İLKİN ÇİRKLƏNDİRİCİ – ətraf mühitə bilavasitə çirklənmə
mənbəindən atılan çirkləndirici.
İLKİN EKOTOPLAR – canlı orqanizmlərdən tamamilə məhrum
olan substratdan ibarət ekotop, orqanizmin ilkin məskunlaşması üçün
əlverişli (mümkün) hesab olunur. (məs, vulkan pükürdükdən sonra
soyumuş lava, karxana, dağ-mədən atıntıları, çay gətirmələri).
İLKİN (BAKİRƏ) TƏBİƏTİN BEYNƏLXALQ FONDU – Nadir,
məhv olmaq təhlükəsi olan bitki və heyvan növlərinin, onların olduğu
yerin mühafizəsi və öyrənilməsi məqsədilə maddi yardım əldə etmək
üçün fəaliyyət göstərən Beynəlxalq ictimai təşkilat. 1961-ci ildə
yaradılmışdır. 27 ölkədə bölməsi var. MSOP, YUNESKO, FAO və
digər təşkilatlarla sıx əlaqədə işləyir. İllik jurnal və qəzet buraxır.
Təbiəti mühafizə üzrə 60 mln dollar həcmində 3000-ə qədər (1988 ilə
kimi) layihə yerinə yetirilmişdir.
İLLİK AMPLİTUDA – aylar ərzində meteoroloji elementləri
(atmosfer təzyiqi, temperatur və s.) ən yüksək kəmiyyəti ilə ən aşağı
kəmiyyəti arasında fərq. İ.a. orta və mütləq kəmiyyətlər arasında ola
bilər. İ.a. çoxillik məlumata əsasən hesablanır.
İLLİK ARTIM – 1) fito və ya aqrosenozun kütləsinin il ərzində
artımı: 2) il ərzində anatomo – morfoloji qatın (oduncaq, sümük və s.)
artması; İ.a. oduncağın, sümüyün, pulcuğun kəsiyində adətən aydın
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
216
seçilir.
İLLİK HALQALAR (BİTKİLƏRDƏ) – ilin soyuq və isti
fəsillərinin növbələşməsi ilə əlaqədar kambi fəaliyyətinin dəyişməsi
nəticəsində oduncaqda əmələ gələn artım. İ.h. oduncağın bir vegetasiya
dövründəki artımına uyğun gəldiyi üçün gövdənin (kök boğazından
yuxarı) en kəsiyində İ.h.-ın sayına görə bitkinin yaşını təyin etmək olur.
İ.h-ın qalınlığı bitkinin yaşından, inkişaf şəraitindən və s.-dən asılı
olaraq dəyişilir.
İMİQRASİYA (lat. immigro – köçürəm) – müəyyən əraziyə yeni
orqanizmlərin gəlməsi.
İMMUNİTET (lat. immunitas – azad olma) – infeksion amilə və
yad genetik informasiya daşıyan antigen xassəli yad maddələrə qarşı
orqanizmin davamlığıdır.
Bitki immuniteti bitkilərdə xəstəlik törədiciləri, zərərvericilər və
onların həyat fəaliyyəti məhsullarının təsirinə meylin azalmasıdır. Bitki
İ.-i davamlılıq, dözümlülük mənasında işlədilir. Davamlılıq dedikdə,
müəyyən sortun (növün) başqasına nisbətən xəstəliyə az tutulması (və
ya zədələnməsi), dözümlülük dedikdə isə xəstəliyə tutulmuş və ya
zədələnmiş bitkilərin öz məhsuldarlığını mühafizə etməsi nəzərdə
tutulur. N.İ.Vavilov göstərmişdir ki, bitkilərdə davamlılıq təbii şəraitdə
onların uzun müddət (min illərlə) xəstəlik törədiciləri ilə yoluxması
nəticəsində – təkamül prosesində meydana çıxmışdır.
İMPAKT MONİTORİNQ – xüsusi təhlükəli nöqtə və zonalarda
lokal, regional və antropogen təsirin monitorinqi.
İMPULVERİZASİYA (lat. im və pulvis – toz) – külək vasitəsilə
şoran sahələrdən və dəniz sahilindən toz (qum) halında mineral
maddələrin sovrulub aparılaraq başqa sahələrdə toplanması.
İNBENTOS – su hövzəsinin dibində qruntda yaşayan orqanizmlər
(bakteriya, göbələk, heyvan).
İNBRİDİNQ (ing. in – daxildə və bredinq – yetişmə) – qohumarası
çarpazlaşdırma – orqanizmlərin bir populyasiyası daxilində yaxın
qohum fərdlərin çarpazlaşması. Ən yaxın forması öz-özünə
mayalanmadır. İ. nəsildə sabitliyin artmasına səbəb olur. İ.-in zərərli
təsiri çox vaxt çarpaz tozlanan bitkilər (qarğıdalı, kartof və s.) öz-özünə
tozlandıqda (insuxt) və ya heyvandarlıqda “bacı” ilə “qardaş” bir neçə il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
217
ardıcıl cütləşdirildikdə meydana çıxır; alınmış nəslin məhsuldarlığı
azalır və həyat qabiliyyəti zəifləyir. Yaxın qohumlar arasındakı
nigahdan alınmış nəsildə irsi xəstəliklər artır, anadangəlmə
eybəcərliklər, ölüdoğma və uşaq ölümü halları daha çox baş verir.
İNDİQASİYA (lat. indicatio – təyin etmə, göstərmə) – ətraf mühit
obyektlərində, insan və heyvan orqanizmində kimyəvi elementlərin
keyfiyyətcə aşkar edilməsi və kəmiyyətcə təyini.
İNDİQATOR QRUPLAŞMASI – strukturu, inkişaf sürəti, ayrı-ayrı
populyasiyaların müvəffəqiyyəti ilə ətraf mühitin şərait vəziyyəti haqda
fikir yeritməyə imkan verən canlı orqanizmin qruplaşması.
İNDİQATORLAR (lat. indicator – göstərici) – Bu və ya digər
mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan,
mikroorqanizm və biosenozlar. İndiqator bitkilər müəyyən ekoloji
şəraitlə sıx bağlı olub onların mövcudluğu şəraitə keyfiyyətcə qiymət
verən göstərici sayılır. İndiqator bitkilər ayrı-ayrı növlərlə və ya
fitosenozlarla yayıla bilər. İ. fitosenoz halında olduqda indiqatorlar
xüsusiyyətini daha dəqiq oynayır. İndiqasiya obyekti torpaq ola bilər, o,
bu zaman bitki örtüyünə görə təyin olunur. Bəzi ana (dağ) süxurları, ağır
metallar və digər kimyəvi elementlər də indiqasiya obyekti ola bilər.
İndiqator bitkilər ətraf mühitin vəziyyətinə və onun çirklənmə
dərəcəsinə nəzarət etmək üçün mühüm rol oynayır. İndiqator bitkilərdən
faydalı qazıntılar axtardıqda da istifadə edilir. Geoloji və geobotaniki
tədqiqatlarda aerofotoşəkillərin deşifrləşdirilməsində indiqator bitkilərin
və onların qruplaşmalarının təyin edilməsi əsas metodlardan biri hesab
olunur.
İNFAUNA – dəniz, çay, göl və nohurların dibindəki qruntda
yaşayan heyvanlar. Molyusklar, dərisitikanlılar, həlqəvi və girdə
qurdlar, həşərat sürfələri, bəzi balıqlar və s. İ-ya aiddir.
İNFEKSİON XƏSTƏLİKLƏR, YOLUXUCU XƏSTƏLİKLƏR
– xəstəliktörədən bakteriyaların xəstəliyə həssas olan insan, heyvan və
quşların orqanizminə keçməsindən baş verən xəstəlik. İ.x.in əsas
xüsusiyyəti infeksiyanın xəstədən, yaxud basil gəzdirəndən müəyyən
şəraitdə sağlamlara keçməsidir.
İ.x.-in yayılmasında sosial-məişət amillərinin, əhalinin maddi
vəziyyətinin, mədəniyyətinin, yaşayış şəraitinin, düzgün qidalanmanın
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
218
böyük əməliyyəti var.
İNFEKSİYA – xarici mühitin təsirindən patogen mikroorqanizmin
insan, yaxud heyvan orqanizminə daxil olması nəticəsində orqanizmdə
gedən qarşılıqlı proses. İ-nı törədən amil orqanizmə daxil olduqda
müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses
əmələ gəlir. İnfeksion proses kəskin və xroniki xəstəliklər, yaxud
infeksiya gəzdirmə formasında aşkar ola bilər. Hər bir İ.-nın
özünəməxsus yoluxma mexanizmi var; tənəffüs yollarının infeksion
xəstəliklərində xəstə öskürdükdə, asqırdıqda və danışdıqda İ. selik
damcıları vasitəsilə ətrafa yayılır və sağlam insana hava ilə yoluxur;
səpgili yatalaq, malyariya, taunun bubonlu forması və s. xəstəliklər
qansoran cücülər vasitəsilə yayılır; qoturluğun, göbələk və zöhrəvi
xəstəliklərin törədiciləri isə xəstə ilə bilavasitə təmasda olduqda keçir. İ-
nın yoluxma mexanizminin aydınlaşdırılması infeksion xəstəliklərin
profilaktikasının əsasını təşkil edir.
İNFİLTRASİYA (lat. in – daxilində və filtratio – süzülmə) – səthi
(irriqasiya, suvarma) suların torpağa, dağ süxurlarına süzülməsi və
onların kapilyar, subkapilyar məsamələr və boşluqlarla qrunt suyunun
səviyyəsinə doğru hərəkəti.
İNFORMASİYA EKOLOGİYASI – tətbiqi ekologiyanın bölməsi;
heyvanların ünsiyyətinin (dövranışının) ekoloji aspektlərini öyrənir.
İNFRAQIRMIZI RADİASİYA – 770-dən 31 nm diapazonunda
şüalanma. Müəyyən dozalarda bir sıra həyat üçün mühüm proseslərə
(maddələr mübadiləsi) və müxtəlif sistemlərin (əsəb, idokrin və s.)
funksiyasına müsbət təsir göstərir.
İ.-r-ın çoxluğu canlı orqanizmlərə mənfi təsir göstərir (dərinin
yanması, dəri və göz xəstəlikləri və s.-nin əmələ gəlməsinə səbəb olur).
İNİSİAL NÖVLƏR, PİONER NÖVLƏR – suksessiyanın
başlanğıc dövründə böyük rol oynayan bitkilər. Şibyələr, mamırlar
inisial rolunu oynaya bilər. Daşlıq və qayalıqlarda tozağacı, şam ağacı
da inisial (pioner) bitki sayılır. İ.n. tez bir vaxtda davamlı növlərlə əvəz
olunur.
İNKİŞAF FAZASI – təbii sistemin inkişafında olan müxtəlif
keyfiyyət-funksional vəziyyəti. Cücü orqanizmləri üçün tam çevrilmə
halları belədir: yumurta, sürfə, barama, yetkin cücü; meşə qırılan sahədə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
219
bərpa prosesi cins dəyişkənliyi ilə getmirsə meşə ekosisteminin
sukssessiya gedişi belə olur: payalıq, cavan meşəlik, yetişməkdə olan və
yetişmiş meşəlik fazaları.
İNQRESSİYA (lat. ingressio – daxil olma) – dəniz səviyyəsinin
qalxması və ya sahil boyu qurunun çökməsi nəticəsində dəniz sularının
sahilinin alçaq yerlərini basması. İ. nəticəsində girintili-çıxıntılı sahil
xətti ilə xarakterizə olunan iqressiya tipli sahil əmələ gəlir.
İNQİBİTORLAR – bitki və heyvan orqanizmində inkişafı ləngidən
xüsusi maddələr. İ. təbii və süni olur. Təbii İ. hətta əlverişli şəraitdə belə
bitkini cücərmə qabiliyyətindən məhrum edir. Süni İ. çox vaxt kənd
təsərrüfatında və tibbdə praktiki məqsədlər üçün işlədilir. Ətraf mühitin
bəzi çirkləndiriciləri (pestisidlər, ağır metallar) də İ. ola bilər.
İNQRİDİYENTLƏR (geobotanikada) – bitki qruplaşmasında
həmişə iştirak edən, ancaq dominantlıq etməyən komponentlər.
Dominantların yaratdığı mühitə uyğunlaşan birillik bitkilərdir. İ.
əlverişsiz illərdə bəzən inkişaf etməyərək torpaqda sağlam toxum
halında qalır. Tipik İ. çöl, yarımsəhra və digər arid regionların
fitosenozlarına xasdır. Optimal rütubətliyə malik olan rayonlarda İ.
birillik bitkilər olub meşə qırma yerlərində və yanğına məruz qalan
sahələrdə inkişaf edir. İ. bitki qruplaşmalarında böyük rol oynaya və
mühüm praktiki əhəmiyyətə malik ola bilər. İ. termini Polşa botaniki
Y.Paçovski (1917) tərəfindən irəli sürülmüşdür.
İNSAN-BİOSFER QARŞILIQLI TƏSİRİNİN DÖNMƏZLİK
QANUNU – A.Dansero (1957) tərəfindən irəli sürülmüşdür. Bu qanuna
görə bərpa oluna bilən təbii resursların (heyvan, bitki) bir hissəsi insanın
səmərəsiz kənd təsərrüfatı, hidrotexniki, sənaye və digər tədbirləri
nəticəsində bərpa olunmaya (tükənə) bilər. Son 400 il ərzində 160-dan
artıq məməli və quş növü Yer üzərindən silinib getmişdir. Hazırda
MSOP-un məlumatına əsasən insanın dağıdıcı təsiri nəticəsində hər il
bir heyvan və bir bitki növü sıradan çıxır.
İNVAZİYA (lat. invasio – hücum) – 1) İnsanın, heyvanın və
bitkilərin heyvan parazitlərilə yoluxması. 2) Müəyyən sahəni yeni
orqanizmlərin zəbt edib tutması.
“İNSAN VƏ BİOSFER” (ingil. “The Man and the Biosphere”
MAB) – təbii sərvətləri idarə etmək problemi ilə əlaqədar aparılan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
220
fundamental tədqiqatların koordinasiyası üzrə dövlətarası proqram
(MFB). Ümumittifaq bioloji proqramının davamı olaraq YUNESKO-
nun Baş konfransının 16-cı sessiyasında qəbul olunmuşdur. 1984-cü ilə
qədər bu proqramda 90-a qədər dövlət iştirak etmişdir. MAB-ın əsas
vəzifəsi – dünyanın müxtəlif rayonlarında insanın biosferdə gedən
proseslərə təsirini öyrənmək üçün kompleks çoxillik tədqiqatlar
aparmaq, həmçinin bu proseslərin dəyişilməsinin insanın özünə təsirini
öyrənməkdir. Proqrama 14 layihə daxil edilmişdir. Bu layihələr yerin
əsas biomlarına (meşə, tundra, savanna, çöl, səhra və s.), bütövlükdə
ətraf mühitə insanın çoxtərəfli təsirinin (torpaqdan istifadə, mühəndis-
texniki işlər, energiyadan istifadə və s.) öyrənilməsinə həsr edilmişdir.
Bu layihələr çərçivəsində 1000-ə yaxın «çöl» layihələri”, o cümlədən
meşə ekosistemlərinə havanın çirklənməsinin təsirinin öyrənilməsi, yeni
suvarma sistemlərinin fəaliyyəti yerlərdə ətraf mühitin müxtəlif
komponentlərinin dəyişilməsi üzərində müşahidə aparılması, resursların
çoxtərəfli qiymətləndirilməsi ilə əlaqədar tədqiqatların yerinə
yetirilməsi, müxtəlif dağ sistemlərində turizmin inkişafının təsirinin
öyrənilməsi məsələləri işlənib hazırlanır. Biosfer qoruqlarının
yaradılması da MAB-ın diqqət mərkəzindədir.
İNSANI ƏHATƏ EDƏN TƏBİİ MÜHİT – insana və onun
təsərrüfatına hərtərəfli təsir göstərən abiotik və biotik faktorların
məcmusu. İ.ə. e.t.m. öz növbəsində insanın təsirinə məruz qalır.
İNSANIN İQLİMƏ UYĞUNLAŞMASI – orqanizmin adət
etmədiyi iqlim şəraitinə aktiv uyğunlaşması (adaptasiya) prosesi.
İqlimin dəyişilməsi çox vaxt orqanizmə stimuledici təsir göstərir ki, bu
da adamları kurortlara göndərərkən nəzərə alınır.
İNSANLAŞMIŞ TƏBİƏT – insan fəaliyyəti ilə dəyişdirilən təbiət.
Elmi-texniki inqilab şəraitində cəmiyyət və təbiətin qarşılıqlı təsiri
nəticəsində yaranır. Termini V.Q.Afanasyev (1981) təklif etmişdir. Bax:
Antroposfer, NOOSFER.
İNSEKTARİY (lat. insectum – həşərat) – cücüləri artıran, saxlayan
və onların üzərində müşahidə aparılan bina. Bitkilərin bioloji mühafizəsi
məqsədi ilə faydalı cücülər (entomofaqlar) artırılır.
İNSEKTİSİDLƏR – pestisidlərin bir qrupu olub zərərli cücülərə
qarşı istifadə edilən kimyəvi maddələr. Bölünürlər: xlorüzvi İ.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
221
(qeptaxlor), fosfor-üzvi İ. (karbofos və s.), bitki mənşəli İ. (anabazin,
piretrin). İ-in xüsusiyyətindən, cücülərin həyat tərzindən və xarici
amillərdən asılı olaraq onlar çiləmə, tozlama, tüstüləmə, aldadıcı
yemlər, yapışqanlı halqalar və zolaqlar, aerozol halında tətbiq edilir.
İ-in təbiətdə canlılara vurduğu zərər mürəkkəb və çox cəhətlidir. İ.
insanın istifadə etdiyi su hövzələrinə, tozlayıcı cücülərə, bitki və heyvan
mənşəli qidaya, yemlərə və s. zəhərli təsir göstərir Buna görə də kənd
təsərrüfatı bitkiləri zərərvericiləri ilə mübarizədə bioloji üsullar geniş
tətbiq edilməlidir.
İNSEKTOFUNQİSİD – həşəratları (insektisid) və göbələkləri
(funqisid) eyni vaxtda məhv etmək üçün istifadə olunan maddə.
İNSOLYASİYA – müəyyən vaxt (dəqiqə, gün və s.) ərzində üfiqi
səthə (1 sm
2
) düşən düz günəş radiasiyası və ya ümumi günəş
radiasiyası (kalorilərlə) axını. Atmosferin yuxarı sərhədində İ. günəş
sabiti anlandırılır. Bəzən günəş radiasiyasının şaquli səthə (məs., divar)
və maili səthə (yamac) axını da İ. kimi başa düşülür.
İNSTİNKTLƏR (lat. instinctus – oyanma) – orqanizmin xarici və
daxili qıcıqlanmalara verdiyi anadangəlmə cavab reaksiyalarının məc-
musu. İ.-in mexanizmi şərtsiz reflekslər kimi olduğundan İ.P.Pavlov İ.-
ri və şərtsiz refleksləri oxşar hesab etmişdir. Lakin sadə şərtsiz
reflekslərdən fərqli olaraq İ. mürəkkəb şərtsiz reflekslərdəndir. İ.P.
Pavlov məktəbinin məlumatına görə ən başlıca İ. bunlardır: qida İ-ri
qidanı əldə etmək, onun ehtiyatını toplamaq və s. şəklində meydana
çıxır: müdafiə İ.-i qaçmaq, dişlərin, caynaqların, buynuzların köməyi ilə
müdafiə olunmaq və s. şəklində olur; valideyn İ.-i (nəslin qayğısına
qalmaq da adlanır) yuva tikmək, onu qorumaq, qida toplamaq və s; qrup
İ.-i sürü, quş və arı dəstəsi ailə üzvlərinin birgə müdafiə olunmaq,
soyuqda bir-birini isitmək və s. kimi münasibətlərin əsasını təşkil edir.
İnsan İ.-i tərbiyə prosesində formalaşmış şüurlu fəaliyyətə tabedir.
Lakin bu fəaliyyət ana bətnində və doğulduqdan sonrakı dövrlərdə
mühüm İ. (şərtsiz reflekslər) əsasında yaranır. İ-in öyrənilməsinin
tibbdə, heyvandarlıqda, kənd təsərrüfatı zərərvericiləri ilə mübarizədə
və s. əhəmiyyəti var.
İNTEQRAL RESURSLAR – cəmiyyətin təbii həyat faktorlarının
insanın maddi və əmək resursları ilə qarşılıqlı məcmusu.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
222
İNTERAKSİYA – orqanizmlərin biosenozda qarşılıqlı təsiri.
İNTERPRETASİYA – (məlumatların, rəqəmlərin) – müəyyən
tədqiqat və ya iş əsnasında əldə edilən bütün faktorların
qiymətləndirilməsi (insan üçün əhəmiyyətliyi nöqteyi nəzərincə).
İNTOKSİKASİYA – orqanizmdə (endogen) əmələ gələn, yaxud
xaricdən (ekzogen) daxil olan toksik maddələrlə zəhərlənmə. Ekzogen
toksinlərə heyvan, bitki mənşəli zəhərlə (bakterial toksin, ilan zəhəri və
s.), sənaye zəhərləri (arsen, benzol, qurğuşun və s.) dərmanlar aiddir.
İNTRODUKSİYA, (lat. introductio – giriş) biologiyada – 1)
müəyyən bitki növünün və ya sortunun əvvəllər təsadüf edilmədiyi
yerdə (ölkədə, vilayətdə) becərilməsi; 2) Heyvanların öz təbii arealından
kənarda yayılması. Bu halda İ. termini iqliməuyğunlaşmanın ilk
mərhələsinin sinonimi kimi işlədilir.
Bitkilərin mənşə mərkəzlərində indiki mədəni bitkilərin seleksiyası
üçün çox qiymətli olan yabanı növləri və qədim formaların genofondu
toplanmışdır. İnsanların təsiri ilə bu bitkilər mənşə mərkəzlərindən yeni
vilayətlərə köçürülmüş, arealı genişləndirilmiş, indiki mədəni bitkilər
əmələ gəlmişdir. Bitkilərin İ-sı ilə botanika bağları, botanika və
seleksiya müəssisələri məşğul olur.
İNTRODUSENT – Yerin təbii və ya antropogen kompleksinə
təsadüfən və ya müəyyən məqsədlə müvəffəqiyyətlə daxil edilən
orqanizm (növ).
İNTROZONAL BİTKİ ÖRTÜYÜ – bax: azonal bitki örtüyü.
İNTRUZİV SÜXURLAR, DƏRİNLİK SÜXURLARI – Yer
qabığı dərinliklərində əmələ gələn maqmatik süxurlar; yüksək təzyiq
şəraitində və maqmanın soyuma temperaturunu aşağı salan və
mineralların kristallaşmasını təmin edən uçucu komponentlərin aktiv
iştirakı ilə tədriclə soyuma şəraitində formalaşır. İ.s. batolit, lakkolit,
ştok, lopolit və s. yatım formaları əmələ gətirir. Qranit, qabbro, diorit,
siyenit və s. İ.s.-a daxildir.
İNULİN – Suda həll olan polisaxarid, mürəkkəbçiçəklilərin hüceyrə
şirəsində ehtiyat qida maddəsi halındadır, ən çox inulin andız,
yerarmudu, zınqrıvotu, zanbaq və s. olur.
İONLARIN (H
+
və OH
-
) KONSENTRASİYASI – Bu ionların
torpaq məhlulunda nisbəti, şərti olaraq pH-la işarə olunur. Torpağı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
223
distillə suyunda qarışdıraraq alınan məhlulunda (1:2,5) təyin olunur.
Çox turş torpaqlarda pH=3-4, turş torpaqlarda 5, zəif turş torpaqlarda 5-
6, neytral torpaqda 7, zəif torpaqda 7-8, qələvili torpaqda 8-9, çox qələvi
torpaqda 9-11 olur.
İONLAŞAN RADİASİYA, İONLAŞAN ŞÜALANMA – mühitin
ionlaşmasına səbəb olan şüalanma. İ.r. böyük intensivlikdə insan həyatı
və digər orqanizmlər üçün təhlükəlidir. Mutasiya, şüa xəstəliyi və s.
əmələ gətirir. Kosmos şüalarının İ.r.-dan biosfer ozon qatı ilə mühafizə
olunur.
İONOSFER – atmosferin 50 (80) km-dən yuxarıda yerləşən
ionlaşmış qatı. Yuxarı sərhədi şərti olaraq 15-20 min km götürülür.
İonlaşma qısa dalğalı Günəş şüalarının, korpuskulyar sellərin, kosmik
şüaların və s. təsiri nəticəsində baş verir. Maks. ionlaşma gecə 300-400
km, gündüz isə 160-320 km yüksəkliyədək müşahidə olunur. İ-də
temperatur hündürlükdən asılı olaraq yüzlərlə, hətta minlərlə dərəcəyə
çatır. Buna görə İ. termosfer də adlanır.
İPƏKÇİLİK – kənd təsərrüfatının ən qədim sahələrindən biri. Təbii
ipək almaq üçün ipəkqurdunun yetişdirilməsi. Çində təqribən 5 min il
bundan əvvəl təbii ipək almaq üçün ipəkqurdu yetişdirilmişdir.
Azərbaycana ipəkqurdu toxumu təqr. V əsrdə gətirilmişdir. Azərbaycan
ipəyi İran, Kiçik Asiya, Suriya və Avropanın bir sıra ölkələrinə ixrac
edilirdi. İpəyin keyfiyyətinə görə Azərbaycan 1-ci yerlərdən birini tutur.
İRƏMƏ – Əkinə yararsız, susuz, daşlı-kəsəkli yer.
İRQ – 1) növ daxilində (və ya yarımnöv) fərdlərin ekoloji, bəzən
morfoloji cəhətdən ayrılmış qrupları. Ekoloji, coğrafi və s. İ-lər ayrılır.
2) müəyyən ərazidə tarixən əmələ gəlmiş ümumi mənşəyə malik bioloji
insan qrupları. İ-lər əsasən, xarici görünüşə aid irsi əlamətlərin
kompleksi ilə fərqlənir. İnsanları üç böyük irqə bölürlər: avropoid
(avropa-Asiya), neqroid (zənci-avstroloid) və monqoloid (asiya-
amerika).
İRRİQASİYA (lat. irrigatio – suvarma) – kənd təsərrüfatında
texnoloji üsul: bitkinin su rejiminin yaxşılaşdırılması məqsədilə lazım
olan dövrdə əlavə sudan istifadə edilməsi.
İRRİQASİYA EROZİYASI – torpaq eroziyasının bir növüdür:
suvarma əkinçiliyində aqrotexnika və suvarma qayda və normalarına
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
224
rəayət etmədikdə baş verir: yaxşı planlaşdırma aparılmayan sahələrdə
(maili yamaclarda) torpağın üst qatı yuyulub aparılır (eroziyaya
uğrayır), bəzən yarğanlar əmələ gəlir. İ.e. əsasən dağətəyi rayonlarda
şum sahələrində (qarğıdalı, tütün və s.) müşahidə olunur.
Dostları ilə paylaş: |