599) Kəskin B virus hepatitli (VHB-nin) xəstələrlə təmasda olan şəxslər hansı hallarda qanverməkdən azad edilirlər?
A) donorların qanını yüksək həssas metodlarla müayinə etmək imkanı olmadıqda
B) VH “B” xəstəsinin hospitalizasiyasından sonra 6 ay ərzində
C) ömürlük
D) azad olunmurlar
E) VH “B” xəstələri ilə təmas başa çatana qədər qan verməkdən azad edilirlər
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
600) İİV-infeksiyasında sadalan yoluxma yollarından hansı epidemiyanın yayılmasında daha çox rol oynayır?
A) cinsi yol
B) qan və onun preparatları köçürüldükdə
C) ümümi iynə və şprislərdən istifadə etməklə dərman preparatlarının parenteral yeridilməsi zamanı
D) qida yolu ilə
E) infeksiyalaşmış anadan uşağa
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
601) İİV-infeksiya ilə cinsi əlaqə vasitəsilə yoluxma təhlükəsi çox zaman nədən asılıdır?
A) cinsiyyət orqanlarının selikli qişasında iltihabi proseslərin olmasından
B) cinsi əlaqəyə girən şəxslərin yaşından
C) xəstəliyin dövrüliyindən
D) dəyişən cinsi partnyorların sayından
E) cinsi əlaqələrin texnikasından
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
602) Müayinə edilən şəxsdə İİV-infeksiyasına qarşı anticisimlərin olması nəyi sübut edir?
A) qazanılmış immunitetin yaranmasını
B) törədicinin virulentliyindən
C) əvvəllər infeksiyanın keçirilməsini
D) yoluxmanın baş verdiyini
E) orqanizmin infeksiyaya qarşı qeyri həssas olmasını
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
Dostları ilə paylaş: |