İRRİQASİYA QURĞULARI – tarlaları su ilə təmin edən kanal
sistemi.
İRSİYYƏT – nəslin inkişafında eyni əlamət və xassələrin təkrar
olunması qabiliyyəti. Bütün orqanizmlərə xas olan İ. çoxalma
prosesində fərdin inkişaf proqramına malik olan hüceyrənin maddi
quruluşunu nəslə ötürməklə onun inkişafına xas olan morfoloji, fizioloji
və biokimyəvi proseslərin, yeni nəsildə ardıcıllığını təmin edir. İ. ümumi
bioloji hadisə olub, canlı orqanizmlərin əlamət və xassələrinin nisbi
sakitliyinə imkan yaradır. Əlamətlərin bu sabitliyi pozulduqda
orqanizmlər arasında fərqlər meydana çıxır.
İ. qanunlarının öyrənilməsi kənd təsərrüfatı və tibb təcrübəsi üçün
böyük əhəmiyyət kəsb edir. Yeni heyvan cinsləri və bitki sortlarının
yetişdirilməsi, mövcud cins və sortların təkmilləşdirilməsi İ. qanunlarına
əsaslanır. İnsan orqanizmində yüzlərlə irsi xəstəliklər və çatışmazlıqlar
müəyyən edilmişdir. Bu çatışmazlıqların qarşısını almaq üçün onların
irsi mahiyyəti aydınlaşdırılır və bunları aradan qaldırmaq üçün konkret
metodlar hazırlanır.
İSTEHSAL TULLANTILARI – Məhsul hazırlanan zaman tam və
hissə-hissə öz faydalı və ya fiziki xassələrini itirən material qalıqları,
yarımfabrikatlar, xammal.
İSTEHSALIN QAYITMAZ TULLUNTILARI – müasir texnika
inkişafında istehsalatda istifadə oluna bilməyən tullantılar. İ.q.t.-ra
həmçinin uçan qazlar, dəm qazı və s. aiddir.
İSTİ QAYNAQLAR – temperaturu 42-98
° olan termal su
qaynaqları (bulaqları).
İSTİ QURŞAQ – Yerin iqlim qurşaqları məcmusu. Bura ekvatorial
qurşaq, subekvatorial qurşaqlar və tropik qurşaqlar daxildir. Bu qurşağın
sərhədləri adətən 30
° şm.e. 30°c.e. paralelləri yaxınlığından keçən hər
iki yarımkürədə 20
°-lik illik izoterm xətti götürülür.
İSTİ ŞİTİLLİK BİTKİLƏRİ – isti şitilliklərdə becərilən tərəvəz,
meyvə, giləmeyvə, dekorativ və s. bitkilər. Bitkiləri açıq qruntda
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
225
becərmək mümkün olmadığı dövrdə onlar isti şitillikdə becərilir və
məhsul alınır. Tərəvəz bitkilərindən: xiyar, pamidor, istiot, kələm,
şüyüd, turp, soğan, və s. dekorativ bitkilərdən: qərənfil, payızgülü,
dağnovruzu, meyvələrdən: limon, şaftalı; giləmeyvələrdən: çiyələk,
həmçinin üzüm, göbələk və s. becərilir.
İSTİXANA – bax: parnik.
İSTİQANLI HEYVANLAR – bax. Hotoyoterm heyvanlar.
İSTİLİK BALANSI – ayrı-ayrı təbii mühitə (atmosfer, torpaq) daxil
olan və sərf olunan istiliyin nisbəti.
İSTİLİK ÇİRKLƏNMƏSİ – mühitdən temperaturun artması
nəticəsində baş verir. Əsasən sənayedə qızdırılmış hava və suyun (məs,
İES və AES turbinlərinin işi zamanı) tullantıları su hövzələrinin və
yaxınlıqdakı ətraf mühitin termik, kimyəvi və bioloji rejimini dəyişir.
İSTİLİK KEÇİRMƏ – maddənin çox istilik olan hissəsindən az
istilik olan hissəsinə istiliyin keçmə sürəti. Maddənin 1 sm
2
-dan keçən
havanın istilik tutumu 0,00005, torfunki 0,00027, gillicəninki 0,00033,
qumunki 0,00047 və suyunki 0,00140 kal/s-ə bərabərdir. (Coul/s ilə
uyğun olaraq 0,00021, 0,00113, 0,00149, 0,00197 və 0,00586 təşkil
edir).
İSTİLİK REJİMİ – orqanizmlərin həyat fəaliyyəti üçün temperatur
faktorunun dinamikasının miqdar göstəriciləri birinci dərəcəli əhəmiyyət
kəsb edir. İ.r. dəniz səviyyəsindən yüksəklik və ilin fəsli ilə təyin
olunur. İşıq rejimi ilə də sıx bağlıdır. İ.r. mikroiqlimi təyin edən bitki
örtüyünün yerləşdiyi sahəyə, bütün canlı orqanizmlərin həyat
fəaliyyətinə böyük təsir göstərir.
İSTİLİK TUTUMU – cismi 1 dərəcə qızdırmaq üçün lazım olan
istilik miqdarı. Maddənin vahid kütləsinin (1q, 1 kq) İ.T. xüsusi İ.t.
molununku isə molyar İ.t. adlanır. İ.t. cismin qızdırılma üsulundan
asılıdır. Adətən, sabit həcmdə xüsusi İ.t. (S
V
) və sabit təzyiqdə xüsusi
İ.t. (S
r
) anlayışlarından istifadə edilir (maddə uyğun olaraq sabit həcmdə
və ya sabit təzyiqdə qızdırılır). Sabit təzyiqdə qızdırılma zamanı verilən
istiliyin bir hissəsi (sabit həcmdə qızdırıldıqda hamısı) cismin daxili
enerjisini artırmağa, digər hissəsi isə onun həcmini genişləndirmək üçün
görülən işə sərf olunur.
İSTİLİK ŞÜALANMASI – mütləq sıfırdan yuxarı temperaturu olan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
226
cisimlərin elektromaqnit şüalanması. məs., Yerin atmosferi İ.ş. buraxır.
Daha dar mənada-infraqırmızı şüalanma.
İSTİLİK YÜKÜ – sənaye, kommunal və ya kənd təsərrüfatından
vahid sahəyə və ya su hövzəsi həcminə daxil olan istilik enerjisinin
miqdarı.
İSTİLİKVERMƏ (İSTİLİKAYIRMA), FİZİOLOGİYADA –
heyvan orqanizmlərinin ətraf mühitə istilik ayırması: Şüalanma
(radiasiya İ) konveksiya və suyun buxarlanması yolu ilə baş verir. İnsan
orqanizmi istiliyin 50%-ni şüalanma, 25%-konveksiya və 25%-suyun
buxarlanması ilə ayırır.
İSTİLLƏR – çökək yerlərdə (talveq, çuxur və s.) torpaq bənd
çəkməklə süni yaradılmış dərinliyi az olan su anbarları. Onlar ən çox
Lənkəran zonasında yayılmışdır. İ. suvarma məqsədilə yaradılırdı. 1892-
ci ildə Lənkəran qəzasında 4,5 min hektar sahəsi olan 257 İ. olmuşdur.
Bu i.-in suları ilə 16 min ha çəltik plantasiyası suvarılırdı. 1914-cü ildə
istillərlə 21250 ha ərazi suvarılıb.
İSTİRAHƏT – iş qabiliyyətini bərpa edən sakit vəziyyət. İ. aktiv və
passiv olur. Passiv İ. yuxu və uzanmaqdır. İ-lə iş ardıcıl növbələşdikdə
insanın əmək fəaliyyətinin əsasını təşkil edən şərti reflekslərin əlaqəsi
möhkəmlənir. Konkret əmək şəraitindən asılı olaraq tez-tez
qısamüddətli İ. daha əlverişlidir. İ. turizm, bədən tərbiyəsi və idmanla
əlaqəli olmalıdır. İ. kurort, sanatoriya, pansionat və istirahət evlərində
daha səmərəli keçir.
İSTİRAHƏT ZONASI – əhalinin ənənəvi olaraq istirahəti üçün
təbii və ya xüsusi təşkil olunmuş istirahət etdiyi ərazi, adətən yaşıl zona
daxilində yerləşir: yaşayış yerlərindəki park və xiyabanları da daxil
etmək olar.
İSTİYƏDAVAMLILIQ – ekstremal müsbət temperatura qarşı
zülal, hüceyrə, orqan və bütövlüklə orqanizmin adaptiv dözümlüyü.
«İTAY-İTAY» XƏSTƏLİYİ – suvarma suları ilə gətirilən
kadmium ilə çirklənmiş düyüdən yeməkdə istifadə edərkən adamların
zəhərlənməsi.
İŞIQLANMA DƏRƏCƏSİ – biosenozun müxtəlif yaruslarında
bitkinin üzərinə düşən işıq axınının səthi sıxlığı, lyuksometrlə ölçülür və
lyuklafla ifadə olunur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
227
İŞIQ REJİMİ – Biosenoza daxil olan kiçik dalğalı günəş
radiasiyasının paylanması və dəyişməsi. Keçmiş Sovet İttifaqının
ərazisində fitosenotik aktiv radiasiya (FAR) il ərzində Uzaq Şərqdə 125
coul/sm
2
(30 kkal/sm
2
), cənubda 300 Coul/sm
2
(70 kkal/sm
2
) təşkil edir.
Fitosenozlar fotosintez üçün yalnız 02-2% FAR istifadə etdiyi üçün
onlar işıqla kifayət qədər təmin olunur.
Biosenozların özünün işıq rejimi onların quruluşunun sıxlığından
asılıdır. Çətirləri birləşmiş (09-1,0) palıd meşəliyində yayda çətir altına
spektrin qırmızı hissəsinin yalnız 15%-i, sarı və narıncı hissəsi 5%, yaşıl
4%, mavi və bənövşəyi 3%-i keçir.
Su biosenozlarının işıqlanma dərəcəsi və keyfiyyəti böyük
qradiyentə malikdir. Belə ki, təmiz suda 10 m dərinlikdə spektrin
qırmızı hissəsi yalnız 2, narıncı 8, sarı 32 və göy 75%-i qalır, 500 m
dərinlikdə isə yalnız bənövşəyi şüalar qalır.
İŞIĞIN UDULMASI: bax Buger-Lambert qanunu.
İŞIQSEVƏN BİTKİLƏR, HELİOFİTLƏR – açıq və günəşli
yerlərdə bitən bitkilər. İ.b.-in normal böyüməsi üçün intensiv günəş
radiasiyası, yaxud süni radiasiya tələb olunur. İ.b. əsasən bitki örtüyü az
olan işıqlı çöl və səhralarda bitir. Meşə zonasında bu bitkilərə az təsadüf
edilir. İ.b.-ə bağayarpağı, suzanbağı, kəkotu, günəbaxan, pambıq,
qarğıdalı, kalış, şam, akasiya, palıd, saqqız ağacı, dağdağan, badam,
məryəmnoxudu və s. daxildir. İ.b. bir sıra anatomik, morfoloji və
fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və
süngər parenximinin hüceyrələrində 50-300 xırda xloroplast olur.
Fotosintezin və tənəffüs intensivliyinin yüksək olması İ.b.-in xarakterik
fizioloji xüsusiyyətidir.
İŞIQSEVƏR ORQANİZMLƏR – bax: fotofillər.
İŞLƏNMİŞ QAZLAR – Mühitin biotik komponentlər üçün (ilk
növbədə insan üçün) avtomobillərin buraxdığı təhlükəli qazlar (NO
2
,
CO, qurğuşun, karbohidrogenlər və s.). Kükürd qazı bitkilərdə
fotosintez prosesini pozur, insanlarda xəstəliyə qarşı dözümlüyü azaldır.
İYNƏYARPAQLI MEŞƏLƏR – Çılpaqtoxumlu bitkilərin ən geniş
yayılmış yarımsinfi. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən
Azərbaycan Respublikasında 9 (2 şam, 1 qaraçöhrə, 6 ardıc) növü bitir.
Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir halda kollardır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
228
Azərbaycanda iki növ şam ağacı bitir: eldar şamı və qarmaqvari şam.
Kiçik sahələrdə təbii halda qarmaqvari şam meşələri Kiçik Qafqazda
Tovuz rayonu ərazisində Əsrik və Zəyəm çayları hövzəsində, nisbətən
geniş sahəsi olan Kəpəz dağında (Göygöl, Maralgölü ətrafı daşlı-qayalı
yamaclarda), Böyük Qafqazda isə qarmaqvari şam Filizçayı
(Balakənçayı) hövzəsində dəniz səthindən 800-1000 m yüksəklikdə 10
ha sahədə bitir. Eldar şamı Azərbaycanın endemik ağac növü olub təbii
halda yeganə bitmə yeri Qabırrı çayının sağ sahilində Elləroyuğu
dağıdır (Eldar şamı qoruğu).
Azərbaycanda giləmeyvəli qaraçöhrə ağacları tək-tək və qrup halında
Böyük Qafqaz dağlarının cənub yamacı rayonlarında (Balakəndən
Şamaxıya qədər) Kiçik Qafqaz dağları rayonlarında (Tovuz, Gədəbəy,
Daşkəsən, Gədəbəy) və Talış dağlarında dəniz səthindən 400-1800 metr
yüksəkliklərdə bitir.
Respublikamızda əsasən 6 ardıc növü bitir: kəsgin iyli
ardıc,çoxmeyvəli ardıc, qırmızı ardıc, uzunsov ardıc, cırtdan ardıc və
qazax ardıcı. Ağıriyli, çox meyvəli ardıc növləri Azərbaycanın quraq
rayonlarında – Bozqır yaylada, Qobustanda, Böyük Qafqazda, Kiçik
Qafqazda, Şəmkir, Oxçu, Həkəri çayları hövzələrində yayılmışdır.
Cırtdan və qazax ardıc kolları Böyük və Kiçik Qafqazın subalp
zonasının daşlı-qayalı yamaclarında bitir.
İZOAMPLİTUDALAR – xəritədə bu və ya digər meteoroloji
kəmiyyətin amplitudasının bərabər olduğu nöqtələri birləşdirən xətlər.
İZOANEMON – küləyin ortaillik sürətinin müxtəlif qiymətini
göstərən xətt (xəritədə).
İZOANTLAR (izo... və yun. anthos – çiçək) – hər hansı bitkinin
eyni dövrdə çiçəklədiyi məntəqələri birləşdirən izoxətlər (xəritədə).
İZOBAZLAR – Yer səthinin dəniz səthinə nisbətən qalxdığı və ya
çökdüyü bərabər olan nöqtələri xəritədə birləşdirən xətlərdir. Eyni
qalxma xətlərini birləşdirən xətlərə izoanabazlar, eyni çökmə nöqtələrini
birləşdirən xətlərə isə izokatabazlar deyilir.
İZOBATLAR (izo... və yun. bathis – dərinlik) – su hövzələrinin
(göl, dəniz, okean) eyni dərinlikdə olan nöqtələrini xəritədə birləşdirən
xətlər.
İZOBARLAR (izo... və yun. baros – ağırlıq) – xəritədə, müxtəlif
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
229
diaqramlarda eyni barometrik təzyiqli məntəqələri birləşdirən xətlər.
İZOFENLƏR – eyni mövsümi hadisə məntəqələrini birləşdirən
xətlər. (məs., botanikada: bitkilərin izofeni çiçəklənmənin eyni
tarixləri).
İZOFİTLƏR – bitkilərin xəritədə eyni hündürlüklərini göstərən
xətlər.
İZOFİTOXRONA – eyni davamiyyətli vegetasiya mövsümlərini
birləşdirən xətlər.
İZOHİDRİKLƏR – eyni qalıqlı hidrogen ionlarını göstərən xətlər.
İZOXATLAR – küləyin sürəti eyni olan nöqtələri xəritədə
birləşdirən xətlər.
İZOXİONLAR (izo... və yun. chin – qar) – xəritədə qar sərhədinin
yüksəkliyini göstərən izoxətlər.
İZOGİPSLƏR – yer səthinin dəniz səthindən eyni hündürlükdə olan
nöqtələrini xəritədə birləşdirən xətlər.
İZOGİYETLƏR (izo... və yun. hyetos – yağış) – vahid zamanda və
ya orta çoxillik, aylıq, illik yağıntıların miqdarını göstərən izoxətlər.
İZOKOSMLAR – kosmik şüalanma gərginliyinin eyni olduğunu
xəritədə göstərən xətlər.
İZOQALİNLƏR (izo... və yun. halinos – duzlu) – okeanlarda eyni
duzluluğu göstərən nöqtələri birləşdirən xətlər (xəritədə).
İZOMER – Yağıntıların aylıq miqdarı eyni olan məntəqələri
birləşdirən xətt: ortaillik yağıntının miqdarına görə faizlə ifadə olunur.
İZONAQLAR – su hövzələrində eyni davamiyyətli buz örtüyünü
göstərən izoxətlər.
İZONEFLƏR – eyni buludluluq izoxətləri.
İZOSEYTLƏR – xüsusi xəritələrdə zəlzələnin eyni gücdə qeyd
olunduğu yerləri birləşdirən xətlər.
İZOTERLƏR – yayın orta temp-u eyni olan yerləri xəritədə
birləşdirən xətlər.
İZOTERMİK QAT – 1) yüksəklik artdıqda temperatur dəyişməyən
istənilən hava qatı: 2) stratosferin ilkin adı.
İZOTERMLƏR – iqlim xəritələrində müəyyən vaxt içərisində orta
temperaturu eyni olan müxtəlif yerləri birləşdirən xətlər. İ. Orta, illik,
yanvar və iyul temperaturlarını göstərir.
İZOTİP – müxtəlif ölkələrdə və ya rayonlarda yayılan heyvan və ya
bitki növmüxtəlifliyi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
230
İZOTOPLAR (izo... və topos – yer) – kimyəvi elementin bir-birindən
kütləcə fərqlənən atomlarının adı. Ekologiya üçün mühüm sayılan
radioaktiv İ.-ın çoxu 0,1.... 5 Mev enerjiyə malikdir. Radioaktiv İ-ın
enerjisi çox olduqca bioloji material üçün potensial zərər (itki) yüksəlir.
İZOVELA (izo... və lat. velox – tez hərəkət edən) – küləyin eyni
sürətli nöqtələrini birləşdirən xətt.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
231
K
KADASTR (frans. cadastre) – rəsmi orqanların, yaxud idarələrin
siyahısı, reyestri; ora hər hansı obyekt və hadisənin sistemləşdirilmiş
məlumatların cəmi, onların keyfiyyət və kəmiyyətləri daxil olur.
Müvafiq obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparmaqla
tərtib olunur. Kadastra həmçinin müvafiq obyekt və hadisələrin
istifadəsi, mühafizəsi və s. daxil edilir. Aşağıdakı obyektlər üçün K.
tərtib olunur: su, torpaq, iqlim, meşə, landşaft, mineral resurslar, tibbi,
bioloji, xüsusi mühafizə olunan obyektlər və ərazilər, sənaye ovçuluğu,
rekreasiya və s.
KAİNAT – məkan və zamanca sonsuz olan bütün aləm. K. insan
şüurundan asılı olmayan obyektiv varlıqdır. K. külli miqdarda göy
cisimlərindən, onların sistemlərindən və göy cisimləri arasındakı seyrək
maddədən ibarətdir. Qalaktikalar K.-ın müşahidə edilən hissəsindəki
cisimlərdir. Hər böyük qalaktikada təqr. bir neçə yüz mlrd. ulduz,
Metaqalaktikada isə təqr. 100 mln. qalaktika olduğundan, K.-dakı
ulduzların sayı 10
19
-dan çoxdur.
KAKTUSKİMİLƏR, KAKTUSLAR – (Cactaceae) – ikiləpəlilər
sinfindən çoxillik bitki fəsiləsi. Ağacvarı, kolvarı, lianvarıdır, bəzi
növləri isə alçaqboylu ağaclardır. Qalınlaşmış, kürə, yaxud yumurtavarı
silindrşəkilli, bəzən də parçalanmış ətli-şirəli, yarpaqsız gövdəsi
fotosintez, transpirasiya və su toplamağa uyğunlaşmış tikan, tükcük və
ya qılçıqla örtülüdür. Əsasən, Amerikada yayılmış 85 cinsi, 2000-dən
artıq növü (yarısı Meksikadadır), Afrika, Madaqaskar adaları və
Şrilankada, Krımın cənub sahillərində var. Azərbaycanda bir çox növü
dekorativ bitki kimi ev və oranjeriyalarda becərilir. Toxum, çilik və
calaqla çoxaldılır.
KALLOİDLƏR – mayedə asılı və səpilən vəziyyətdə ölçüsü 1
mkm-dək olan hissəciklər.
KALORİ – istiliyin sistemdən kənar vahidi; Adətən 1 q suyu 1
°C
qızdırmaq üçün sərf olunan istilik miqdarı K. götürülür. Beynəlxalq kkal
kimi beynəlxalq kvt. saatın
861
1 -i götürülür. Beynəlxalq vahidlər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
226
sistemində istilik vahidi couldur. 1 kal = 4,1868 C, 20 dərəcəli K =
4,181 C.K. müxtəlif vaxtlarda başqa temperatur intervallarında da təyin
olunmuşdur.
KALSEFİTLƏR (lat. calcis) – əhənglə zəngin olan, yəni karbonatlı
torpaqlara üstünlük verən bitkilər. Məsələn, qaraçöhrə, çoxmeyvəli
ardıc, dəmirqara və s. Turş torpaqlarda bu bitkilər ehtimal ki, dəmirin,
marqansın və alüminiumun sərbəst ionlarından zərər çəkirlər.
KALSEFOBLAR – əhəngli, karbonatlı torpaqlardan çəkinən
(qorxan) bitkilər. Əsl K. torpaqda NCO
3–
və Ca
2+
olduqda köklərində
çoxlu birləşmələr əmələ gətirir, onlar bitkinin inkişafına mane olur. K.-a
torf mamırları, şabalıd ağacı və s. aiddir.
KANAL (lat. kanalis – boru) – Hidrotexnikada – suyun basqınsız
hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu), təyinatdan
asılı olaraq gəmiçilik K-ı, energetika K-ı, suvarma K-ı və s. növləri var.
Gəmiçilik K-ı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi
hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə
çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları
komplekslərinə daxildir. Suvarma K-ları əkin yerlərinin suvarılması
üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı
Şirvan kanalı. K-ların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı,
yarımdairə və s. şəklində olur. Axın və dalğa təsirindən K. dibinin
yuyulmasını, suyun torpağa hopmasını azaltmaq (K-ın suburaxma
qabiliyyətini çoxaltmaq) üçün müxtəlif üzlük materiallarından (məs.
beton, dəmir-beton) istifadə olunur.
KANALBOYU MEŞƏ ZOLAQLARI – suyun buxarlanmaya
sərfini azaltmaq məqsədilə magistral, təsərrüfatarası suvarma kanalları
boyu lent (zolaq) şəkilli meşəliklər salınır. K.m.z. həm də kanalın
istismar şəraitini və ərazinin hidroloji rejimini yaxşılaşdırır. Meşə
zolaqlarında istifadə olunan ağac və kol cinslərinin tərkibi ərazinin
torpaq – iqlim şəraiti ilə müəyyənləşdirilir. Məs. qrunt suyu səthə yaxın
yerləşən sahələrdə rütubətsevər ağac cinsləri (qovaq, söyüd, çinar, iydə),
duzlu torpaqlarda çəhrayı maklyura, yulğun, yapon saforası və s. əkilir.
K.m.z. kanal istismara veriləndən bir il sonra salınır.
KANALİZASİYA – çirklənmiş suların yaşayış məntəqələri və
sənaye müəssisələrindən kənara axıdılması, həmçinin tullanmadan əvvəl
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
227
təmizlənib zərərsizləşdirilməsini təmin edən mühəndis qurğuları,
avadanlığı və sanitariya tədbirləri kompleksi. K. çəkilişinin qədim tarixi
var. Arxeoloji qazıntılar nəticəsində Azərbaycanın orta əsr şəhərlərində
(Beyləqan, Qəbələ və s.) Kürbənd qalıqlarının aşkar edilməsi, K.-dan
geniş istifadə olunduğunu göstərir. Lahıc, Baskal və s. dağ kəndlərində
sal daşdan düzəldilmiş orta əsr kürbənd sistemlərindən indi də istifadə
olunur.
KANSEROGEN MADDƏLƏR – (lat. kancer – xərçəng)
orqanizmə təsir etdikdə xərçəng və başqa şişlər əmələ gətirən müxtəlif
kimyəvi birləşmələr.
KANYON – (isp. canon- boru, dərə) – dərin və dik yamaclı dar
dərə, çox hallarda çöküntü süxurları üfqi yatmış və ya lava ilə örtülmüş
quru iqlimi olan platolarda əmələ gəlir. K. bir qayda olaraq eroziya
mənşəli olub dibindən çay və ya su axır. K. şimali Amerikanın arid
iqlimli dağlıq vilayətləri üçün səciyyəvidir. Şimali Amerikada Kolorado
çayında Böyük K.-un uzunluğu 380 km, dərinliyi 1800 m-ə çatır.
Azərbaycanda Zarıslı çayında (Daşaltı K.-nu) da K.var.
KAPROFOQLAR – digər heyvanların ekskrementləri ilə qidalanan
(qismən özününki ilə də) orqanizmlər K. əksəriyyəti həşaratlardır.
KARANTİN (ital. Guaranta qiorin – qırx gün) – infeksion
xəstəliklərin epidemik ocaqlardan yayılmasının qarşısını alan, habelə
infeksiya ocaqlarını məhv edən inzibati sanitariya və tibbi sanitariya
tədbirləri kompleksi. Respublikamızda taun, vəba, təbii çiçək, sarı
qızdırma, malyariya, qarayara, dabaq, brüselyoz, saqqo və quduzluğun
yayılmasının qarşısını almağa yönəldilmiş sanitariya qaydaları
mövcuddur.
Dostları ilə paylaş: |