593) Sadalananlardan hansı ləng infeksiyalara aiddir?
A) İİV- infeksiya
B) gənə qayıdan yatalağı
C) tetanus
D) vərəm
E) qarın yatalağı
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
594) Hansı səbəblərə əsasən göyöskürək alovlanmalarından fərqli olaraq qızılcanın alovlanmaları adətən maksimal inkubasiya dövrünün davametmə müddətindən uzun sürmür?
A) yoluxma mexanizmindən asılı olaraq
B) qızılcada əmələ gələn aerozol iri disperslidir
C) qızılcanın törədicisi göyöskürək törədicisinə nisbətən ətraf mühitdə davamsızdır
D) xəstədə ifraz olunan sekret duru konsistensiyaya malikdir
E) qızılcaya qarşı həssaslıq göyöskürəyə nisbətən xeyli yüksəkdir
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
595) Qızılca vaksini olan qutunu açdıqda, onun içərisində preparatın tətbiqinə dair təlimat aşkar edilmədikdə nə etmək lazımdır?
A) vaksini işlətməkdən imtina etmək
B) həmin seriyadan olan digər qutunun içərisindəki təlimatdan istifadə etmək
C) təlimatı digər həkimdən götürmək
D) peyvəndin aparılması texnikasını bilərək təlimatdan istifadə etməmək
E) istifadə etmək
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
596) Hansı hallarda A viruslu hepatit (VHA) ocaqlarında immunoqlobulin profilaktikasını aparmaq məqsədəuyğundur?
A) VHA ilə tək xəstəlik hadisəsi baş verdikdə
B) ilin müəyyən aylarında
C) ilin müəyyən dövründə
D) VHA ilə bir neçə xəstəlik hadisəsi baş verdikdə
E) müəyyən ərazidə xəstələnmənin səviyyəsindən və uşaq kollektivlərində epidemik ocaqların intensivliyindən asılı olaraq
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
Dostları ilə paylaş: |