Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


ümumiqtisadi, texniki-iqtisadi və maliyyə təhlili



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə44/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   40   41   42   43   44   45   46   47   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

ümumiqtisadi, texniki-iqtisadi və maliyyə təhlili.
Ümumiqtisadi təhlil ölkədə iqtisadi və bazaar konyukturasının, investisiya 
mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir. Texniki-iqtisadi 
təhlil bu və ya digər texniki işləmənin iqtisadi üstünlüklərinin əsaslandırılması ilə 
birlikdə layihənin texniki tərəfinə aiddir. İnvestisiyanın maliyyə təhlili kapital və 
cari dəyərdə pul axınının tədqiqinə əsaslanır.
Əsas kapitalın (istehsal əsas fondlarının) təkrar istehsalı işində-maddi 
istehsalın xüsusi forması kimi tikintinin çox böyük rolu vardır. Tikinti başqa 
istehsalla müqayisədə uzun müddət davam etdiyindən planlaşdırma işi həmin 
prosesin aramsızlığı və birqərarlığına təminat verməlidir. Əks halda, tikinti, planda 
nəzərdə tutulmuş müddətdən çox davam etdikcə, ahəngdarlıq pozulduqca onun 
dəyəri artır, tikintinin zadel (bitirilməmiş) hissəsi çoxalır. Buna görə də yeni bir 
müəssisənin inşası üçün əsaslı vəsait qoyuluşu üzrə proqramın tərtibi zərurəti 
yaranır.
İnvestisiya layihələri müxtəlif maliyyələşdirmə mənbələri və imkanları, 
texnoloji və təşkilati təminat, realizasiya müddəti və s. cəhətdən xarakterizə oluna 
bilər. Onların hər biri eyni dərəcədə vacibdir. Bu və ya digər investisiya layihəsinin 
məqsədəuyğun və perspektivli olub-olmamasını , onun maliyyə aspektlərini 
açıqlayan üç əsas məsələ: a) layihənin həyata keçirilməsi üçün zəruri olan maliyyə 


vəsaitinin həcmi; b) tələb olunan həcmdə maliyyə vəsaitlərinin cəlb edilməsi 
mənbələri; c) investisiyanın özünün necə doğrultması və gözlənilən maliyyə 
nəticələrinin səviyyəsi xarakterizə edir.
3. Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların mühüm 
istiqamətlərindən biri də əlverişli investisiya mühitinin yaradılmasıdır. Ölkənin 
sosial-iqtisadi inkişafının perspektiv istiqamətlərinə uyğun gələn iqtisadi, elmi-
texniki, sosial proqramların həyata keçirilməsi məqsədilə investisiya fəallığının 
lazimi səviyyəsinə nail olmaq üçün təkmil hüquqi bazanın yaradılması zəruridir. 
İnvestisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi aşağıda qeyd olunan 
mexanizmlərdən istifadə edilməsini nəzərdə tutur: 
- vergi sistemində potensial investorlar üçün güzəştli vergi dərəcələrindən və 
şərtlərindən istifadə olunması; 
- aşağı faizlərlə kredit verilməsini və sürətli amortizasiya ayırmalarını özündə 
cəmləşdirən 
çevik maliyyə-kredit və əsas vəsaitlərin amortizasiyası 
mexanizmlərindən istifadə olunması; 
- investisiya layihələrinin həyata keçirilməsi məqsədilə respublikaya gətirilən 
istehsal-texniki təyinatlı avadanlıqların əlavə dəyər vergisindən və gömrük 
rüsumundan qismən və ya tamamilə azad edilməsi və s. Həmçinin respublikamızda 
müxtəlif təsərrüfat subyektləri tərəfindən həyata keçirilən investisiyaların 
qorunmasına dövlət təminat verir. Belə bir təminat bütün investorlar üçün dövlət 
səviyyəsində verilir. Bütün bunlar “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici 
investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında öz 
əksini tapmışdır.
İnvestisiya qoyuluşunun həyata keçirilməsi haqqında qərarın qəbul 
olunmasına həm daxili, həm də xarici amillər təsir göstərir. Həmin amillərə başlıca 
olaraq aşağıdakılar aid edilə bilər: 
- makroiqtisadi şərait; 
- tələbin səviyyəsinin dəyişməsi prosesi; 
- təklifin səviyyəsinin dəyişməsi prosesi.
Müəssisə müəyyən makroiqtisadi mühitdə fəaliyyət göstərir və onun 
fəaliyyətinə bir çox tənzimləyici amillərlə yanaşı, dövlətin iqtisadi siyasəti də öz 
təsirini göstərir. Belə təsiredici amillərə: tələbin ümumi səviyyəsi, real bank 
faizinin dərəcəsi, iqtisadi inkişaf səviyyəsi, dövlətin büdcə və vergi siyasəti və s. 
Məsələn, bank faizinin dərəcəsinin yüksəldilməsi investisiya fəallığını 


məhdudlaşdırır. Bunun əksi isə, investisiya proseslərini stimullaşdıraraq investisiya 
qoyuluşlarının həcmini artırır.
4. Firmanın kommersiya fəaliyyətinin kəmiyyət tərəfi deyil, keyfiyyət tərəfi 
həyata keçirilən innovasiyanın miqyasından bilavasitə asılı olur. Məhsuldar 
qüvvələrin ünsürlərinin təkmilləşdirilməsi yalnız elmi-texniki tərəqqinin təsiri 
altında baş verir. Elmi-texniki tərəqqinin müasir istiqamətləri aşağıdakılardır: 
1. İstehsalın elektrikləşdirilməsi; 
2. İstehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması; 
3. İstehsalın kimyalaşdırılması; 
4. İstehsalın elektronlaşdırılması; 
5. Yeni materialların yaradılması və tətbiqi; 
6. Yeni texnoloji istehsal üsullarının mənimsənilməsi.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin