Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


Firmanın əsas fondları və istehsal gücü



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə30/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   26   27   28   29   30   31   32   33   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Firmanın əsas fondları və istehsal gücü 
1. İstehsal əsas fondlarının iqtisadi əhəmiyyəti və təsnifatı 
2. Əsas fondların qiymətləndirilməsi 
3. Əsas fondların köhnəlməsi və amortizasiyası 
4. Əsas fondlardan istifadə göstəriciləri 
5. Firmanın istehsal gücü və onun hesablanması metodikası 


6. İstehsal əsas fonlarından istifadənin yaxşılaşdırılması yolları 
 
1. Cəmiyyətin sosial-iqtisadi inkişafının maddi əsasını təşkil edən ictimai 
istehsal iş qüvvəsinin, əmək predmetlərinin və əmək vasitələrinin müxtəlif 
kəmiyyət nisbətlərində və kombinasiyalarda birləşdirilərək insanların tələbatlarını 
ödəmək üçün maddi nemətlərin yaradılması prosesidir.
Əmək vasitələri dəyər ifadəsində istehsal əsas fondları adlanır. Başqa sözlə
əsas fondlar istehsal prosesində uzun müddət və bütövlükdə-bütün ünsürləri 
birlikdə-iştirak edən, öz natural formasını ömrü boyu saxlayan və dəyərini istehsal 
edilən məhsulun üzərinə-köhnəlmə dərəcəsindən asılı olaraq-hissə-hissə keçirən 
əmək vasitələrinin maddi-texniki deyil, dəyərlə ifadə olunmuş formasıdır.
İstehsal əsas fondlarının tərkibinə yalnız istehsal prosesinə cəlb edilmiş və 
müəyyən funksiyaları yerinə yetirən əmək vasitələri daxil edilir.
Firmanın əsas fondları istehsal əsas fondları və qeyri-istehsal əsas fondlarına 
bölünür. İstehsal əsas fondlarına bilavasitə istehsal prosesində iştirak edən, yaxud 
onun həyata keçirilməsinə yardım göstərən əmək vasitələri daxil edilir. Qeyri-
istehsal əsas fondlarına isə müəssisənin ixtiyarında olan mənzil fondları, mədəni-
məişət xidmətinin (klublar, uşaq bağçaları, səhiyyə məntəqələri, istirahət 
düşərgələri və s.) binaları, qurğuları və s. aid edilir.
Qüvvədə olan təsnifata görə firmanın və müəssisənin əsas fondları öz 
təyinatları, istehsaldakı funksiyaları və maddi məzmunlarına görə aşağıdakı kimi 
qruplaşdırılır. 
“Binalar”. Bu qrupa istehsal prosesinin həyata keçirilməsi üçün zəruri şərait 
yaradan, müxtəlif maşın və mexanizmləri xarici mühitin təsirlərindən qoruyan
işçilər üçün istehsal meydançası verən və habelə yaşayış və sosial-mədəni xidmət 
təyinatlı memarlıq tikinti obyektləri aiddir. 
“Qurğular”. Bu qrupa əmək predmetlərinin (xammal, material, 
yarımfabrikatlar və s.) emalı ilə bilavasitə əlaqəsi olmayan, lakin istehsal 
prosesindən müəyyən funksiyaları icra etmək üçün şərait yaradan mühəndis-tikinti 
obyektləri aiddirlər.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin