Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə134/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   130   131   132   133   134   135   136   137   ...   321
Firuzə Məmmədli 
266 
qarşısını almaq üçün üsul və vasitələr arayıb tapmaq dilçi-
mütəxəssislərimiz qarşısında duran ən ümdə vəzifələrdəndir.
Müasir səviyyədə dilimizin saflığının, milli özünəməx-
susluğunun qorunması, eləcə də yeniləşməkdə olan ictimai – 
siyasi, sosial - iqtisadi münasibətlərin zəruri təzahürü kimi 
meydana çıxan anlayışların ifadəsi üçün ən yaxşı, ən soykökə 
münasib mənbə Türkiyə türkcəsi, digər qohum dillər, yerli 
dialekt və şivələrimizdir.
Türkiyə türkcəsindən dilimizin lüğət tərkibinə daxil olan 
sözlər həyatımızın, məişətimizin ən müxtəlif sahələri ilə bağlı 
olub, əksər söz kökləri dilimizdə daim işlək olmuş vahidlərdən 
ibarətdir. Maraqlıdır ki, bu sözlərin bir qismi ötən yüzilliyin 
20-30-cu illərində Azərbaycan ədəbi dilinin lüğət tərkibində 
fəal sözlər kimi müşahidə olunur. Sonrakı dövrlərdə başqa 
sözlərlə və ya sinonimləri ilə əvəz olunduğundan dilin passiv 
fondunda qalmışdır. Hazırda bu sözlərin bir qismi yenidən 
dilimizin işlək vahidləri sırasına keçməkdədir.
Qeyd etmək lazımdır ki, Türkiyə türkcəsindən dilimizə 
daxil olan sözlər quruluş etibarı ilə daha çox düzəltmə söz 
modelindədir. Buraya ümumişlək sözlərlə yanaşı, müxtəlif elm 
və texnika ilə bağlı terminlər də daxildir: 
saxlanc, güvənc (dili-
mizdə «güvənc yeri» tərkibində işlək olmuşdur), dəstək, qatıl-
maq, yarışma (dilimizdə «yarış» fonetik tərkibində işlədilmiş-
dir), sərgiləmək («sərgi açmaq» kimi işlədilmişdir), açıqlama, 
qurum, öncə, önəmli, vurğulamaq, tirajlamaq, cavablamaq 
(yuxarıdakı modelə uyğun yerli mühitdə düzəldilmişdir), sonuc-
lamaq, birincili yardım (ilk yardım), ulaşmaq, çözmək («çözə-
ləmək» sözü dilimizdə işlədilmişdir), çözüm, cərrahiyyə işlən-
məsi, dərgi, özəlliklər, özəlliklə, ilgi, ilgili, dürlü, qapatmaq, 
durdurmaq, qətlam, bilgisayar, soyad, soydaş, çağ, dönəm, 
çağdaş, durum, soykök, başqan, soyqırım, toplum, bilgi, qatıl-
maq, görüntü, anılma, özəl, özəlləşmə, düzən, buzdolabı, ba-
xımsız, önəmli, önəm vermək, gündəm, çağdaş, yayım, işbirliyi, 
yayımlama, rəqəmsal, sayğılı, gərəkli, baxımlı, yetərsay, uçaq, 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin