311
Сечилмиш ясярляри
lX
(gözləmək), əli boşda qalmaq (müflis olmaq), əldə-
ayaqda getmək (əsirlik)
və s.
Sözə ekvivalent frazeoloji birləşmələrin bir
qismi zərflərə və sifətlərə müvafiq gəlir. Belə
birləşmələr bədii dildə əşyanı və hərəkəti
əlamətləndirən sözlərə ekvivalent olaraq işlədilir.
Məsələn,
qırdı-qaçdı (adam), dəvəsi ölmüş
(ərəb), ağzıyırtıq (adam), əliəyri (adam), ağzıboş
(adam), ağzıbaşına (danışmaq)
və s. Bu
birləşmələrin sözə ekvivalentliyi aşağıdakı kimidir:
qırdı-qaçdı -etibarsız, dəvəsi ölmüş- uğursuz,
ağzıyırtıq -xəbərçi, əliəyri -oğru, ağzıboş -xəbərçi,
ağzıbaşına -tərbiyəsiz
və s.
Sözlərə
ekvivalent
feli
frazeoloji
birləşmələrin bədiilik imkanları daha çox onların
ekvivalent olduqları sözlərin əvəzinə işlədilməsi ilə
bağlıdır. Belə ifadələr dövrün, zamanın izlərini
saxlamaqla, mənsub olduqları xalqın milli ruhunu
qoruyub əks etdirmə imkanına malikdir. Buna görə
də yazıçılar frazeoloji vahidlərin bu imkanlarından
bəhrələnməyə üstünlük verirlər. Nümunələrə
müraciət edək:
«-Özüm gedəcəyəm, -dedi, -onun
Dostları ilə paylaş: