790) Qarın yatalağının törədicisinin identifikasiyası necə aparılır?
A) qanlı aqarda hemolizin xarakterinə görə
B) antigen quruluşuna görə
C) qrammənfi rənglənməyə görə
D) morfoloji əlamətlərə görə
E) antibiotiklərə həssaslığına görə
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
791) Aşağıda sadalanan morfoloji və tinktorial əlamətlərdən hansılar taun çöpləri üçün səciyyəvidir?
A) spor əmələ gətirməyən, qrammüsbətdirlər
B) spor və kapsul əmələ gətirməyən, qrammənfi, hərəkətlidirlər
C) bipolyar rənglənmiş qrammənfi, hərəkətsiz, dairəvi formada, xırdadırlar
D) ucları yumrulanmış qrammüsbətdirlər
E) qrammüsbət, zəncir şəklində yerləşirlər
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
792) Sadalanan bakteriyalardan hansılar hemini assimilyasiya etmək və purini sintez etmək qabiliyyətinə malikdirlər?
A) tulyaremiya bakteriyaları
B) taun çöpləri
C) qarayara basilləri
D) vəba vibrionları
E) brüsellalar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
793) Sadalanan bakteriyalardan hansılar 3 komponentdən (1 – «şişkinlik amili», 2 – letallıq toksini, 3-protektiv antigeni) ibarət toksin əmələ gətirirlər?
A) bağırsaq çöpləri
B) brüsellalar
C) qarayara basilləri
D) taun çöpləri
E) tulyaremiya bakteriyaları
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
Dostları ilə paylaş: |