1. Dövriyyə fondlarının iqtisadi mahiyyəti və onların tərkibi
2. Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri
1. Əmək predmetləri istehsal vasitələrinin tərkib hissələrindən biri olmaqla
dəyər formasında
dövriyyə fondları adlanır. Dövriyyə istehsal fondları istehsal
vasitələrinin elə ünsürlərindən ibarətdir ki, onlar əmək prosesinə daxil olmaqla
hər bir istehsal tsiklində tamamilə istehlak olunur, həmin tsikldə öz dəyərlərini
bütünlüklə yaradılan məhsulun üzərinə keçirir və özlərinin natural formalarını
dəyişirlər.
Dövriyyə istehsal fondları, əsas fondlardan fərqli olaraq,
istehsal olunan
məhsul üzərinə öz dəyərlərini bir dəfəyə və tamamilə-yanacaq, enerji və
köməkçi materialların bir qismi istisna olmaqla-özlərinin
maddi-əşya
formalarına xas olan fiziki-kimyəvi xüsusiyyətlərini də keçirirlər.
İstehsal firması və ya sənaye müəssisənin dövriyyə fondları özlərinin
təyinatına, yaradılma zəruriliyini müəyyən edən şərait və amillərin
müxtəlifliyinə görə üç hissəyə bölünür və bunlar aşağıdakılardır:
1.
İstehsal ehtiyatları-bu, istehsalçı müəssisə tərəfindən alınmış,
özünün
əmlakı kimi istehsal prosesi üçün hazırlanmış və onun (istehsalın)
fasiləsizliyini təmin etmək məqsədilə həmin prosesə daxil olmağı gözləyən
xammal, material, yanacaq və s.-dən ibarətdir.
2.
Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar-bu, artıq
texnoloji prosesə buraxılmış və emalın müəyyən mərhələsində olan material,
istehsalı hələ başa çatdırılmamış hissə, bağlama
və məmulatlar və habelə
özünün istehsalı olan yarımfabrikatlardır.
3.
Gələcək dövrün xərcləri-bu, dövriyyə fondlarının qeyri-maddi ünsürləri
kimi, məsələn yeni məhsulun layihələndirilməsi və nümunəsinin yaradılması,
onun istehsalı üçün yeni texnologiyanın işlənməsi və tətbiqi və s. ilə əlaqədar
xərclərdir ki,
cari dövrdə çəkilsələr də, gələcəkdə istehsal olunacaq məhsulun
maya dəyərinə daxil edilməklə geri qaytarılır.
İctimai əmək bölgüsü nəticəsində bir müəssisənin istehsal etdiyi məhsulun
digər müəssisə üçün istehsal vasitəsinə çevrildiyi şəraitdə istehsalın vaxtı,
məkanı və həcmi istehlakın uyğun göstəricilərindən fərqlənir.
Belə bir
vəziyyətdə istehsal prosesinin fasiləsizliyi yalnız dövriyyə fondlarının
müəyyən hissəsinin onların hərəkətinin müxtəlif mərhələlərində yığımı ilə
təmin edilə bilər.
İstehsal-texniki təyinatlı əmək məhsullarının istehlakçı müəssisələrdə bu cür
yığımı istehsal vasitələrindən ehtiyatlar və ya
istehsal ehtiyatları adlanır.
Ehtiyatların həcmi həm mütləq, həm dəyər və həm də nisbi ölçülərlə hesablana
bilər. Ehtiyatın mütləq ölçüsü natural şəkildə ton, sentner, metr, ədədlə, başqa
sözlə, materialın ölçülə biləcəyi fiziki vahidlərlə müəyyən edilir. İstehsal
ehtiyatları həcminin mütləq ölçülərdə öyrənilməsinin əhəmiyyəti ondadır ki,
bunun vasitəsilə anbar təsərrüfatının səmərəli təşkilinə, xüsusilə maddi-texniki
təchizatın planlaşdırılmasının həyata keçirilməsinə,
başqa sözlə, materiala
tələbatın hesablanmasına nail olmaq mümkün olur.
İstehsal ehtiyatlarının həcmi dəyər ölçüsü ilə də qiymətləndirilir. Ehtiyatın
mütləq həcminin, onu təşkil edən material vahidinin qiymətinə vurulması yolu
ilə ehtiyatın dəyər ölçüsündə miqdarı tapılır. Ehtiyatın həcminin qiymət
ölçüsündə tapılması, istehsalın dəyər göstəricilərinin planlaşdırılmasında,
maliyyə planının tərtibində, istehsalın rentabelliyinin hesablanmasında və s.-də
böyük əhəmiyyət kəsb edir.
İstehsal ehtiyatları həm də nisbi ölçülərlə müəyyən olunur. Bu halda ehtiyatın
kütləsi (çəkisi)və dəyəri heç bir rol oynamır.
Dostları ilə paylaş: