Firuzə Məmmədli 270
Türkiyə türkcəsindən daxil olan, lakin məhdud dairədə,
bir çox hallarda jarqon məqamında işlədilən «yey», «iyi», «il-
ginc», «olaylar», «bilim adamları», «gələnəklər», «yazarlar»,
«telegörüm», «başkənd», «başqan», «buzdolabı», «yerəyrisi»,
«yerbil», «göybil» və s. kimi sözlər dilimizdə daim işlək olan
ekvivalentlərini sıxışdırıb çıxarmaq dərəcəsində uğurlu dil
vahidləri olmadığından təbiidir ki, ümumişləklik qazana bilmə-
yəcək.
Şübhə yoxdur ki, Azərbaycan ədəbi dili bütün tarixi möv-
cudluğu ərzində nümayiş etdirdiyi leksik-semantik və qramma-
tik norma sabitliyi çərçivəsində bu istiqamətdə də ancaq özünə
lazım olanı seçib götürəcəkdir.
2. Sosial-ictimai durumda gedən siyasi və iqtisadi də- yiĢikliklər nəticəsində istifadədən qalan söz və ifadələr. Məlum olduğu kimi dilin ən çox dəyişikliyə məruz qalan
hissəsi leksik qatdır. Dildə olan lüğət vahidlərini bütövlükdə
əhatə edən leksik sistem özündə həm fəal, həm də qeyri - fəal
sözləri mühafizə edib saxlayır. Cəmiyyətin sosial-ictimai, siya-
si və mədəni həyat tərzində gedən hər bir dəyişiklik öz ad gös-
təricilərini, dil işarələrini leksik qata təhvil verir. Bu mənada
dil sisteminin ən mütəhərrik qatı olmaqla leksik qat cəmiyyət
həyatının aynasıdır.
Ötən əsrin 80-90-cı illərindən etibarən Azərbaycan xalqı-
nın ictimai-siyasi və iqtisadi həyatında baş verən əsaslı dəyi-
şikliklər dilimizin lüğət tərkibinə çoxlu miqdarda alınma sözlər
gətirmişdirsə, eyni proseslə bağlı xeyli miqdarda işlək lüğət va-
hidlərinin passiv fonda keçməsinə səbəb olmuşdur. Daha doğ-
rusu, lüğət vahidlərində arxaikləşmə həm semantik, həm də
leksik-semantik istiqamətdə baş vermişdir. İkinci istiqamət söz
və onun daşıyıcısının (ifadə etdiyi əşya və hadisənin) istifadə-
dən qalması nəticəsində meydana çıxdığından bunları tarixizm
kimi qiymətləndirmək lazım gəlir. Dilimizdə yaxın zamanlarda
meydana çıxan tarixizmlər sosialist idarə üsulu, ideologiyası və