757) Difteriya hadisəsi baş verdikdə hansı tədbirlər vacibdir?
A) ağır və orta-ağır xəstələrin hospitalizasiya edilməsi, yüngül klinik gedişdə isə – evdə izolyasiya edilməsi
B) biokimyəvi müayinə metodlarının aparılması
C) klinik formadan asılı olmayaraq xəstənin mütləq hospitalizasiya edilməsi
D) spesifik immunitetin yaradılması məqsədilə difteriya anatoksinin təcili yeridilməsi
E) hospitalizasiyaya qədər antitoksik zərdabın təcili yeridilməsi
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
758) Difteriyaya qarşı peyvənd edilmiş şəxsdə törədicigəzdirmə hansı səbəb üzündən baş verir?
A) peyvənddən xeyli müddət keçməsi ilə əlaqədar olaraq immunitetin azalması (olmaması)
B) difteriyanın müəyyən variantına qarşı mikrobəleyhinə immunitetin olmaması
C) mikrobəleyhinə immunitet olmadığı halda antitoksik immunitetin yaranması
D) antitoksik immunitet yaratmaq qabiliyyətinə malik olmamaq (refrakterlik)
E) infeksiya mənbəyinin sayının artması ilə
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
759) Hal-hazırda hansı törədicilər irinli-iltihabi xəstəliklərin etiologiyasında üstünlük təşkil edirlər?
A) plazmodiumlar
B) qram-müsbət koklar
C) qram-mənfi aerob bakteriyalar
D) anaerob bakteriyalar
E) göbələklər
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
Dostları ilə paylaş: |