291
Сечилмиш ясярляри
lX
dubletlərdən istifadə dildə faydalı deyildir.
Çünki
bunlar nitqi ağırlaşdırır.
1
S.Cəfərov da eyni mənaya malik olub şəkilcə
fərqlənən sözləri sinonimlər sırasına daxil etmir və
bunları dili yükləyən lazımsız dubletlər hesab edir.
2
Lakin
hər
iki
müəllif
sinonimlərin
əmələgəlmə
yollarından
danışarkən
leksik
dubletləri (biri gəlmə söz, digəri Azərbaycan
mənşəli söz)
3
sinonimlər sırasında nümunə
gətirirlər (ağ–bəyaz, azarlı–naxoş, yeni-təzə və s.).
H.Həsənov sinonimlərdən danışarkən yazır:
"Sinonimlər gerçəkliyin eyni əşya, hadisə, əlamət və
ya hərəkəti ilə bağlı
olan leksik, onu müxtəlif
formalarla adlandıran semasioloji hadisədir".
4
Miüəllif məna ümumiliyi və üslubi çalarlığa malik
olmanı sinonimlərin xüsusiyyətlərinə daxil edir.
H.Həsənov sinonimləri mənaca yaxın olan sözlər
adlandırır. Məna
eyniliyi məsələsi müəllifin
sinonimlərə verdiyi tərifdə də öz ifadəsini tapmır.
Müəllif bu fikirdədir ki, sözlərin sinonim kimi
işlədilməsinə "ancaq məna eyniliyi" imkan verir
kimi baxmaq düzgün deyil.
Çünki sinonimlər
"mənaca mütləq və ya nisbi eyniyyət təşkil edən
1
A.Qurbanov. Müasir Azərbaycan ədəbi dili. I cild, Bakı,
2003, səh.340.
2
S.Cəfərov. Müasir Azərbaycan dili. Bakı, 1970, səh.29.
3
A.Qurbanov. Göstərilən əsəri, səh.341.
4
Yenə orada.