İstehsal gücü istehsal bölmələrinin (
müəssisə, sex,
istehsal sahəsi, iş yeri) il
ərzində məhsul buraxmaq üzrə maksimum imkanlarını xarakterizə edən, istehsal
potensialını əsaslandırmaq üçün çox qiymətli və hesablama metodikası nisbətən
mürəkkəb olan texniki-iqtisadi göstəricidir.
İstehsal gücü il üçün bütün məhsulun nomenklaturası üzrə hesablanır. Hər bir
məhsul növü üzrə istehsal gücü-natural ölçü vahidlərində, ayrı-ayrı məhsul növləri
üzrə isə-dəyər və natural ifadədə müəyyən edilir. Geniş nomenklaturalı məhsul
buraxan müəssisələrdə istehsal gücü hesablanarkən mövqelərin iriləşdirilməsi, yəni
konstruktiv və texnoloji cəhətdən yekcins məmulatların təmsil olunan
məmulatlarla birləşdirilməsi mümkündür.
Yeni işə salınmış müəssisə, sex və aqreqatların istehsal gücü layihə gücünə
bərabər qəbul edilir. İstehsal gücü əsas istehsalın aparici sexlərinin gücünə görə
müəyyən edilir; çünki bu sexlərdə əsas texnoloji proseslər yerinə yetirilir və onlar
hazır məhsul buraxılışının təmin olunmasında həlledici əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, iqtisadi ədəbiyyatda 3 növ istehsal gücünü bir-
birindən fərqləndirirlər.:
a) layihə gücü-tikinti layihəsinin texniki sənədlərindəgöstərilən istehsal gücü;
b) cari istehsal gücü-mənimsənilmiş istehsal gücü;
c) ehtiyat istehsal gücü.
Fasiləsiz istehsal prosesi əsasında işləyən müəssisələr üçün istehsal gücü-
ildəki təqvim günlərinin sayı və günün uzunluğu əsasında hesablanır. Əsas sexləri
iki və ya bundan az növbədə işləyən müəssisələr üçün istehsal gücü-avadanlığın
ikinövbəli, bəzi müəssisələr üçün isə üçnövbəli iş rejimi əsasında müəyyən edilir.
İstehsal gücünü hesablayarkən yalnız onun həcminə təsiredici deyil,
müəyyənedici və həlledici rol oynayan amillər nəzərə alınır.
Həmin amillər
aşağıdakılardır:
1. İl ərzində, istismara daxil edilən və istehsaldan götürülənləri nəzərə
almaqla, qurulmuş avadanlıqların sayı;
2. İl ərzindəki dəyişikliklər nəzərə alınmaqla, istehsal meydançalarının
sajhəsi;
3. Avadanlığın vaxt fondu;
4. Avadanlığın qabaqcıl, texniki cəhətdən əsaslandırılmış məhsuldarlıq
norması və məhsulun əməktutumluğu.
6. İstehsal əsas fondlarından istifadənin yaxşılaşdırılmasının iqtisadi
əhəmiyyəti olduqca böyükdür. Onlardan səmərəli istifadə olunduqda məhsul
buraxılışı artır və beləliklə, məhsul vahidi istehsalına sərf edilən maddiləşmiş
əməyin miqdarı (konkret olaraq istehsal əsas fondlarını
təmsil edən
amortizasiyanın məbləği) azalır. Məlumdur ki, istehsal əsas fondlarına hesablanan
amortizasiya ayırmaları istehsal həcmindən asılı deyil və istehsal əsas fondlarının
ömür müddətinə görə hesablanır.
Əsas istehsal fondlarının sabit qaldığı şəraitdə onlardan istifadəni
yaxşılaşdırmaqla məhsul istehsalının artırılması yeni əsas fondlar yaratmadan
(əsaslı tikinti yolu ilə) istehsalın genişləndirilməsinə bərabər hesab olunur.
Buradan belə nəticə çıxır ki, əsas fondlardan istifadənin yaxşılaşdırılması yeni əsas
fondların yaradılmasına tələbatı azaltdığına görə əsaslı vəsait qoyuluşlarına qənaət
etməyə imkan yaranır.
Əsas fondlardan istifadənin yaxşılaşdırılması onların dövriyyəsinin
sürətlənməsi deməkdir. Nəticədə, il ərzində əsas fondların vahidindən alınan
məhsulun miqdarı artır ki, bu da istehsal gücünün nisbi mənada genişləndirilməsi
deməkdir.
Müəssisədə əmək vasitələrindən istifadənin yaxşılaşdırılması iki yolla:
ekstensiv və intensiv istifadə yolları ilə həyata keçirilir.
Əmək vasitələrindən
ekstensiv istifadənin əsas istiqamətləri onlara texniki xidmətin səmərəli təşkili,
keyfiyyətli təmir, təmir müddətinin azaldılması, boşdayanmaların (günərzi,
növbəboyu və növbədaxili) minimuma endirilməsi və s-dir. Əmək vasitələrindən
intensiv istifadə isə prosesə az canlı əmək tətbiq etmək yolu ilə vaxt vahidi ərzində
istehsal edilən məhsulun (görülən işin həcminin) və xidmətin miqyasca
çoxaldılmasıdır. Bu halda əmək vasitəsinin texniki parametrlərindən-gücündən,
sürətindən-yüksək səviyyədə istifadə olunur.
Avadanlıqlardan ekstensiv istifadə dedikdə, avadanlığın
işləmə müddətinin
uzadılması, onlardan vaxta görə istifadənin yaxşılaşdırılması nəzərdə tutulur. Buna
aşağıdakılar aiddir:
- avadanlığa səriştəli texniki qulluq olunması, onun vaxtında və keyfiyyətlə
təmir edilməsi, iş yerinin materiallarla fasiləsiz təchizi, texnoloji prosesin düzgün
təşkili. Bütün bunlar boşdayanmalara, qəzalara yol verməməyə, avadanlığın işləmə
vaxtını artırmağa imkan yaradır;
- müəssisələrdə ayrı-ayrı istehsal sexləri və sexlər arasında aşkar edilən
uyğunsuzluqların aradan qaldırılması;
- hazırlıq-tamamlama işlərinə və köməkçi
əməliyyatlara vaxt sərfinin
azaldılması.
Avadanlıqlardan gücə görə istifadə avadanlığın iş intensivliyinin artırılmasına
əsaslanır. Avadanlıqdan istifadənin intensivlik göstəricisi vaxt vahidində hər bir
avadanlıq üzrə istehsal olunan məhsulun miqdarı, başqa sözlə, yerinə yetirilən işin
kəmiyyətidir.
Dostları ilə paylaş: