Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə144/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   140   141   142   143   144   145   146   147   ...   321
Фирузя Мяммядли 
 
I. LEKSĠK EKVĠVALENTLƏR 
Leksik ekvivalentlik dildə hazır şəkildə 
mövcud olan leksik vahidlərin məna eyniliyinə 
əsaslanır. Eyni mənalı söz, söz birləşməsi (leksik 
birləşmələr) eyni bir mənanın ifadəsinə xidmət 
etmiş olur. Şəkilcə müxtəlif olan sözlərin və ya söz 
birləşmələrinin eyni mənanı ifadə etməsi müxtəlif 
səbəblərlə bağlıdır. Burada məna komponentlərinin 
ədəbi dil və dialektlərlə bağlılığı (hündür-qəlbi, 
tərs-kür, səksənmək-diksinmək, don-paltar, çörək-
əppək və s.), dildə söz yaradıcılığı (gen-enli, dar-
ensiz, kəndli-kəndçi, tut-yapış və s.), sabit söz 
birləşmələri ilə sözün məna eyniliyi (qulaq asmaq-
dinləmək, başa salmaq-anlatmaq, ürəyini vermək – 
sevmək, bel bağlamaq-inanmaq və s.) kimi 
amillərin mühüm rolu vardır. Bu mənada leksik ek-
vivalentləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Ədəbi dil və dialekt ekvialentliyi.
2. Söz yaradıcılığı ilə bağlı ekvivalentlik.
3. Ġdeomatik ifadə və söz ekvivalentliyi.
 
1. Ədəbi dil və dialekt ekvivalentliyi
Məlumdur ki, ədəbi dilin lüğət tərkibinin 
zənginləşmə mənbələrindən biri dialekt və 
şivələrdir.


295 
Сечилмиш ясярляри 
lX 
Azərbaycan ədəbi dilinin müasir vəziyyəti 
göstərir ki, onun həm təşəkkülündə, həm də sonrakı 
inkişafında bütün dialektlər iştirak etmişdir. Məhz 
buna görə də müasir Azərbaycan dilinin lüğət 
tərkibində bu dilin bütün dialektlərindən keçmiş və 
onun üzvi bir hissəsini təşkil edən xeyli söz vardır. 
Dialekt və şivələrdən ədəbi dilə sözlərin daxil 
olması həm bədii əsərlərin, mətbuat, radio və 
televiziya dilinin təsiri ilə, həm də ümumxalq 
danışıq dili vasitəsilə reallaşır. Ədəbi dilə belə söz-
lərin daxil olması zəruriyyətdən doğurduğu kimi 
dialektizm səviyyəsində ədəbi dildə işlənməklə 
ümumişləklik qazanma imkanı ilə də bağlıdır.
Belə ki, 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin