297
Сечилмиш ясярляри
lX
dəstək
nişan üzüyü
nişanlı
cücərmək
əlcək
barmaqça
adaxlı
dişərmək
Ədəbi dil-dialekt vahidlərinin ekvivalentliyi
nitq prosesində təzahür edən leksik-semantik hadisə
olub,
davam edən, arasıkəsilməz bir prosesdir. Bu
prosesdə ekvivalentliyin komponentləri arasında
gedən mübarizə dialekt sözünü mütləq mənada aktiv
mövqeyə keçirməklə öz komponentini dilin passiv
fonduna keçirə də bilər.
Ümumiyyətlə dialekt
sözlərinin ədəbi dil səviyyəsində təzahürü ədəbi
dilin seçmə və əvəzetmə əməliyyatının nəticəsi olub,
dildə demokratik hadisə hesab edilməlidir.
Ədəbi dil – dialekt vahidlərinin ekvivalentliyi
üslubi imkanlardan məhrum deyildir.
Məlum
olduğu kimi dil vahidləri
nin üslubi imkanları
daha çox bədii nitqdə öz
həqiqi qiymətini alır. Bu mənada ədəbi dilin bədii
üslubunda
belə
vahidlər
surətin
məhəlli
mənsubiyyətini fərdiləşdirmək məqsədilə işlədilir.
Nümunələrə diqqət yetirək:
Ağabəyim ağa:
–
Kiri
,
-dedi,
-vəfasızsan.
(Y.V.Çəmənzəminli. "Qan içində").