586) Qrip virusu üçün giriş qapısı nədir?
A) mədə - bağırsaq sistemi
B) sidik – cinsiyyət sisteminin selikli qişası
C) mədə - bağırsaq yolunun selikli qişası
D) yuxarı tənəffüs yollarının selikli qişası
E) gözlərin selikli qişası
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
587) Qrip zamanı etiotrop terapiya məqsədilə nə istifadə olunur?
A) remantadin
B) parasetamol
C) antibiotik
D) aspirin
E) amidopirin
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
588) Hansı sistem reovirus infeksiyasında zədələnir?
A) mədə - bağırsaq sistemi
B) ürək – damar sistemi
C) dayaq - hərəkət aparatı
D) sinir sistemi
E) qan sistemi
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
589) Epidemik parotitdə diaqnozun təsdiqi üçün ən informativ üsullar hansılardır?
A) seroloji
B) rentgenoloji
C) bakterioloji
D) tüpürcək vəzlərindən götürülmüş punktatın müayinəsi
E) virusoloji
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
590) Kəmərləyici dəmrov (herpes zoster) hansı xəstəliyi keçirmiş şəxslərdə inkişaf edir?
A) su çiçəyi
B) rotavirus infeksiyası
C) genital herpes
D) infeksion mononukleoz
E) sitomeqalovirus infeksiyası
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
591) İnfeksion mononukleoz zamanı periferik qanda atipik mononuklear hüceyrələrinin əmələ gəlməsi nə ilə şərtlənir?
A) T4- limfositlərinin zədələnməsi ilə
B) eritrositlərin zədələnməsi ilə
C) T-limfositlərin sayının və aktivliyinin artması ilə
D) ləng tipli yüksək həssaslıq reaksiyasının inkişaf etməsi ilə
E) limfoid və retikulyar toxumanın hiperplaziyası ilə
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
592) İİV-infeksiyası zamanı inkubasiya dövrünün başa çatması nə ilə assosiasiya olunur?
A) selikli qişaların və dəri örtüklərinin kandidozunun əmələ gəlməsi ilə
B) sinir sisteminin zədələnməsi ilə
C) limfatik düyünlərin böyüməsi ilə
D) İİV-yə qarşı anticisimlərin yaranması ilə
E) bədən temperaturunun yüksəlməsi ilə
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
Dostları ilə paylaş: |