750) Koli-indeks nədir?
A) tərkibində 1 bağırsaq çöpü olan suyun minimal miqdarı
B) 1 ml suda olan enterobakteriyaların miqdarı
C) 10 litr suda olan bağırsaq çöplərinin miqdarı
D) tərkibində 3 bağırsaq çöpü olan suyun maksimal miqdarı
E) 1 litr suda olan bağırsaq çöplərinin miqdarı
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
751) Enterobakteriyalara görə müayinə zamanı nəcis nümunəsi əkməyə qədər harada saxlanılmalıdır?
A) sorucu şkafda
B) adi şəraitdə
C) termostatda
D) otaq temperaturunda
E) soyuducuda
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
752) Difteriyaya görə müayinə zamanı 10 nəfərdən material götürdükdə nə qədər tampon sifariş vermək lazımdır?
A) 1 tampon
B) 5 tampon
C) 20 tampon
D) 40 tampon
E) 10 tampon
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
753) Salmonella typhi populyasiyasının heterogenliyi hansı xüsusiyyətlərlə təzahür olunur?
A) kolisinlər hasil etmək qabiliyyəti
B) antigen
C) biokimyəvi
D) patogenliyi
E) virulentliyi
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
754) S.typhi ilə törədicigəzdirmənin aşkar edilməsi üçün hansı müayinədən istifadə olunur?
A) Vidal reaksiyası vasitəsilə qan zərdabının müayinəsi
B) qanın bakterioloji müayinəsi
C) dəri-allergik sınağı
D) onurğa beyni mayesinin bakterioloji müayinəsi
E) sisteinlə birgə aqqlütinasiya reaksiyası vasitəsilə aparılan qan zərdabının müayinəsi
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
Dostları ilə paylaş: |