– li
(əşyada müəyyən əlamətin olduğunu
ifadə edən şəkilçi) əlavə etməklə düzəldilmişdir.
Bu sözdən (enli)
–li
şəkilçisini götürüb
–siz
şəkilçisini (əşyada müəyyən əlamətin yoxluğunu
ifadə edən şəkilçi) ona əlavə etdikdə mənaca "dar"
sözünə ekvivalent olan "ensiz" sözü yaranacaqdır
Burada "dar" sözünün semantikası ilə ekvivalentlik
–siz
şəkilçisinin ona əks mənnada işlənən "en (li)"
kökünə əlavəsi ilə yaranır. Eləcə də "şit" sözündə
"duz" un yoxluğu barəsindəki informasiya bu sözə
303
Сечилмиш ясярляри
lX
–suz
şəkilçisinin əlavəsi ilə "duzsuz" sözü ilə "şit"
arasında məna eyniliyi yaradır. Və ya əksinə "şor"
sözü "duz" sözünə
–lu
şəkilçisinin əlavəsi ilə
yarnan "duzlu" sözünə ekvivalent olur.
Bu ekvivalent cərgədə "şit" və "şor" sözləri
bir-biri ilə antonim olsa da, "duzlu" və "duzsuz"
sözləri eyni kökdən olduğu üçün antonim sayılmır.
İkinci qrup ekvivalentlərə də dilimizdə az
təsadüf olunur.
Belə sözlərdə maraqlı cəhət odur ki, bunlar ya
eyni köklü olub, morfemlər vasitəsilə ekvivalentlik
kəsb edir, ya da eyni morfemli olub, köklərdə yaxın
mənalılıq özünü göstərir. Məsələn, "kəndli" və
"kəndçi" sözlərində kök eyniliyi, "aylıq-donluq",
"aşxana-yeməkxana" sözlərində morfem eyniliyi
müşahidə olunur. Bu lüğət vahidlərindən "ay" və
"don" sözlərində yaxınlıq müşahidə olunmursa,
"aş" və "yemək" sözlərində yaxın mənalılıq aydın
şəkildə özünü göstərir.
Bu sırada elə ekvivalentlər də vardır ki,
komponentlərinin birində kök və şəkilçinin
birləşməsi nəticəsində tarixən düzəltmə olsa da,
müasir dilimiz üçün sadə sözlər cərgəsindədir. Mə-
sələn, "kiçik" və "doğru" sözləri tarixən törəmə
sözlərdən olmuşdur. Bu sözlərə ekvivalent olan
"balaca" və "düzgün" sözləri isə düzəltmə (törəmə)
sözlər sırasındadır.
|