827) Vəbanın bakterioloji diaqnostikası hansı yolla aparılır?
A) ifrazatın presipitasiya reaksiyasında müayinəsi
B) müayinə materialının qələvi peptonlu sulu mühitə əkilməsi
C) ağ siçanların yoluxdurulması
D) Mantu sınağının qoyulması
E) qan yaxmalarının mikroskopiyası
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
828) Qarın yatalağının diaqnostikasında hemokulturanın identifikasiyasının mərhələləri hansılardır?
A) qanın peptonlu suya əkilməsi
B) monoreseptor «O» və «H» zərdablarla aqqlütinasiya reaksiyasının qoyulması
C) qanın Kitt – Tarossi mühitinə əkilməsi
D) qanın Ploskiryov mühitinə əkilməsi
E) Vidal reaksiyasının qoyulması
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
Dostları ilə paylaş: |