Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


İnnovasiya-potensial elmi-texniki tərəqqinin yeni məhsul



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə45/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   41   42   43   44   45   46   47   48   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

İnnovasiya-potensial elmi-texniki tərəqqinin yeni məhsul və texnologiyalarda 
öz əksini tapan real (gerçəkləşmiş) elmi-texniki nailiyyətlərə çevrilməsini əks 
etdirir. Elmi-texniki innovasiya “elm-istehsal” tsiklinin son nəticələrini xarakterizə 
edir ki, buda elmi-texniki məhsul kimi çıxış edir və konkret tələbatların ödənilməsi 
üçün yeni elmi ideya və biliklərin, kəşflərin, ixtiraların və işləmələrin kommersiya 
baxımından reallaşdırılması məqsədilə maddiləşdirilməsidir. İnnovasiya üçün üç 
əlamət xasdır: elmi-texniki yenilik, istehsala tətbiqiliyi, kommersiya 
baxımından reallaşdırılması imkanı. Kommersiya cəhəti innovasiyanı, bazardakı 
tələbat vasitəsilə dərk olunmuş iqtisadi zərurət kimi müəyyən edir. İnnovasiyanın 
səviyyəsi həm texnoloji parametrlər baxımından, həm də bazar nöqteyi nəzərindən 
qiymətləndirilir. Texnoloji parametrlərdən asılı olaraq məhsul və proses 
innovasiyaları bir-birindən fərqləndirilir. Məhsul innovasiyası-yeni məhsul 
növlərinin yaradılması və mənimsənilməsini nəzərdə tutur. Proses innovasiyalar 
isə istehsalın təşkilinin yeni metodlarının yaradılması ilə əlaqədardır.
İnnovasiyalar yeniliklərin səviyyəsinə görə, prinsipcə, yeni, yəni yerli və 
xarici praktikada analoqu olmayana və nisbətən yeni innovasiyalara bölünür. 
İnnovasiya elə texniki-iqtisadi tsikldir ki, tədqiqat və işləmələr sferasının 
nəticələrindən istifadə texniki və iqtisadi dəyişikliklərə səbəb olur ki, bu da həmin 
sferanın özünün fəaliyyətinə əks təsir göstərir 
İnnovasiya fəaliyyəti yeniliyin yaradılması və istehlakçıya çatdırılması və ya 
tətbiqi ilə əlaqədar elmi-texniki, təşkilati, maliyyə və kommersiya fəaliyyətini 
özündə birləşdirir. 


İnnovasiya fəaliyyətinin aşağıdakı növləri vardır: 
- texniki hazırlıq və istehsalın təşkili (istehsal avadanlığının və alətlərinin əldə 
olunması, onlarda o cümlədən yeni məhsulların hazırlanması və ya yeni texnoloji 
prosesin tətbiqi keyfiyyətinə nəzarətin və istehsalın prosedurasında, metodlarında 
və standarlarında dəyişikliklərin edilməsi); 
- məhsul və texnoloji proseslərin modifikasiyalarının daxil olduğu 
istehsalqabağı işləmələr, yeni texnologiyanın və avadanlıqların tətbiqi üçün heyətin 
hazırlanması, həmçinin əgər konstruksiyanın təkmilləşdirilməsinə ehtiyac vardırsa, 
sınaq istehsalı və istehsalın başlanması; 
- yeni məhsulların marketinqi (yeni məhsulun bazara çıxması ilə əlaqədar 
fəaliyyət növləri, yəni bazarın ilkin tədqiqi, məhsulun müxtəlif bazarlara 
uyğunlaşdırılması (adaptasiyası), reklam kompaniyası); 
- kənardan texnologiyaya patentlərin, lisenziyaların alınması, “nou-hau”, 
ticarət markası və bu kimi qeyri-maddi aktivlərin əldə olunması. 
İnnovasiya fəaliyyətinin təşkili formaları müxtəlif texnopark strukturları 
vasitəsilə həyata keçirilir və onlar aşağıdakılardır: 
Texnopark. Bu, informasiya, texnoloji, məsləhət, marketinq və tədris 
müəssisələrindən və habelə, sənaye yönümlü şirkətlərin birliyindən ibarət olur. Bu 
mərkəzlər firmalara öz profilləri üzrə xidmətlər göstərir, məsləhətlər verirlər. 
Texnoparkda elmi-tədqiqat sektoru texnopolisə nisbətən zəif olur. 
Texnopolis. Bu, yeni, mütərəqqi məhsul istehsal etmək, elmtutumlu 
texnologiya yaratmaq məqsədilə iri elmi-tədqiqat institutu və mərkəzlərindən 
ibarət olur. Burada elmin inkişafının yeni istiqamətlərinin müəyyənləşdirilməsi və 
inkişaf etdirilməsi üçün zəruri şərait yaradılır; texnopolisdə elm, texnika, 
sahibkarlıq üzvü şəkildə birləşdirilir. Texnopolisin “çəkici qüvvəsi”, əsası elmi-
tədqiqat kompleksidir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin