688) Hansı törədiсilər patogen diplokoklara aiddir?
A) streptokoklar
B) qonokoklar
C) stafilokoklar
D) mikrokoklar
E) sarsinlər
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
689) Hansı törədiсilər çöpşəkilli mikroorqanizmlərə aiddir?
A) diplokoklar
B) spirillalar
C) vibrionlar
D) sarsinlər
E) bakteriyalar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
690) Hansı törədicilər qrammüsbət bakteriyalara aiddir?
A) stafilokoklar
B) meninqokoklar
C) qonokoklar
D) bağırsaq çöpü
E) qarın yatalağı çöpü
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
691) Hansı törədicilər turşuyadavamlı bakteriyalara aiddir?
A) bağırsaq çöpü
B) vərəm çöpü
C) qonokoklar
D) difteriya çöpü
E) meninqokoklar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
692) Sadə üsulla boyamaya hansı aid deyildir?
A) fuksinlə
B) gensianvioletlə
C) Qram üsulu ilə
D) vezuvinlə
E) metilen abısı ilə
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
693) Hansı törədiсilər kapsul əmələ gətirən bakteriyalara aiddir?
A) qarayara çöpləri
B) dizenteriya çöpləri
C) difteriya çöpləri
D) qarın yatalağı çöpləri
E) bağırsaq çöpləri
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
Dostları ilə paylaş: |