaşından və cinsindən asılı
olaraq təşkil edilir. İ. heyvanın il boyu saxlanması, yaxud otarılması
üçün təşkil edilir.
İLİN FƏSİLLƏRİ – ilin ulduzlu göydə Günəşin hərəkətinə uyğun
dövrlərə bölünməsi. Növbələşməsinə səbəb Yer oxunun Yerin Günəş
ətrafına dolandığı orbit müstəvisinə 66
0
33
1
meylli olmasıdır.
İLKİN (BAKİRƏ) BİTKİ ÖRTÜYÜ – Uzun dövr eyni yerdə
dəyişilmədən insan fəaliyyətinin təsirilə pozulmayan bitki örtüyü. İ.b.ö.
uzunömürlü olub, özü-özünü bərpa edir, həmin zonanın onu təşkil edən
növlərin bioloji xassələri və hazırki iqliminə, torpaq şəraitinə, su
rejiminə uyğundur. İlkin meşəlikləri təşkil edən növlərdən palıdı, fıstığı,
küknarı və s. göstərmək olar.
Dostları ilə paylaş: |